Qan Turalı və Sevinc Çılğın: Mikayıl günahkardırmı? İKİ MÖVQE

Qan Turalı və Sevinc Çılğın: Mikayıl günahkardırmı? <span style="color:red;">İKİ MÖVQE
4 fevral 2015
# 13:21

Mikayıl Güləddinoğlunun müsahibəsi ictimaiyyətdə rezonans doğurub. Bununla əlaqədar iki fərqli mövqeni təqdim edirik.

Mikayıl yox, biz günahkarıq!

Qan Turalı

“Mәnim әzizim, mәn dünyadan gedirәm.. Mәni ... nadanlıq ... avamlıq ... bi ... mәrifәtlik güllәlәdi. Bunlar һamısı...”

Nərimanov “Nadanlıq” pyesi

Mikayılın şousu gedəndə hamı ağzını Allah yoluna qoyurduq.

Haqsız deyildik.

Bu verilişdən çox palatka toyu idi.

Amma Mikayıl gəlib danışdı.

Səmimi şəkildə hər şeyi etiraf elədi.

Bilmədiyimiz şeyləri dedi.

Dedi ki, mən Markesi də oxumuşam, Bulqakovu da.

Dedi ki, mən hər toydan sonra özümə gəlmək üçün kitab oxuyuram

Dedi ki, kitab məni təmizləyir.

Amma biz Facebookda qurduğumuz məhkəmədə onu çoxdan məhkum eləmişdik.

Mikayıl isə hamımızı haqsız çıxartdı.

Və göstərdi ki, problem onun şəxsində deyil.

Problem oxumuş bir adamdan Mikayıl düzəldən reytinq sistemidir.

Problem Sevimli saya biləcəyimiz bir adamı sevimsizləşdirən televiziyalardır.

Günah hər birimizdədir.

Günah oxumadığımız kitablarda, baxmadığımız filmlərdə, getmədiyimiz tamaşalardadır.

Biz Sevimli Şouya baxmasaydıq Mikayıl da olmazdı.

Biz üzdə Mirzə Cəlildə danışıb arxada bu şouları seyr etməsəydik bunlar olmazdı.

Biz toyumuza 10 min manata müğənni çağırıb kitablar üçün bahadır deməsəydik belə şey olmazdı.

Mikayılın bu hala düşməsinin günahkarı biz hamımızıq.

Mikayıl bu gün bizim hamımızın günahıdır.

Heç kim yaxasını kənara çəkməsin.

Bu müsahibə Mikayılın təzə hoqqasıdır

Sevinc Çılğın

Mikayıl Markesin adın çəkdi və siz ona ciddi yanaşdınız. Mikayıl Ramiz Rövşənin şeirlərin əzbər bilir, deməli, ciddi adamdır. Mikayıl özünü tənqid edir, aha, ağıllı adamdır. Mikayıl bayağı olmasına rəğmən, etdiyi işin arxasında durur, kişi adamdır. Mikayıl balalarına çörək pulu qazanmaqçun verilişdə rola girib “oyun” çıxarır, nolsun, özünümüdafiə arqumenti var – çörək puludur.

Mikayıl Markesin adın çəkir, amma... Deməli, Markesdən heç nə öyrənə bilməyib. Oxumaq bəs eləmir, özündən keçirmədinsə...

Ramiz Rövşəni əzbərləmədən duymaq da olar – dərinliyinə enə bilmək şərtilə...

Özünütənqid inkişafa yol açar, amma Mikayılın özünütənqidi də göstəridən başqa bir şey deyil. Hə, siz haqlısız, razılaşıram, amma nolsun?

Mikayıl hər halda inkar etməyəcəkdi verilişindəki bayağılığı. Kor da bilir ki, balıq şordur.

Biz də Markes oxumuş adamlarıq. Bizim də balalarımıza çörək lazımdır. Nə edək? Bizdəmi çörəkpulu üçün hoqqabazlıq edək? İkili şəxsiyyətimiz olsun? Ədəbiyyat oxumaqla deyil ki, nə oxuduğunu bilmək lazımdır. Yunus Əmrə demişkən:

ilim ilim bilmektir,

ilim kendini bilmektir

sen kendini bilmezsen

bu nice okumaktır

Və unutmayın, Mikayıl Sevda Sultanovanın (!) suallarına cavab verirdi.

Onun qarşısında ciddi görünmək vacibdir! İllərlə ekrandan yaratdığı obrazı alt-üst etmək üçün bundan gözəl fürsət?! Bu müsahibənin özü də şouya hesablanmış hoqqadan başqa bir şey deyil.

# 2798 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

14:30 11 avqust 2026
Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

11:20 11 avqust 2026
Dünya kinosunun unudulmaz Zorrosu -  Antonio Banderasın 3 əfsanəvi rolu

Dünya kinosunun unudulmaz Zorrosu - Antonio Banderasın 3 əfsanəvi rolu

17:00 10 avqust 2026
64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

16:30 10 avqust 2026
“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

13:15 10 avqust 2026
Şerlok Holms yenidən   ekranlara qayıdır

Şerlok Holms yenidən ekranlara qayıdır

11:00 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər