Sənədli filmlər çox böyük təsir gücünə malik olurlar. Təqdim etdiyimiz onluqda müxtəlif illərin sənədli filmləri təqdim edilib. Əvvəlcədən xəbərdarlıq edirik: Filmlərin çoxu ağır psixoloji təsirə malikdir. Uşaqların baxmağı tövsiyə olunmur.
“Atom yaraları”, (2006)
Soyuq müharibə zamanı baş vermiş dəhşətləri əks etdirir. Xüsusən nüvə silahının nəticələri haqqında olan hissə daha amansızdır. Film Xirosima və Naqasakinin qurbanları və nüvə hücumunun dəhşətli nəticələrindən danışır. Filmə boyu bir sual sizi tərk etmir: “Bəşəriyyət insanlığa qarşı bu vəhşiliyi eləməyə nə haqla imkan verib?”
“Gecə və duman”, (1955)
“Gecə və duman” («Nuit et Brouillard») alman həbs düşərgələri Osventsim və Maydanek dustaqları haqqında çəkilmiş qısametrajlı sənədli filmdir. “Gecə və duman”ı 1955-ci ildə tarixçi Anri Mişelin təşəbbüsü ilə fransız rejissor Alen Rene çəkib. Filmin kinematoqrafiyanın inkişafında böyük rolu olub. “Gecə və duman” tarix üzrə fransız tədris proqramına daxil edilib.
"Sakitliyin sui-qəsdi", (1994)
Çox pis keyfiyyətdə olmasına baxmayaraq bu sənədli film internetdə qalmaqda davam edir. Çünki Amerika hakimiyyətinin nümayəndələri dəfələrlə bu filmdən qurtulmağa çalışıb. Film 3 may 1994-cü ildə “Discovery” kanalında göstərildikdən sonra konqresin nüfuzlu üzvləri kanala təzyiqi göstərməyə və onun bütün surətlərini məhv etməyə çalışmışdılar. Filmdə uşaqalara qarşı seksual zorakılıq törətmiş tanınmış adamlardan bəhs olunur.
"Aokiqahara-intiharlar meşəsi", (2012)
Honsyu adasında, Fudzi dağının ətəyində yerləşən Aokiqahara meşəsi Yaponiyanın ən kədərli yeri hesab edilir. Aokiqahara Tokio və ətraflar yerlərin sakinlərinin intihar etmək üçün seçdikləri ən məşhur yerdir. San-Fransiskodakı Qızıl qapılar körpüsündən sonra dünyada isə ikinci yerdə dayanır.
“Muzdlu qatilin etirafları” (“The Iceman Tapes”), (1992)
Bu sənədli film psixiatr Baden Mişelin "Buzlu insan" ləqəbli qatil Riçard Kuklinskiylə müsahibələrindən ibarətdir. Film silsilə qətllər törətmiş soyuqqanlı qatilin təhrif edilmiş psixikasını göstərir.
"Amerikanın qətli", (1982)
"The Killing of America" sənədli filmi Amerikadakı real kriminal fəallıq barədə tamaşaçıya məntiqli və əyani məlumat verir. Filmdə təsvir edilmiş amansız davranışlar dünyanın ən böyük dövlətinin həm də ən sərt dövlət olduğunu göstərir.
"Adamyeyənlə müsahibə", (2012)
Bu sənədli film öldürdüyü adamı yeyən qatil İsseya Saqavanın səmimi etiraflarından ibarətdir. Məhkəmə İsseyanı dəli hesab etdiyi üçün o, cəzaya məhkum edilməyib. Hal-hazırda azadlıqdadır.
Film tüklərinizi ürpərdəcək.
"Bolqarıstanın tərk edilmiş uşaqları", (2007)
BBC-nin bu sənədli filmi 2007-ci ildə Böyük Britaniyada göstərdikdən sonra Britaniya cəmiyyəti petisiya imzalayaraq baş nazirdən bu məsələyə qarışmağı və Bolqarıstanda atılmış əlil uşaqlara kömək etməyi xahiş elədi. Bolqar dövləti hazırda bu uşaqlara tam şəkildə qayğı göstərmək gücündə deyil.
"Uşaq qəzəbi", (1992)
"Child of Rage" sənədli filmi Bet adlı uşağın məruz qaldığı seksual zorakılığın dəhşətli nəticələrini göstərir. 6 yaşlı qız heç bir şəfqət hissini qəbul etmir və insanlarla ünsiyyət qurmaqdan çəkinir. O, ancaq kimisə vurmaq və təhqir etmək istəyir.
"High On Crack Street", (1995)
"High on Crack Street" narkotik maddələr aludəçisi olan insanların gündəlik həyatını dərindən tədqiq edir. Film narkotik vasitələrin zöhrəvi xəstəliklər, arzu edilməyən hamiləliklər, fahişəlik kimi qorxunc tərəflərini tünd boyalarla göstərir.