Arif Quliyev: "Anamın olub-olmamağı bir aya bilinəcək"

Arif Quliyev: "Anamın olub-olmamağı bir aya bilinəcək"
10 fevral 2015
# 16:19

Bir neçə gün öncə, Xalq Artisti, komediya aktyoru Arif Quliyevlə bağlı "Səni axtarıram" verilişində maraqlı iddialar səslənib.

Belə ki, verilişin bazar günü efirə gedən buraxılışında verilişə qatılmış Qızbəs Səmədova internatda böyüyən aktyor Arif Quliyevin onun oğlu olduğunu söyləyib: “Mən onu atmamışam. Atası rəhmətə gedəndən sonra yenidən ailə qurdum. Övladımı bibisi sünnət etdirmək üçün məndən alıb apardı və geri gətirmədi. Sonradan məlum oldu ki, onu uşaq evinə verib. Efirlərin birində Arifin həyat hekayəsini izləyəndə bildim ki, mənim oğlumdur”.

Kulis.az Xalq Artisti, komediya aktyoru Arif Quliyevlə bu mövzuda söhbətdən fraqmentləri təqdim edir.

...Bundan əvvəl 16 nəfər gəlib anam olduğunu iddia edib. Biləsuvardan, Şirvandan, Salyandan, Bakıdan, Balaxanıdan olub. Hamısının da evinə getmişəm. Hamı öz övladını tapmaq istəyir. Anasızlar da anasını tapmaq istəyir. Ana hər zaman insana lazımdır...

...Sabirabadın Şəhriyar kəndindən olan Qızbəs arvad da “Səni axtarıram” verilişinə müraciət edib. İndi Xoşqədəm xanım da məsələni dəqiqləşdirmək, aydınlaşdırmaq üçün BMT-ə, eee, üzr istəyirəm, DNT-ə müraciət edib. Məndən də, ondan da qan analizi götürüblər. DNK əlli yaşına qədər dəqiq göstərir. Qızbəs arvad da yaşlıdır. Yəqin dəqiqləşdirmə çox vaxt aparacaq. Deyiblər, cavablar 30 günə bilinəcək...

Qızbəs arvad mənə oxşayır. Verilişdən sonra onlara-Şəhriyar kəndinə getdim. Maraqlı olan odur ki, 6-7 il qabaq mən həmin kənddə Həsən adlı kişinin oğlunun toyunda olmuşam. Hətta Qızbəs arvadın oğlu ilə şəkil də çəkdirmişəm. Hətta o kəndin axundu qarışıq 5-6 nəfər var ki, mənimlə bir internatda oxuyublar. Necə olub ki, onlar məni tanıdıqlarını o qadına deməyiblər?

TV-də mən həyatım haqda danışmışam dəfələrlə. Adamlar da hadisələr arasında oxşarlıq tapıb iddia edirlər. Lerikdən bir nəfər gəlmişdi ki, sən mənim dayımsan. Oxumağına-filan kömək etdim, yoxa çıxdı. “Bacım” da çıxıb. Deyirdi ki, atamız və anamız səni axtara-axtara öldülər. Mən isə səni tapdım...

...Mən özüm də ata-anamı vaxtında axtarmışam, amma tapmamışam. Tapa bilməməyimin də əsas səbəbi mənim əsl sənədlərimin olmamasıdır. Məni o vaxt internata heç bir sənədsiz qoyublar. Nə ad-familiya yazılan kağız, nə sənəd... Heç nə... Heç nə qoymayıblar. Şirvanda internat məktəbində pionerə keçirirdilər bizi. Ənvər müəllim və Yəhya müəllim, uşaqları sıra ilə düzüb ad-familiyalarını yazırdılar. Mənim heç bir sənədim yox, nə familiya, nə ata adı. Arif adını da mənə internat məktəbində veriblər. Siyahı mənə çatanda başladım ağlamağa. Yəhya müəllim də mənə dedi ki, a bala, ağlama. Götürdü familiyamı Quliyev yazdı, atamın adını da Əli. Yazandan sonra da dedi ki, “Əli köməyin olsun....”...

...Bakıya oxumağa gələndə də iki dənə sənədim var idi - əsas təhsilim haqqında şəhadətnamə, bir də bir dəfə qaçış yarışında rayon üzrə üçüncü yeri tutmuşdum. Bu iki sənəd. Gəldim Bakıya sonra burada mənə pasport verdilər.

...Mənə deyirlər ki, anan olsa onu bağışlayacaqsan? Həkim Rəşid də düşdü üstünə ki, sən uşağını niyə atmısan? Məsələni öyrənəndə görürsən ki onun bir günahı yoxdur - kənddə yaşayıb, atası rəhmətə gedib, ikinci dəfə ərə gedib. Bibi də guya uşağı sünnət etmək adı ilə götürüb aparıb verib ora. Heç onda şəkil də yoxdur, guya peçə atıb yandırıblar....

77-ci ildə Tibb Texnikumunda oxuyan bir qıza vurulmuşdum. Onunla evlənmək istəyirdim. O ərəfədə çox istəyirdim ki, valideynim olsun, qabağa düşüb elçilik etsin. O zaman da Balaxanıdan bir qadın məni tapmışdı ki, sən mənim oğlumsan. O qadını Nəsibə Zeynalova, Səyavuş Aslan, Eldəniz Zeynalov, Hacıbaba Bağırovla birgə o qızın evinə - Pirallahı adasındakı ünvana elçi göndərdim... O qadın bütün işlərimdə iştirak etdi. Rəhmətə gedib... Yasına da getmişdim...

# 2743 dəfə oxunub

Oxşar xəbərlər

Səssiz filmlərdən rəqəmsal dövrə... - Dublyaj sənəti hansı tarixi yolu keçib?

Səssiz filmlərdən rəqəmsal dövrə... - Dublyaj sənəti hansı tarixi yolu keçib?

16:30 18 oktyabr 2025
Bred Pit ölümlə üz-üzə qaldı - "F1" filminin ən qorxulu səhnəsi

Bred Pit ölümlə üz-üzə qaldı - "F1" filminin ən qorxulu səhnəsi

10:48 16 oktyabr 2025
Milyonların gözlədiyi filmdə o da çəkiləcək

Milyonların gözlədiyi filmdə o da çəkiləcək

12:11 14 oktyabr 2025
Azərbaycanlı rejissor beynəlxalq film festivalında mükafata layiq görüldü

Azərbaycanlı rejissor beynəlxalq film festivalında mükafata layiq görüldü

11:37 13 oktyabr 2025
"Azərbaycanfilm"in direktor müavini və aparat rəhbəri işdən çıxarıldı

"Azərbaycanfilm"in direktor müavini və aparat rəhbəri işdən çıxarıldı

14:23 10 oktyabr 2025
"Dune 3"  filminin hazırlıqları davam edir

"Dune 3" filminin hazırlıqları davam edir

10:40 9 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər