Kannda iki boş kürsü - QADAĞA

Kannda iki boş kürsü - QADAĞA
11 may 2011
# 10:09
İranlı rejissorlar Cəfər Pənahi və Məhəmməd Rəsulovun filmləri Kann film festivalında nümayiş olunacaq

Kulis.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, həbsdə olan Cəfər Pənahinin “Bu film deyil” filmi 20 mayda nümayiş olunacaq. Filmdə öz məhkəmə qərarını necə gözlədiyini canlandıran rejissor 2009-cu ildə Mirhüseyn Musəviyə açıq dəstək olub. Həmin ilin dekabrında Pənahiyə altı il həbs, bundan əlavə də film çəkməyə və iyirmi il xarici ölkəyə çıxmağa qadağa qoyulub.

Digər rejissor Məhəmməd Rəsulovun “Əlvida” filmi mayın 14-ü nümayiş olunacaq. Bu film isə İrandan çıxmaq üçün viza almağa çalışan Tehranlı hüquqşünasın həyatından bəhs edir. Rəsulov da eyni müddəalarla həbs olunub.

Cəfər Pənahi Kann Film Festivalının “Qızıl kamera”, Venesiya Film Festivalının “Qızıl şir” və Berlin Film Festivalının “Bürünc ayı” mükafatlarının sahibidir.

Bildirək ki, 64-cü Kann Film Festivalına 11 mayda start veriləcək və 11 gün davam edəcək.


Günel ƏSGƏRZADƏ
# 1465 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidə “Zəfər zəngi”  filminin təqdimatı baş tutdu

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı baş tutdu

11:52 27 sentyabr 2025
Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

10:30 27 sentyabr 2025
Məşhur aktrisanın yeni filmi bəlli oldu

Məşhur aktrisanın yeni filmi bəlli oldu

13:35 26 sentyabr 2025
Gey cütlüyün heteroya "çevrilməsi" etiraza səbəb oldu

Gey cütlüyün heteroya "çevrilməsi" etiraza səbəb oldu

15:50 25 sentyabr 2025
Hollivud ulduzlarının yeni filmi fantastik açılışa hazırlaşır

Hollivud ulduzlarının yeni filmi fantastik açılışa hazırlaşır

13:00 25 sentyabr 2025
Televiziya ekranında kino qanunları... -  Arif Babayevin başlıca məqsədi nə idi?

Televiziya ekranında kino qanunları... - Arif Babayevin başlıca məqsədi nə idi?

11:40 25 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər