Yaxşı ev qadınları nevroz olur
3 iyun 2011
07:00
Simona de Buvar XX əsrin ən önəmli feminist yazıçılarından biridir. Jan-Pol Sartrla poliqamik bir eşq yaşayıb. Sədaqətin ailədə axtarılmasını düzgün saymırdı.
Sartrla həyat yolları 1928-ci ildə Fransadakı Sorbonna Universitetinin dəhlizlərində kəsişib. Buvar da, Sartr da münasibətləri boyunca evlənməyə qarşı olublar. İkisi də 50 il davam edən sevgili həyata, çətin məhəbbətə sadiq qalmağa and içiblər. Amma başqa sevgilərindən fərqli olaraq, onlar “açıq münasibət”ə üstünlük veriblər. Başqa-başqa evlərdə yaşayaraq, bir-birlərinə cismani sahib olmayıblar. Zamanın sevgililərinin əksinə olaraq nə Sartr Simonanı, nə də Simona Sartrı “əsir” alıb…
- Sizi tanıyanlar ciddi nizam-intizam sahibi olduğunuzu, bir gün belə işdən qalmadığınızı bildirirlər. Saat neçədə işə başlayırsınız?
- Günə başlamaqdan xoşum gəlməsə də, işlərimi həll etmək üçün tələsirəm. Yuxudan qalxıb çayımı içirəm, təxminən saat 10-da işə başlayıram və günorta saat birə qədər çalışıram. Daha sonra dostlarımla görüşürəm və saat 5-dən 9-a qədər yenidən işləməyə davam edirəm. Günortadan sonra səhər qaldığım yerdən işə davam etmək heç də çətin olmur. Bax indi, siz gedəndən sonra ya qəzet oxuyacağam, ya alış-verişə gedəcəyəm. İşləməkdən zövq alıram.
- Bəs Sartrla nə vaxt görüşürsünüz?
- Hər axşam və günorta yeməklərində. Günortadan sonra adətən, onun evində çalışıram.
- Hər gün öz evinizdən onun evinə gedib gəlmək sizi narahat etmir?
- Xeyr. Elmi kitablar yazdığım üçün kağız-kuğuzumu yanımda aparıb-gətirirəm və bu mənə problem yaratmır.
- Yazılarınızı hər zaman qələmlə yazırsınız? Onları kim köçürür? Nelson Alqren əl yazınızı oxuya bilən çox az adamlardan biri olduğunu iddia edir.
- Çap makinasında yaza bilmirəm, amma bu iş üçün köməkçim var. Bir kitabın son variantı üzərində işləyəndə əl yazılarımdan istifadə edirəm. Buna çox önəm verirəm, çox zəhmət çəkirəm və buna görə də yazılarım yaxşı oxunur.
- Xatirələrinizin ikinci hissəsində Sartrın “Ögümə”nı yazdığı zamankı vəziyyətini təsvir etmisiniz. “Ruhsuzluğum” dediyi şeyə, yəni kədərə bağlı olduğunu yazmısınız. Əlaqədə olduğu yeganə xoşbəxt insan siz görünürsünüz. Buna baxmayaraq, romanlarınızda Sartrda heç rastlaşmadığımız ölümlülüyə müraciət edirsiniz.
- Sartrın “Sözlər” (“Les Mots”) əsərində nə yazdığını xatırlayın. Ölümsüz olduğunu düşünməsini məktəb yoldaşları da təsdiqləyə bilərlər. Məsələn, “Aden, Arabie”ni yazan Nizan bu mövzudan çox təsirləndiyini söyləyir. Bu baxımdan Sartr özünün ölümsüz olduğunu hiss edir. Hər şeyini əsərləri uğrunda təhlükəyə atmışdı və əsərlərinin yaşayacağına ümid edirdi. Lakin mən belə düşünmürəm, tarixdən silinəcəyim gərçəyini bildiyim üçün əsərlərimin yaşayıb-yaşamayacağıyla heç maraqlanmıram. Həyatdakı adi şeylərin, gündəlik fəaliyyətin, mütaliəyə və keçmiş təcrübələrinin bir gün yox olacağını bilirəm. Sartr həyatın sözlərdən ibarət bir tələ olduğu üçün əbədiləşə biləcəyinə inanıb, mənsə sözlərin həyatın özü deyil, ölü bir hissəsi olduğunu qəbul etmişəm.
- Hər romanınızda saxta anlayışlarla səhv istiqamətləndirilən və dəliliyin astanasında olan bir qadın xarakteri görürük.
- Çünki bir çox modern qadın bu durumdadır. Qadınlar əslində olmadıqları kimi həyat sürməyə məcbur edilirlər. Məsələn, mükəmməl həyat yoldaşı olmaları tələb olunur və buna görə də həqiqi bacarıqları arxa planda qalır. Nevrozun astanasındadırlar. Belə qadınlara simpatiyam çoxdur. Normal evdar qadınlardan və analardan daha çox diqqətimi cəlb edirlər. Əlbəttə, onlardan da çox diqqətimi çəkənlər də var – özünə sadiq və azad, işləyən və yaradan qadınlar.
- Sizcə, niyə 20 ildir tanınmasına baxmayaraq, bir yazar kimi Sartr hələ də başa düşülmür və tənqidçilər tərəfindən topa tutulur?
- Siyasi səbəblərə görə. Sartr doğulduğu, amansız şəkildə aid olduğu sinfə qarşı çıxır və buna görə də onlar tərəfindən “xain” olaraq təqdim olunur. Lakin pulu olan və kitab alan təbəqə də onlardır. Sartrın durumu mübahisəlidir. Burjuaziya tərəfindən oxunan və oradan çıxdığı üçün bu sinif tərəfindən heyranlıqla qarşılanan burjuaziya əleyhdarı olan bir yazıçıdır. Burjuaziya mədəniyyətə loyal mövqe sərgiləyir və Sartrı yaratdığını düşünür. Eyni zamanda, ona nifrət edir, çünki Sartr onu tənqid edir.
- Bəziləri əsərlərinizin alt qatında hər zaman Tanrı həsrətinin olduğunu bildirirlər…
- Xeyr. Sartr da, mən də hər zaman buna qarşı çıxdıq. Çünki var olma istəyi təbiidir və bu istək bütün həqiqətlərə tətbiq edilə bilər. Kantın intellektual səviyyədə söylədiyi şey də budur. Bir şəxsin səbəbiyyət qanununa inanması heç bir şəkildə daha uca bir səbəbə inanmasını zəruri etmir. İnsanın var olma arzusuna sahib olması var olduğu, hətta var olmanın mümkün olması anlam vermir; var olmaq bir inikasdır, eyni zamanda, var olmaqdır. Sartr da, mən də bu düşüncəni hər zaman rədd etdik. Düşüncəmizin təməlində də bu rədd etmə var. İnsanda bir boşluq var, etdiyi işlər belə bu böşluğa sahibdir. Mən istədiyim şeyə nail ola bilmədim demək istəmirəm, amma əldə edilən şey heç bir zaman insanların fikirləşdikləri kimi alınmır. İnsanlar düşünürlər ki, siz bir sosial müstəvidə başarılısınızsa, deməli, insanlığın gedişatından da razısınız. Lakin bu belə deyil.
- Özünüzü çağdaş yazıçılar arasında harada görürsünüz?
- Deyə bilmərəm. Hansı meyarlar əsasında müqayisə və qiymətləndirmə aparmaq lazımdır, bunu da bilmirəm. Qopardığın gurultu, səssizlik, gələcək, mütaliyə, oxunaqlılıq, hansısa bir zaman kəsimidə daşıdığın önəm yoxsa, nəyə görə? Qadın problemlərinin müzakirəyə çıxarılmasında xidmətlərim olub. Əsərlərimin ədəbi keyfiyyətinə gəlincə, sözün həqiqi mənasında ən xırda bir fikrimin də olmadığını deyə bilərəm.
Hazırladı: Vüqar Qurdqanlı

1377 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024