Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
11 iyun 2026
# 16:23

“Min bir gecə” nağıl toplusunun ən məşhur nümunələrindən biri olan “Əlibaba və qırx quldur” maraqlı süjeti və öyrədici məzmunu müxtəlif tamaşa, film və səhnə əsərlərinin mövzusu kimi geniş istifadə olunur. Bu dəfə isə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən Musiqili Uşaq Teatrı studiyasının təqdimatında həmin nağıl əsasında hazırlanan “Sehrli mağaranın sirri” tamaşası nümayiş olunub.

Kulis.az xəbər verir ki, balaca teatrsevərlər və onların valideynləri tərəfindən izlənilən səhnə əsəri dostluq, dürüstlük, cəsarət və xeyirin şər üzərində qələbəsi kimi dəyərləri özündə əks etdirib.

Uşaqların iştirakı ilə səhnələşdirilən tamaşada balaca aktyorlar il ərzində qazandıqları səhnə bacarıqlarını nümayiş etdirərək obrazları uğurla canlandırıblar.

Qeyd edək ki, artıq 10 ildən çoxdur fəaliyyət göstərən teatr studiyası hazırladığı uğurlu tamaşalar, peşəkar yanaşması və istedadlı yetirmələri ilə tamaşaçıların rəğbətini qazanaraq Azərbaycan Dövlət Uşaq Filarmoniyasının ən fəal yaradıcılıq kollektivlərindən birinə çevrilib. Bir çox yaddaqalan səhnə əsərlərinə imza atan dərnək bu gün də uşaqların yaradıcılıq potensialının inkişafına töhfə verməyə davam edir.

Tamaşanın quruluşçu rejissoru Nəsimi Əliyev çıxışı zamanı qeyd edib ki, uşaqlar tamaşanın hazırlanması prosesində böyük həvəs və məsuliyyət nümayiş etdiriblər. O bildirib ki, səhnədə əldə olunan uğurlu nəticə balaca aktyorların zəhmətinin, yaradıcılıq enerjisinin və kollektiv əməyin bəhrəsidir.

Tamaşada həmçinin Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivləri (xoreoqraflar Nigar Zeynalova, Günel Təhməzova və Nuranə Qənbərova) və “Səda” uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə) iştirak edib.

# 947 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

10:40 19 sentyabr 2026
Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

16:30 16 sentyabr 2026
“Balaca səyyah”  tamaşasının məşqləri davam edir

“Balaca səyyah” tamaşasının məşqləri davam edir

14:30 16 sentyabr 2026
“Pullu komediya” tamaşasının məşqləri davam edir

“Pullu komediya” tamaşasının məşqləri davam edir

11:30 15 sentyabr 2026
Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

11:00 14 sentyabr 2026
Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

12:40 9 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər