İlk qadınını anası tapmışdı-PROJE
26 may 2011
16:21
O, özündən sonra “Turgenev qadınları” deyimini qoydu
Tanınmış şəxsiyyətlər təkcə şahanə əsərlərilə deyil, qeyri-adi həyat macəraları ilə də bizi təəccübləndirməyi bacarıblar. Onların davranışları qəbul etdiyimiz çərçivələrə sığmır, onlar çərçivələri sındırmağı onları aşmağı bacarırlar. Bu bəzən sevgi münasibətlərində də əks olunur. Kulis.az-ın “Məhəbbət üçbucağı” adlı bu layihəmizdə məşhur yazarların üçlü məhəbbət macəralarından söhbət açacayıq.
Anası ilk qadınını təşkil etdi
İvan Sergeyeviç Turgenevin qadınla ilk tanışlığı on beş yaşında olmuşdu. Bu görüşü anası təşkil etmişdi. Varvara Petrovna təhkimçi qadınlardan birini oğlunun yanına yollayır ki, o, cinsi həyatın sirrlərinə yiyələnsin. Bu görüşdən vacib bilik və bacarıqları əxz edən Turgenev çox keçmir digər bir təhkimçi qadınla əlaqədə olur və ondan Pelageya adlı qızı doğulur.
Səsin sehri
Polina Viardo opera aktrisası idi. Xarici görkəm cəhətdən valehedici olmasa da (beli bükük, çiyinləri sallaq, gözləri də domba idi), hətta bir az eybəcər olsa da, o, səhnəyə çıxanda bütün salon heyrətlə ona tamaşa edirdi. Jorj Sand opera səhnəsinin bu nadidə səs sahibindən təsirlənərək “Konsuela” romanını yazmışdı.
Turgenev onu 1843-cü ildə, PolinaViardo Sankt-Peterburqda konsert verən zaman görür. İlk baxışdaca bu qadına aşiq olan Turgenev onunla tanış olmağın yollarını arayır və Polinanın əri, Parisdəki italyan teatrının direktoru Lui Viardo ilə dostlaşır. Polina onu çoxsaylı pərəstişkarlarından ayırmırdı.
Viardo ailəsinin Rusiyadakı qastrolu bitəndən sonraTurgenev onlara
qoşularaq Parisə yollanır.
Anası onun bu səfərinə qarşı çıxdı. Hələ üstəlik nə cibində pulu vardı, nə də doğru-dürüst bir yer tanıyırdı.
Bir müddət Viardo ailəsi ilə birgə qastrollarda dolaşdıqdan sonra Turgenev Rusiyaya qayıdır. 1847-ci ildə Viardoların Berlin qastrolunda olduğunu eşidəndə o, Rusiyada qərar tuta bilmir. “Oh, sizə qarşı hisslərim çox böyükdür. Sizsiz yaşaya bilmərəm. Gərək sizin yaxınlığınızı duyam , ondan həzz alam. Sizin gözlərinizin parlaqlığını görmədiyim gün mənim üçün heç olur.”
Deyilənə görə, onların sevgisi Leyli-Məcnun sevgisinə bənzəyirmiş, yəni ortada heç nə yox imiş. Faktlarsa onu göstərir ki, Turgenev Polinaya dəlicəsinə aşiq olmuşdu və onun hər dəm Rusiyada işini-gücünü atıb Fransaya gəlməsi əbəs yerə deyildi. Polinanın əri özündən 21 yaş böyük idi deyə Leylinin anası demiş, “bədgu” olmağa əsas var.
Sürgündən qaçış
Turgenevin Qoqolun vəfatı münasibətilə yazdığı nekroloqu senzura qadağan etdikdə onu gizlincə Moskva qəzetlərindən birində dərc etdirir. Turgenev əvvəlcə həbs edilir, sonra sürgünə göndərilir. O, polis nəzarəti altında yaşamalı olur. Lakin 1853-cü ildə Polina Viardonun Moskvada qastrolda olduğunu eşidəndə qərar tuta bilmir, təğyiri-libas olub konsertə, ilahəsini görməyə gəlir. Bunun üçün saxta o, pasport belə əldə edir. Artıq təkcə ədəbi icmada deyil, bütün Rusiyada tanınan Turgenev üçün bu, böyük risk idi. Lakin sevgi naminə bu riski etməyə dəyərdi. Lakin illərin ayrılığı, deyəsən, Polinanı dəyişmişdi. O, yazıçı ilə olduqca soyuq davranır. Turgenev isə sevgisindən usanmır, ona cavabsız məktublar yazır.
Pelageya Polinet oldu
Turgenev daima səfərlərdə olduğu və bir az sərgərdan həyat yaşadığı üçün nikahdankənar qızını anası böyüdürdü. Anasının qızı ilə pis rəftar etdiyini öyrənən Turgenev pərişan olur, dərdini Polinaya məktubunda izhar edir. Polina isə ona qarşı böyük mərhəmət göstərərək Pelageyanı himayə etməyini təklif edir. Turgenev qızını Fransaya, Polinanın evinə aparır. Polina onun qızını öz övladı kimi böyüdür. Bu, Turgenevin Polinaya daha yaxın olması üçün də bir vasitə idi. Polinanın yaxşılığı qarşısında Turgenev cavabsız qalmır, qızının adını dəyişib Polinet edir. Polinanın bu təklifindən sevinən Turgenev ona məktubunda belə yazırdı : “Siz mələksiniz...”
1854-cü ilin baharında Turgenev qohumlarından birinin qızı ilə tanış olur. On səkkiz yaşlı Olqa onu valeh edir, bir ara evlənmək eşqinə düşür. Lakin aradakı yaş fərqi, evlilik məsuliyyəti onu qorxudur. Olqanın sevgisinə cavab verməkdə aciz olan Turgenev “Tüstü” romanında onun obrazını – Tatyananı yaradır.
Lev Tolstoyun bacısına aşiq oldu
Bir müddət sonra Turgenev Lev Tolstoyun bacısı Mariya Tolstaya ilə tanış olur. Bu tanışlıq onda dərin izlər buraxsa da, Turgenev Polinanın məhəbbətini qəlbindən silə bilmir. Mariya Tolstaya isə Turgenevin ölümündən sonra bir məktunuda belə yazmışdı: ”Əgər o, PolinaViardoya dəlicəsinə aşiq olmasaydı, bəlkə də biz evlənərdik, mən də monastıra getməzdim.”
Turgenev “Faust” hekayəsində Mariyadan ilhamlanaraq Veroçka obrazını yaradır.
Nə Olqa, nə də Lev Tolstoyun bacısı Mariya ona Polinanı unutdura bilmir. 1856-ci ildə yazıçı sevgilisinin yanına, Fransaya köçür. Ayrılıq onların eşqini daha da alovlandırmışdı. Onlar üçü bir evdə yaşamağa başladılar; Turgenev və Viardo cütlüyü. Bəlli müddətdən sonra Polinanın oğlu dünyaya gəlir. Heç şübhəsiz uşağın atası Turgenev idi.
Hüqonun dostu
“Rudin”, “Atalar və oğullar”, “Ərəfə”, “Dvoryan yuvası” və s. əsərlərilə Avropada məşhurlaşmış, Avropanın Q. Flober, V. Hüqo, J. Sand, G. Mopassan kimi yazıçıları tərəfindən rəğbətlə qarşılanan, onlarla dostluq edən Turgenev Baden-Badendə ev alır. Bir qədər də böyümüş Viardolar ailəsi o evə köçür və birlikdə yaşamağa başlayırlar. Turgenev Avropada təkcə yaradıcılıq və sevgi ilə deyil, rus yazıçılarını tanıtmaqla da məşğul olur.
“Turgenevin qadınları”
Turgenevin qadın qəhrəmanları cəsarətləri, səmimiyyətləri, mərdlikləri, sevməkdən qorxmamaqları ilə fərqlənirlər. Onların hamısını sadaladığımız xüsusiyyətlər birləşdirir, qadın obrazlarının bu qədər canlı, ürəyəyatan, real olması onların Turgenevin həyatda sevdiyi qadınların prototipləri olmaları ilə əlaqədardır. Turgenev bu qadınların xüsusiyyətlərini obrazlarında cəmləşdirə bilib.
Ədəbiyyatda belə bir deyim var: “Turgenev qadınları”. Şoloxovun “Sakit Don” romanında zabit Qorçakov ölüm ayağında arvadı Olqa Nikolayevnanı Listinskiyə tərif edərkən onu Turgenevin qadınlarına bənzədir.
Ömrünün sonlarında Turgenev daha bir qadınla tanış olur. 1879-cu ildə qardaşının ölümü ilə əlaqədər Rusiyaya gələn yazıçı burda pyesi oynanılarkən gənc aktrisa Mariya Savina ilə tanış olur. Aralarında səmimi münasibətlər yaranır. Yaşlı yazıçının qoluna girmiş gənc aktrisa onu görüşlərdə müşayiət edir.
Turgenev onu Parisə dəvət edir. Lakin Parisə gələn Mariya Turegevi Viardoların ailəsində görərkən pərişan olur, onu özgə yuvasında yaşayan quşa bənzədir. Mariya Viardolara sığınmış böyük yazıçını anlaya bilmir.
Yuvasız adamın yuvada ölümü
Turgenev də özünü anlaya bilmirdi. Ömrünün sonunda Anatoli Koniyə məktubunda belə yazır: “Siz təsəvvür edə bilməzsiniz, bütün həyatını özgə yuvasında keçirmək nə deməkdir. Sadəcə, qoca köpək olduğuna görə yazıqları gəldiklərindən səni qovmurlar”.
Qu quşlarının yuvası olmur. Onlar yumurtalarını başqa quşların yuvalarında yerləşdirirlər. Turgenev də qu quşu kimi bir ömür yaşadı. Onun heç zaman öz yuvası olmadı. Bu onun taleyi idi. Heç zaman da taleyinə dönük çıxmadı, sonunadək sahibləndi və 1883-cü ildə onun üçün bütün yuvalardan şirin olan bir yuvada - Polina Viardonun qolları arasında gözlərini əbədi yumdu.
Mirmehdi Ağaoğlu

947 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024