Pozğun dahi Berrouz - ARAŞDIRMA
5 may 2011
08:00
Sağlığında klassikə çevrilmiş Amerika yazıçısı Uilyam Berrouzun yaradıcılığı bu gün də mübahisələr doğurur. Bəzilərinə görə o moralistdir. Digərləri isə onu açıq-saçıq əsərlərinə görə ittiham edir.
Amma qaçılmaz fakt var - bütün həyatı boyu Berrouz müxtəlif nəsillərin simvoluna çevrilib. “Beat generation” ədəbi hərəkatından tutmuş 60-cıların kontrkulturasına, 70-ci illər pank hərəkatından başlamış 80-nin kiperpanklara, 90-cı illərin postindustrial mədəniyyətinə qədər.
Onu narkomanın memuarı təsirləndirir
Hələ uşaqlıqdan cah-cəlal içində yaşayan Berrouzun babası şirkət sahibi idi. Amma gənc Berrouzu maqnat olmaq maraqlandırmırdı, onu daha çox kriminal aləm, silah və narkotiklər cəlb edirdi. Onun təbiətində qaydalara qarşı getmək vardı.
Məktəbdə oxuyanda o özünün fəqrli xarakteri üzündən yaşıdları ilə yola getmirdi. Onun barəsində tez - tez belə fikirlər səslənirdi: “bu oğlan canavarın parçaladığı qoyuna, yeriyən ölüyə bənzəyir”.
Berrouzu təsirləndirən əsərlərdən biri 13 yaşında oxuduğu kriminal keçmişini yazan narkoman Cek Blekin “Sən uda bilməzsən” memuarı oldu.
Onda Berrouzu kriminal aləmdəki insanların, yəni öz ətrafında müşahidə etmədiyi insanların dostluğu çox mütəssir edir.
Berrouz kriminal aləmdə rahatlıq tapırdı
Əvvəlcə Harvardın ingilis dili fakültəsinə, daha sonra aspiranturasına daxil olaraq antroplogiyanı öyrənən Berrouz burda bir neçə gənclə tanış olur. 1943-cü ilin sonuna təsadüf edən bu tanışlıq zamanı o, gələcək yazıçılar Cek Keruak və Allen Ginzberqlə dostlaşır. O, Keruakla Deşil Hammett ruhunda qısa roman yazır. Əsər naşirlər tərəfindən rədd edilir.
Yazıçı olmağı düşünməyən Berrouz özünü daha çox kriminal aləmdə axtarır və ümid edir ki, cinayətkarlar arasında özünü daha rahat hiss edə bilər. Berrouz oğurlanmış əşyaların satışı ilə məşğul olur və özü üçün morfini kəşf edir. Onun dostları narkomanlar, fahişələr, cinayətkarlar və homoseksualistlər idi.
Sonralar o, sevgilisi jurnalist Coan Volmerlə birgə Texasa köçür və burda onların oğlu doğulur. Berrouz morfi, Coan isə benzedrin istifadə etdiyindən asan yolla narkotik əldə etmək üçün şəhrədən şəhərə daşınırlar.
Nəhayət, belə həyatdan yorulan Berrouz könüllü müalicə olunmağa qərar verir.
Amma bu nəticə vermir.
Berrouz əvvəlki həyatına qayıdır.
Arvadının ölümü onu yazıçı etdi
1951-ci ildə Berrouz təsadüf nəticəsində arvadını öldürür.
O, tapança ilə Coananın başına qoyduğu stəkanı vurmaq istəyərkən, güllə arvadını dəyir və onu öldürür. Polis araşdırması Berrouzu günahsız sayır. Faciədən sonra yazıçı Cənubi Amerikaya gedir. Oğlunu isə Berrozun valideynləri himayəsinə götürür. Cənubi Amerikada olduğu müddətdə o, kokain, heroin istifadə edir və fasiləsiz yazır. Berrouz deyirdi ki, arvadının ölümü onu yazıçı edib: “Mən dəhşətlə etiraf etməliyəm ki, Coanın ölümü olmasaydı, heç zaman yazıçı olmazdım”.
Ona baş çəkməyə gələn dostu Kelz Elvins narkotik təcrübə haqda kitab yazmağı təklif edir. Berrouza bu ideya cəlbedici gəlir. O morfidən istifadə edərək gündəlik qeydlərə başlayır. Əsəri Nyu-Yorkda “Uliyam Li” təxəllüsü ilə “İslah olunmayan narkomanın tövbəsi” adı altında çap olunur.
Müəllifin homoseksual təcrübəsindən bəhs edən “Şübhəli” adlı ikinci əsəri isə o qədər açıq-saçıq idi ki, hətta bulvar nəşrləri də onun çapından imtina edir. Tezliklə Berrouz əsərin zəif olması qənaətinə gəlir və kitab yalnız 1985-ci ildə çapdan çıxır.
Başıbəlalı “Çılpaq qəhvəaltı”
Sonralar Berrouz Mərakeşin Tancer şəhərində məskunlaşır. Bu yer müharibədən sonra Amerika homoseksualları və narkomanları arasında məşhur idi. 1950-ci illərdə narkotik və seks yeri kimi tanınan şəhərdə Berrouz əvvəlcə andeqraund dairələrdə kulta çevrilən, sonralar intellektualların stol üstü kitabı olan “Çılpaq qəhvəaltı” romanı üzərində işləyir.
Bioqrafı Ted Morqan deyirdi ki, Berrouz cinayəkar və “təhlükəli ədəbiyyatın” yaradıcısı kimi yazıçının yeni görüntüsünü təqdim edirdi.
“Çılpaq qəhvəaltı” Berrouzun əsas işlərindən biri sayılır. Tancerin narkoman obrazları, poronoqrafik təsvirlər,gecə dəhşətləri romanda yer alır. Berrouza görə siyasət, din, ailə, sevgi asılılığın müxtəlif formlarıdır. Gec-tez bütün sosial norma və təməllər öz əhəmiyyətini itirəcək, dövlət narkomanların əlinə keçəcək.
Onun nihilist yumorunu, cəmiyyətə münasibətdə güclü satirasını, parlaq üslubunu tənqidçilər yüksək qiymətləndirdilər.
1962-ci ildə Amerikada “ictimai normaları təhqir” ittihamı ilə məhkəməyə verilən romanı yazıçı Norman Meyler, Allen Ginzburq müdafiə edirlər. Yalnız 4 il sonra bütün ittihamlar romanınım üzərindən götürülür.
Berrouzun icadı
1959-cu ildə o “Kəsiklər” (cut-up) metodunu yaradır. Metodun mahiyyəti sadədir. Bütün səfərlərində o üç sütuna bölünmüş dəftərindən ayrılmır. Birinci sütuna ətrafda baş verən faktları, eşitdiyi dialoq və ifadələri, ikinci sütuna şəxsi düşüncələrini, təəssüralarını, üçüncüyə isə həmin anda oxuduğu kitabdan sitatları yazırdı. Və bu sütunlarda yazılanlarla növbəti əsərini montaj edirdi. Berrouz fərqli hissələrin tərtibinə, redaktəsinə son dərəcə diqqətlə yanaşırdı.
“Cut-up” metodu müasir musiqidə, xüsusən hip-hopda və elektron musiqidə geniş istifadə olunur.
Musiqiçilər ölümünədək Berrouzu işbirliyinə dəvət edirlər.
Hətta “Nirvana” qrupu mahnılarından birində onun səsini yazıb.
Berrouz sonrakı əsərlərini də bu metodla işləyir. Yaradıcılığının sonrakı illərində bir-birindən maraqlı romanlar (“Yumşaq maşın”, “Pozulan bilet”, “Qırmızı gecənin şəhərləri” və s. ) yazır. 1986-cı ildə qələmə aldığı “Daxildəki pişik” avtobioqrafik novellası isə onun yaradıcılığının zirvəsi sayılır. Kədərli tonda yazılan kitabda Berrouz ömrü boyu onunla birgə yaşayan pişiklərdən, onlara sevgisindən, insanların heyvanlara amansız münasibətindən danışır.
Berrouz haqda maraqlı faktlar
Berrouz ömrü boyu narkotikdən istifadə etsə də 83 il yaşadı. O, 1997-ci ildə vəfat edib.
Rok janrı olan “Hevi metal” terimini ilk dəfə onun “Nova Ekspress” romanında işlədilib.
Berrouz 1995-ci ildə “The Dark Eye” kompüter oyunlarının yaradılmasında iştirak edib.
O, “Ministry” musiqi qrupunun “Just One Fix” klipində çəkilib.
Rəna NEVZAT

1304 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024