Azərbaycanlı rejissor “Gələcəyin təlimatçısı” adına layiq görüldü

Azərbaycanlı rejissor “Gələcəyin təlimatçısı”  adına layiq görüldü
1 iyun 2026
# 18:00

Azərbaycanlı teatr rejissoru, müəllim və dOM Müstəqil Teatrının təsisçisi Tərlan Rəsulov Moskvadakı XTNS-də keçirilən “Birincilər Hərəkatı Festivalı” adlı 5-ci yubiley Beynəlxalq Uşaqlıq və Gənclik Festivalında iştirak edib və orada “Gələcəyin təlimatçısı” adına layiq görülüb.

Kulis.az xəbər verir ki, festival çərçivəsində Tərlan Rəsulov komanda işinin, qarşılıqlı etimadın və yaradıcılıq potensialının ortaya çıxarılması bacarığının inkişafına həsr olunmuş “Sizin enerjiniz. Sizin komandanız. Sizin səhnəniz” adlı interaktiv təlim sessiyası keçirib.

“Uşaqlarla öyrədici dildə deyil, yaşanan təcrübənin dilində danışmaq mənim üçün vacib idi. Yeniyetmələr bir-birini dinləməyə, bir-birlərinə etibar etməyə və birlikdə bir şey yaratmağa başlayanda, əsl birlik hissi yaranır”, - deyə Tərlan Rəsulov qeyd edib.

Festival “Birliyin gücü. Uşaqlıq enerjisi. Kəşflər dövrü” devizi altında keçirilir. O, Rusiyada ən böyük uşaq və gənclər platformalarından biridir, həmçinin müxtəlif bölgələrdən və ölkələrdən yeniyetmələri, təlimatçıları, qonaqları bir araya gətirir.

# 732 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər