Məşhur aktyora şok etiraz: Qadınlar onu kafedən qovdular

Məşhur aktyora şok etiraz: Qadınlar onu kafedən qovdular
31 may 2026
# 15:30

Keçmiş sevgilisi Dəniz Bulutsuza zorakılıq tətbiq etdiyi üçün mühakimə olunduğu işdə cəzası təsdiqlənən və 45 gün həbsdə yatacağı dəqiqləşən Ozan Güvən Kadıköydə qadınların sərt etirazı ilə qarşılaşıb.

Kulis.az xəbər verir ki, həmkarı Mehmet Aslantuğ ilə birlikdə kafedə əyləşən aktyor oranı tərk etməyincə hadisə daha da böyüyüb.
​

Məşhur aktyorun məkanda olduğunu görən qadınlar "Günahkarlar çölə!" kimi şüarlar səsləndirərək ona kəskin reaksiya veriblər. Etirazlara baxmayaraq, bir müddət masada əyləşməyə davam edən məşhur sənətçi daha sonra məkanı tərk etmək məcburiyyətində qalıb. Güvənə qarşı edilən bu etirazın videogörüntüləri qısa zamanda sosial mediada da geniş müzakirə mövzusuna çevrilib.

​Bir saatlıq müqavimət və gərginlik
​Ozan Güvənə etiraz edən vətəndaşlardan biri hadisəni öz sosial media hesabında ətraflı şəkildə izah edib. O, əvvəlcə Ozan Güvənin, Mehmet Aslantuğ və bir qadın rəfiqəsi ilə oturduğu masaya yaxınlaşdığını, lakin bu zaman Güvənin ayaqyolunda olduğunu bildirib. Daha sonra həmin şəxs aktyorlara onları bu məkanda görmək istəmədiklərini açıq şəkildə söyləyib.
​Vətəndaşın sözlərinə görə, onlar bir neçə dəfə masaya yaxınlaşaraq aktyorlardan məkanı tərk etmələrini xahiş ediblər. Lakin heç bir reaksiya verilmədiyini gördükdə kütləvi etiraz başlayıb. İddialara görə, Güvən əvvəlcə kafedən çıxmaqdan imtina etsə də, təxminən bir saat davam edən gərginlikdən sonra oranı tərk etməyə məcbur olub.

# 717 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər