Qızları güldürməkçün sənin kimi xaç çəkərdik - Azərbaycanlı şair Roma Papasına şeir yazdı

Qızları güldürməkçün sənin kimi xaç çəkərdik - Azərbaycanlı şair Roma Papasına şeir yazdı
24 sentyabr 2021
# 13:01

Kulis.az gənc şair Əlibala Əhmədovun Roma Papası II İohann Pavelə yazdığı "Dünyanın ən yaxşı keşişi" şeirini təqdim edir.

Sapsarı balaca cücələr güllərin dibini eşələyəndə
uşaqlar qazlı sular içib üz-gözünü
şirin - şirin turşudanda
və qayğanaq qoxusu çəpərə qədər gedib çatanda
sən və sənin kimi olan bütün insanları düşünürəm.

İnadığımız dinin yaşlı adamları bizə həmin dinin əqli dəlillərindən daha çox
ona zidd olanları lağ etməyi öyrətmişdilər.

Və biz səni də təqlid edərik, məktəb vaxtlarında
özümüzə ötəri xoş gələn qızları güldürmək üçün
Sənin kimi xaç çəkərdik...

Və hamınızın başıboş olduğuna inanardıq.
Bu dünyada heç vaxt heç bir şey mütləq həqiqət kimi parlamayacaq
çünki bitib tükənmir yanaşmalar və şərhlər...
İnanmaq mümkündür, hər şeyə.

Və həyatın bizə qarşı etdiyi rəzillik də elə budur.
Sən tacqoyma mərasimindən imtina etmişdin
qulların tacı olmaz
deyə və
"Allah qullarının qulu" adlandırmışdın, özünü.

Üzündə müqəddəs bir qüssə var idi və yorğun idi qocalmış, hamar dərinin səthi.
Əllərin uzaqdan parlaq gümüşə bənzəyirdi.
Çünki qatilin olmaq istəyəni bağışlamış
və səlibçilərin
inkvizisiya edərək
həyatları puç edənlərin yerinə tövbə etmişdin.

Göstərmişdin ki, bu dünyada başqa hər şey kimi dinlərin də özlərini həqiqət sanaraq,
insanların hulqumundan yapışıb
onu sıxmaq haqqı yoxdur.
Və beləcə xristianlığın vicdanına çevrilmişdin.

Sən Əməvilər məscidində dua edəndə
Və Quranı öpəndə
Əllərində Quran
boynunda xaç
qəlbindəsə dünya üçün sülh arzusu tutmuşdun.

Məhbusları Kuba küçələrinə azad olaraq qaytarmışdın,
özündənrazı və qəddar, rəhmsiz Kastroyla
yalnız bir dəfə görüşərək...

...Qadınları, kişiləri
qocaları, cavanları görmək kimi bir arzu yoxdur içimdə.
Həyətə asılmış zibilləri atmaq istəmirəm heç yerə
və evimdən başqa heç yerə qayıtmıram.

Heç nə bu həyatı gözəlliyə çevirə bilməz...
Amma qüssəsi və yorğunluğu müqəddəs olan insanları xatırlayaraq,
nələrəsə dözməyə çalışmaq
ruhumuzu susqunluğun dadsızlığına alışdırır...
Sönür içimizdə baş qaldıran üsyanın
nələrisə dəyişmək haqqındakı
faydasız arzusu...

# 3149 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

11:30 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər