Müstəqillik dövrünün ən yaxşı beş hekayəsi hansılardır? - Yazıçılar cavab verdi

Müstəqillik dövrünün ən yaxşı beş hekayəsi hansılardır? - Yazıçılar cavab verdi
8 oktyabr 2025
# 12:00

Kulis.az yazıçılarımızın "Müstəqillik dövrünün ən yaxşı beş hekayəsi hansılardır?" sualına cavablarını öyrənib.




Fəxri Uğurlu

"Azərbaycan yenidən müstəqilliyinə qovuşandan bəri ölkəmizdə yüzlərlə, minlərlə hekayə yazılıb. Onların arasında oxuduqlarım da var, oxumadıqlarım da; bəyəndiklərim də var, bəyənmədiklərim də. Bu qədər yazı içindən məhz beşini seçmək çox çətindir.

Ancaq bəyəndiyim, zövq aldığım bir neçəsinin adını çəkə bilərəm.

Məsələn:

Elçin, "Rəssam Muxtar Manaflının həyatı, sənəti və bu dünyadan qaçışı";

Kamal Abdulla, "Adaşlar";

Saday Budaqlı, "Əclaf";

Ataqam, "Nanəli konfet";

Eyvaz Əlləzoğlu, "Doğum"

Nəriman Əbdülrəhmanlı, "Gələn adam";

Əlabbas, "Gecəyarı hadisə";

Rafiq Tağı, "Monqol";

Rəşad Məcid, "On sentyabr";

Etimad Başkeçid, "Günəş topla mənim üçün";

Mübariz Örən, "Balıq gülüşü";

Şərif Ağayar, "Şəkil";

Orxan, Mövlud, "Qara bayram";

Cavid Zeynallı, "Zəmanəmizin qəhrəmanı";

Ən son ədəbi nəslin nümayəndələrindən:

Nadir Yalçın, "Balıqçılar";

Orxan Həsəni, "Anka";

İlk yadıma düşən bunlar oldu. Düşünmək üçün çox vaxt verilsəydi, yəqin bu siyahı on dəfə uzanardı.




Həmid Herisçi

"Ulucay Akifin hekayələrini oxuduqdan sonra ən müasir çağdaş Azərbaycan nasirlərinə sevgim yarandı. Qısa, aydın, süjetli yazırlar. Bilirlər ki, hekayəni yazar yox, süjet yazır. Detallara, xırdalıqlara parçalanmırlar. Detallara taxılmaq şerdə də, nəsrdə də çox təhlükəlidir.

Bunu Ulucayla yanaşı Vüqar Van da bilir. Orxan Həsəni də. İkinci Orxan, yəni Saffari də bu uğurlu beş yazardan biridir.

Təbrizdə oxşar qələm Əli Çağladadır. "Onun atasının tapancası var" hekayəsini hələ əlyazmasında oxudum. Düzü, Təbrizdə gecələr başmaq seyrinə yox, şeir və nəsr seyrinə çıxardıq. Belə səfərlərin birində o hekayənin süjeti beynimizə daldı. "Davcıladı" bir növ. Qısa söhbətimiz bəs elədi, gecə Əli Çağlanın gözünə yuxu gəlməsin. Səhəri gün hekayəni Təbriz xalçası üstə gördüm. Gördüyümüz kimi, uğurlu hekayə ani parıltı nəticəsində doğur.

İlk olaraq sürət tələb edir qələmdən. Ulucayda bu sürət çox yüksəkdir. Şəhriyar del Geraninin anası haqda yazdığı hekayəni heç vaxt unutmayacam.

Qısası, hekayənin beş pəhləvanı artıq ədəbiyyatımızda qılınc-qələm oynatmaqdadırlar. Sükan möhkəm əllərdədir. Səməd Vurğunun Stalinin ölümünə yazdığı şeirindəki "İlk dəfə əlində titrəyir qələm" ifadəsini bu beş yazar inkar edirlər.

Sübut edirlər ki, yaxşı nəsr məhz əldə qələm titrəyərkən yazılır".

Şərif Ağayar

Ataqam, “Dişlək alma”;

Mübariz Örən, “Balıq gülüşü”;

Etimad Başkeçid, “Veyil dərəsi”;

Seymur Baycan, “Qab-qacaq səsi”;

Elçin Hüseynbəyli, “Kəndə gün doğanda qayıdacağıq”.



İlham Əziz

Şərif Ağayar, "Şəkil";

Mübariz Örən, "Balıq gülüşü";

İlham Əziz, "Bahar xəstəliyi";

Orxan Həsəni, "Anka";

Babək Məmmədli, "Sevgi şəhəri".




Mübariz Örən

Mübariz Örən, "Balıq gülüşü";

Şərif Ağayar, "Şəkil";

Ataqam, "Dişlək alma";

Ayxan Ayvaz, "Monoton";

Orxan Həsəni, "Abyssalis”.


Samirə Əşrəf

Şərif Ağayar “Qayıdış”;

Seymur Baycan “Qabqacaq səsi”;

Mübariz Örən “Çinar yazıları”;

Mirmehdi Ağaoğlu “85-ci gün”;

Orxan Həsəni “Anka”.

Bu hekayələr beşliyimdədir. Bunlarla bərabər, Vüqar Vanın “Molla”, Orxan Saffarinin “Əjdər”, Sərdar Aminin “Atamın əlləri” hekayələrinin adlarını çəkə bilərəm.

Kənan Hacı

Orxan Fikrətoğlu - "Dəccal";

Fəxri Uğurlu - "Leylinin Məcnunluğu";

Şərif Ağayar - "Cəfər əminin yolları";

Mübariz Örən - "Qar tanrısı";

Mirmehdi Ağaoğlu "85-ci gün";

Eyni zamanda, Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsinin adını çəkə bilərəm.




Həmid Piriyev

Rafiq Tağı - "Magistral xətlər keçə o torpağın üstündən";

Seymur Baycan - "Adsız itin qayıdışı" (eyniadlı hekayə kitabı isə, məncə, müstəqillik dövrünün ən uğurlu hekayə kitabıdı);

Ataqam - "Okeanda iki maymaq";

Rasim Qaraca - "Nilufər";

Murad İbrahimbəyov - "Şəbəkə".




Cavi Dan

“Fəridə, Nərmin Kamal, Ataqam, İlqar Rəsul, Orxan Həsəninin hekayələrini sevirəm”.


Əli Novruzov

“XXI əsrin dörddə biri arxada qalıb, bütün 25 ilə qiymət vermək mənim üçün çətindir, amma son illərdə yazılmış yaxşı hekayələr dedikdə yadıma dərhal düşənləri deyim: Seymur Baycanın "Evdən siçovul çıxaran", Əli Zərbəlinin "Qəhqəhə", bir də Orxan Saffarinin "Zəngəzur dağlarında" hekayəsi. Hekayə çox spesifik formadır.

Azərbaycanda yaxşı hekayə çox nadir hallarda yazılır. 99,99%-i makulaturadır”.




Sara İbrahim

Elə hekayələr var ki,oxuyub bitirdikdən sonra təsirindən çıxa bilmirsən, bəzən sonuna çatanda sarsılırsan, bir daha oxumağa ehtiyac hiss edirsən. Nə gizlədim, elə müəlliflər olub ki, hekayəsini oxuyanda ürəyimdən; “kaş mən də belə bir hekayə yaza biləydim” fikri keçib. Belə hekayələr təəssüf ki çox deyil, barmaqla sayacaq qədər azdır. Bəlkə, mən sadalayacaqlarımdan da yaxşı hekayələr var, amma mən onları oxumamışam. Ona görə oxuduğum hekayələr arasında məni təsirləndirən, yadımda qalan, “ən yaxşı” kateqoriyama daxil etdiyim hekayələri yazacağam.

Ataqam, “ Oyconbi”;

Babək Məmmədli, “Sevgi şəhəri”;

Şərif Ağayar “ Şəkil”;

Fəridə, “Noa qəbiləsinin qadınları”;

Təranə Vahid, “Qorxu çiçəkləri”.


Əli Zərbəli

"Saday Budaqlı, "Şübhə";

Şərif Ağayar, "Şəkil";

Seymur Baycan, "Qab-qacaq səsi";

Nərmin Kamal, "Qarovulçunun oğlu";

Orxan Həsəni, "Qırmızı ayaqqabılar";

Vüqar Van


"Şərif Ağayar, "Şeqlov üsulu";

Seymur Baycan, "Qabanları gözləyərkən";

Nərmin Kamal, "Ülvi küçəsi";

Əli Zərbəli, "Qəhqəhə";

Orxan Həsəni, "Anka";

Hazırda əhvalıma uyğun olaraq ağlıma bunlar gəldi".




Orxan Saffari

"Orxan Həsəni, "Qırmızı ayaqqabılar";

Nadir Yalçın, "Balıqçılar";

Orxan Saffari, "Əjdər";

Şəhriyar Del Gerani, "Türbulans";

Vüqar Van, "Şahid".

# 341 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər