Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq
26 noyabr 2026
# 16:43

Londonun iki min illik tarixini və mədəni müxtəlifliyini əks etdirən yeni “London Museum” şənbə günü qapılarını ziyarətçilərə açacaq.

Kulis.az xəbər verir ki, 2022-ci ildə bağlanan köhnə muzeyin yerini tutan və keçmiş "Smitfild" ət bazarının Viktoriya dövrü binalarında 437 milyon funt-sterlinq (573 milyon dollar) dəyərində bərpa işlərindən sonra yaradılan məkan dünyanın ən böyük şəhər muzeyi kimi təqdim edilib.

Muzeydə Roma dövrünün Londinium qalıqlarından müasir dövrədək geniş ekspozisiya yer alır.

Eksponatlar arasında Bukingem sarayının köhnə telefon stansiyası, Banksinin 2024-cü ildə piranya təsvirləri ilə bəzədiyi polis köşkü, “The Clash” qrupunun bas-gitaraçısı Pol Simononun "London Calling" albomunun üz qabığında sındırdığı gitara, I Çarlzın edam köynəyi, XVII əsrə aid “Cheapside” zinət əşyaları xəzinəsi və 2017-ci ildə kanalizasiyanı tıxayan məşhur Uaytçepel yağ kütləsinin parçası nümayiş etdirilir.

Muzeyin direktoru Şaron Ament Londonun tarix boyu müxtəlif icmaların qovuşduğu məkan olduğunu vurğulayıb.

Ziyarətçilər sərgi zalındakı 6 metrlik pəncərədən yaxınlıqdakı Farrinqdon stansiyasına daxil olan metro qatarlarını izləyə bilərlər.

Muzeyin maskotu göyərçin seçilib.

Qeyd edək ki, 2027-ci ildə muzeyin yeraltı zirzəmilərinin açılması, 2028-ci ildə isə ərazisinin daha da genişləndirilməsi planlaşdırılır.

# 57 dəfə oxunub

Oxşar xəbərlər

53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

16:21 26 noyabr 2026
Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı”  adlı tədbir keçirildi

Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı” adlı tədbir keçirildi

16:07 26 noyabr 2026
Məşhur model vəfat etdi

Məşhur model vəfat etdi

15:42 26 noyabr 2026
Türkiyəli məşhurlar azadlığa buraxıldı

Türkiyəli məşhurlar azadlığa buraxıldı

14:46 26 noyabr 2026
Kəlbəcər Şəhəri Günü qeyd edildi

Kəlbəcər Şəhəri Günü qeyd edildi

14:42 26 noyabr 2026
Ancelina Coli və Bred Pittdən birgə açıqlama - 10 il sonra

Ancelina Coli və Bred Pittdən birgə açıqlama - 10 il sonra

13:44 26 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər