“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək
27 noyabr 2026
# 18:23

Dekabrın 3-də Nizami Kino Mərkəzində Azərbaycan şəhərlərinə həsr edilən “Buralar” layihəsinin ilk filmi - “Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, layihənin rəhbəri və filmin müəllifi tanınmış səyyah və jurnalist Azər Qəribdir.

“Şamaxı” sənədli filmi Azərbaycanın qədim tarixə malik şəhərlərindən Şamaxının zəngin keçmişinə, ənənələrinə və müasir inkişafına həsr olunub.

Film tarixlə müasirliyin, zəngin mədəni irslə yaşadılan ənənələrin, təbiət gözəllikləri ilə inkişaf edən turizm imkanlarının vəhdətini nümayiş etdirərək Şamaxını tamaşaçıya Azərbaycanın özünəməxsus və cəlbedici bölgələrindən biri kimi təqdim edir.

Şamaxı tarixən həm mənəvi, həm də elmi düşüncənin mühüm mərkəzlərindən olub. Filmdə Qafqazın ən qədim məscidi Cümə məscidi, burada yaşamış və fəaliyyət göstərmiş böyük mütəfəkkirlərin irsindən bəhs edilir, Şamaxının tarixi-mədəni kimliyinin ayrılmaz hissəsi olan astronomiya elmi, rəsədxana ənənələri və zəngin intellektual mühit ekrana gətirilir.

Şamaxı həm də Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələrinin beşiklərindəndir. Bölgənin üzümçülük mədəniyyəti bu gün müasir yanaşmalarla yenidən dirçəlir. Şərabçılığın inkişafı bölgənin iqtisadi potensialına töhfə verməklə yanaşı, Şamaxının turizm cəlbediciliyini də artırır.

Film müasir Şamaxının inkişafına, burada formalaşan turizm infrastrukturuna, yeni hotellərə, qonaqpərvərlik ənənələrinə və turistlər üçün yaradılan imkanlara da diqqət yetirir. Bu baxımdan, “Nəsimi Bağları” kompleksi filmdə bugünkü Şamaxının əsl incilərindən biri kimi təqdim olunur.

# 50 dəfə oxunub

Oxşar xəbərlər

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
Müharibənin uşaqlara təsirini göstərən sərgi - 20 min boş süd şüşəsi

Müharibənin uşaqlara təsirini göstərən sərgi - 20 min boş süd şüşəsi

15:46 27 noyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edildi

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edildi

15:23 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər