“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi
27 noyabr 2026
# 17:58

“ The Hunger Games: Sunrise on the Reaping” filminin dünya üzrə ilk həftəsonu gəliri 225 milyon dollara çatıb.

Kulis.az xəbər verir ki, 85 ölkə və ərazidə nümayiş olunan ekran əsəri ABŞ-də təxminən 120 milyon, beynəlxalq bazarlarda isə 105 milyon dollar toplayıb.

Beləliklə, “Aclıq oyunları” franşizası son illərdəki fasilədən sonra yenidən qlobal kassa yarışının ön sıralarına qayıdıb.

Suzan Kollinsin əsərlərinə əsaslanan yeni film hadisələri ilk ekran əsərindəki hadisələrdən 24 il əvvələ aparır. Süjet Panemin 50-ci Aclıq Oyunlarına, yəni İkinci Dörddəbir Qırğınına və gənc Heymiç Abernetinin taleyinə həsr olunub. Filmdə baş rolu Cozef Zada canlandırır. Yeni ekran əsərinin uğuru franşizanın əvvəlki prequelindən sonra tamaşaçı marağının yenidən yüksəldiyini göstərir.

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər