“Yaddan daha yad olan buz kimi qucaqlarda”

“Yaddan daha yad olan buz kimi qucaqlarda”
8 iyul 2013
# 09:19

Kulis.Az Aynur Qəniyevanın şeirlərini təqdim edir.

***

Saatları dəqiqələrə, günlərə illərə

Həyatları, ömürləri qocalığa vuranda

Nə etsən də cavab yenə zaman edir.

Deyirlər ki hər şeyi zaman edir

Ömrü indi, bu an ölməyəcəyinə söz vermir

Həyat bütün ümidləri köhnəldir

Zaman günü, ayı ili, insanı yerə vurub yerlə bir edir

Yaşam an-an, il-il, gün-gün zaman-zaman

Ömründən yığışır, köçür, gedir

***

Baxışın isidir soyuq şəhəri

Sənin varlığındır doğmalaşdıran

Bu başdan-ayağa yamyad yerləri

Bu donuq simalı boz küçələri.

İsidə bilirsən bir gülüşünlə..

***

Səssiz gecə kimi zülmət cildində

Əzablar qoynunda zillət içində

Tənhalıqla birgə yalqız təklikdə

Özüm tənhalığı bayram edirəm

Badə qaldırıram tənhalığıma

Bir az “həzz alıram” bir az “gülürəm”

Həm “xoşbəxt” oluram həm “sevinirəm”

Hisslərim ağlayır boş ürəyimdə

Duyğum didikləyir fikirlərimi

Ruhum göz yaşını qonaq göndərir

İndicə sildiyim nəm gözlərimə.

***

Zülmətləri geymiş lüt gecələrdə

Sevişir yad və doğma yataqlarda

Bütün qanuni və qanunsuz sevişənlər

Ayrı-ayrı şəhərlərdə, ayrı-ayrı evlərdə

Bəlkə də qonşu küçələrdə qaranlıq otaqlarda

Yaddan daha yad olan buz kimi qucaqlarda

Gecənin özü qədər çox darıxır

Yatmaq üçün uzanan, biri-birini sevən iki insan

***

Ömrümdən sonraya bilet gəzirəm

Axtarıram o naməlum ünvanı,

O bileti alacağım o müəmmalı adamı

Gəlsin tapsın məni, versin biletimi

Gedib görüm həyatımdan sonranı

# 2700 dəfə oxunub

Oxşar xəbərlər

"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər