news-inner
clock17:45 calendar-gray 23 Noyabr 2012 view-gray3143 dəfə oxunub
view-gray3143 dəfə oxunub

“Qırmayın bir-birinizi, hər kəsə yemək çatacaq...” – YENİ LAYİHƏ

Dünyanın hər yerində belədir, əyalət adamları gözdən-könüldən iraq qalır, incik düşürlər. Bəzən şəhərə dözməyib, öz xoşluqları ilə əyaləti ömürlük seçənlər də olur. Ancaq qələm adamlarının səsi, harayı eşidilməz olanda cəmiyyətdən küsürlər. Belə insanların ən küsəyəni şairlərdi. Beləliklə, Kulis.az -da “Sözlü adam” adlı layihəyə start verdik. Xurcunu çiynimə atıb, rayon-rayon, kənd-kənd düşüb əyalət şairləri ilə hal-əhval tutmağı öz boynuma götürdüm. Birinci işimizin operativliyi üçün paytaxta nisbətən yaxın olan rayondan – Cəlilabaddan başlamalı oldum...

Cəlilabadda yaşayan, yerli şairləri yaxşı tanıyan köhnə dostum İbrahim Selə zəng açdım: “Qardaş, öz elində-obasında yazıb-yaradan, yaddan çıxmış şairlərin axtarışına çıxmaq istəyirəm”.

İbrahim zəngimə çox sevindi: “Ayə, qardaş, özün bilirsən ki, son vaxtlar şair bolluğunda Cəlilabad Qazaxı da keçib!” – deyərək telefonda xeyli güldü.

20 Yanvar metrostansiyası, Velotrekin qarşısı və Cəlilabada gedən taksilər...

Nəhayət, taksilərin birinə oturub, Ya Allah, birbaşa yollandım şairlər yurduna. (Yola düşənə qədər taksi sürücüsü bir müştəri kimi məni əldən buraxmamaq üçün nə oyunlardan çıxdı, bunu bir başqa vaxt yazacağam)

Gecənin qaranlığında Cəlilabadda məni İbrahim Sel və adaşı, gənc yazar İbrahim Fərhad qarşıladı. “Səhər açılsın, səni yüz şairlə görüşdürəcəyik” - dedilər.

Səhər Hüsamə Bin Sərxan (yazarın təxəllüsü məhz belədir) və Sakit Orduxanlı imzası ilə dövri mətbuatda tanınan dostların əhatəsinə düşdüm. Dostlar məni çılğın bir şairlə görüşdürməyə söz verdilər və tanımadığım şair İman Abdullaya zəng vurub, oturduğumuz kafeyə dəvət elədilər. Az keçmiş 50-55 yaşlarında bəstəboylu, yaşına görə çevik, ağ saçlarını arxaya daramış bir şair, əlində bükülmüş qəzet kabinetə daxil oldu. İçəri girib xoşgəldin elədikdən sonra cəld hərəkətlə ucuz “Klassik” siqaretini və alışqanını stolun üstünə qoydu. Hüsaməddin qardaşımız şairi mənə təqdim elədi: “Murad bəy, bizim bu şair sözü üzə deyən, haqqı nahaqqa verməyən adamdı. Bircə eybi var, o da Yazıçılar Birliyinin üzvü olmasıdı!” Hamımız gülüşdük. Şair qalstukunu boynunda nizamlayıb, söhbətə girişdi:

- Qardaş, qalstukuma-zada baxmayın, mən heç vaxt ütülü adam olmamışam. Heç ali təhsilim də yoxdu. Cavanlığımda idmançı olmuşam, tar məktəbini bitirmişəm. Vaxt vardı, toylara gitaraçı kimi gedər, yaxşı pul qazanar, imkansızlara da əl tutardım. İndi, bu qardaşlar da bilir, 4 nömrəli klubda xırda maaşa işləyirəm. Sənin canın üçün, Hesablama Palatasından yoxlama gəlib, bizi yoxlayır, eşitdim məni axtarmısınız, oğurlanıb gəlmişəm.

Hə, təkcə tar yox, gimnastika ilə də məşğul olmuşam. Sizin bir yerli var e, karate Süleyman! Bax onun yanında da bir az məşq eləmişəm. Şair olanda nolar? Adamın qolunda güc də lazımdı.

Sonra mənim ANS televiziyasında toylar haqda çıxışımdan danışdı:

“Mən oğluma sünnət eləyəndə qulaqlarımı tutub bağın o başına qaçmışdım, bir də gördüm, həyətdə dörd nəfər qovaraq uşağı tutub, dəlləyin yanına aparmaq istəyir. Uşaq da qışqırıb onların əlindən qaçmağa çalışır. Bağrım qan oldu, ürəyim dözmədi, özüm işə qarışdım. Uşağı əzizləyərək, tutub onlara təhvil verdim”. (Xeyli gülüb, bir siqaret yandırdı)

Dedim, şair nə vaxtdan bu şeir işinə girişmisən?

Yenə də gülərək söhbətə başladı:

- Bir dəfə Bakıdan bir şair gəlmişdi. Soruşdu ki, Cəlilabad ədəbi mühitində nə var, nə yox? Dedim, rəhmətliyin oğlu, nə Cəlilabad, heç Azərbaycanda ədəbi mühit var ki? Dedim, Azərbaycandakı ədəbi mühit dişsiz gözələ bənzəyir. (Düzü onun bu aforizmindən bir şey anlamadım, ancaq özü öz “icadından” məmnunluğunu bildirmək üçün xeyli gülüb sözünə davam elədi. Onun bu bənzətməsini gözlərimin önünə gətirməyə çalışdım və qəfildən məni də gülmək apardı.) Qardaş, açığını deyim, mən əvvəllər şeir-zad yazan deyildim. Belarusda əsgərlik çəkəndə ilk dəfə sevdiyim qıza şeirlə məktub yazmışam. Özü də şeiri zəngin qafiyədə yazdım. Sonra bala-bala qırıldatdım, sonra baxdım ki, əməlli-başlı dolğun şairəm. Özü də mən həmişə öz qələmimlə xalqımın yanında olmuşam. Qardaş, şair ictimai xadim olmalı, həmişə məzlumların yanında durmalı, kasıblara ürək-dirək verməlidi. Mən o mənada “xəlqani”yəm. (Şair deyəsən Xaqanini də xətm edib). Dövlətimi, xalqımı çox sevirəm. Ancaq harın məmurlar gözümün düşmənidi. Bir də görürsən bir şair yazır, ay uşaq, göyə daş atma, göy üzü daş saxlamaz, nə bilim, düşüb kiminsə topuğuna dəyəcək. Ə, belə sözlərdən şeir olar? (Əlini mənə uzadır, yəni, vur bura! Mən də əlimi onun əlinə şappıldadıram) Mən həm qəzəl yazıram, həm heca şeirləri, həm satira. Elə şairlər var, qəzəl yazır, deyirəm, əruzdan başın çıxırmı, deyir yox. Deyirəm, bə niyə yazırsan? Ancaq mənim qəzəlimi oxuyanlar deyir, sən həmişə qəzəl yaz, qoşmalarımı oxuyan deyir, qoşma yaz, rəhmətlik şair Qasid deyərdi, İman, sən satira yaz! Şair var, sənin canınçün, buxaq sallanır, göbək qalxır. Bizim dərdimiz tamam ayrıdı. Bir dəfə bir məmura dedim, ayə, bir-birinizi niyə yeyirsiniz, adam kimi dolana bilmirsinizmi? Sonra da bu şeiri oxudum:

Gülürəm mən özümə, çünki sizə ağlayıram

Yurduma kəm baxanı sadəcə mən yağlayıram

Adicə söz bulağından deməyin, çağlayıram

Kimə ölmək, kimə sevmək, kimə gülmək çatacaq

Qırmayın bir-birizi, hər kəsə yemək çatacaq...

Şair şeiri deyəndən sonra dik tutduğu şəhadət barmağını aşağı salıb, bir siqaret yandırdı və söhbətinə davam elədi:

- Mən təkcə şeir yazmıram, musiqini, muğamı da gözəl bilirəm. İndi elə müəllimlər var, dərs deməyə yollananda, həmin günün dərsini kitabdan əzbərləyib gedir. Ta, söylədiyi dərsin ətrafında bir sual versən, çaşıb qalacaq. Bu şeiri elələrinə demişəm, deyir:

Boş yerə çoxları ağartdı başı

Kürsülər dalında neçə min yaşı

Sözün kirəsi yox, şairin maaşı

Diplomlu başsızlar vəzifələrdə

Mixaylo, Mixaylo, hanı şəhərdə?

Bu arada Sakit Orduxanlı söhbətə qarışdı: “Görürsən, şair Səməd Vurğuna necə oxşayır? Şeiri deməyi, sözləri inci kimi yan-yana düzməyi...”

İman Abdulla yenə başladı:

“Canın haqqı, Ədalət Əsgəroğlu deyir, məni AYB-yə üzv qəbul eləyən vaxtlar Anar müəllim kitabımdakı şəklimə baxıb da deyib ki, ayə, bu ki, Səməd Vurğundu!”

Arada şair sözünə ara verəndə, fürsət tapıb sual verirəm:

- Şair, bəs niyə kitabının tirajı 150-di, olmazdımı, bir az çox buraxaydın, xalqımız daha çox bəhrələnəydi?

Şairin dərdi təzələndi:

- Ay qardaş, mən öz çörəyimi özüm qazanıram. Heç vaxt istəmərəm, kitab üçün gedib kiməsə ağız açam. Gücüm buna çatıb, onu da eləmişəm. Bu dostlar bilir, mən Seyidbazar kəndindənəm, qohum-əqrəbada çoxlu imkanlı adamlar var, heç birisinə də ağız açmaq istəmirəm, qoy, şairin qeydinə qalmağı özləri fikirləşsinlər...

Bu yerdə Hüsaməddin zarafatla onun üstünü kəsir: “A kişi, bəs Ruset uşaqlarının sənə bağışladığı maşını niyə danırsan?”

Şair dərhal cavab verir: “Ə, nə maşın? Dəmir tabutdu dəə, deyirlər, qoy qəza eləyib tez ölsün, bizim də canımız qurtarsın!”

Soruşuram ki, şair, neçə yaşın var?

Deyir, özünüz hesablayın, 1961-ci il, noyabr ayının 22-sində doğulmuşam.

Birdən Hüsaməddin dik atılır:

- Ayə, bu gün sənin ad günündü ki! Davay, axşam qonaqlığı hazırla, gələcəyik!

Şair çaşır: “Doğrudan ad günümdü? Qardaş canı, heç xəbərim yox idi! Gör nə günlərə qaldıq, adım da yadımdan çıxıb!”

Sonra da ucadan gülüb, araya avazla söz qatır:

- Bəzi təkəbbürlü şairlərə deyirəm ki:

Şair gərəkmən şairəm” deməyə,

Onu sevən oba ola, el ola

Sözlərinin təravəti itməyə

Hər fəsili bahar ola, gül ola...

Hüsaməddin bu dəfə də zarafatından qalmır:

- A kişi, araya söz qatma! Qonaqlığı nə vaxt verirsən?

Şair gülür:

- Ə, məndə pul var?

Hüsaməddin dirənir:

- Ayə, maşını sat də, neynirsən onu, sürə də bilmirsən!

Şair zarafata zarafatla cavab verir:

- Ayə, maşını satsaq, üç günə arağa verib içəcəyik, sonrası noolacaq, bağışlayıblar axı?

Mən şairi çətin vəziyyətdən “xilas eləyirəm”:

- Şairin xətrinə dəyməyin, qonaqlığı özüm verərəm.

Hüsaməddin gülüb mənə deyir, yox qardaş, özümüz ölməmişik ki, bizdə qonaq qonaqlıq verməz.

Birdən İman Abdulla cibindən qövsvari gözəl bir qatlama bıçaq çıxarıb, Hüsaməddinə:

- Bax, bu da hədiyyədi, ancaq özümü sənin kimilərdən qorumaq üçün cibimdə gəzdirirəm! – deyir.

Şairin bu hərəkətinə hamımız gülüşürük.

Vaxt darlığına görə təzəcə isinişdiyim çılğın şair İman Abdulla ilə vidalaşıb ayrılırıq.

Növbəti şairlə - öz yaradıcılığında növhə və mərsiyəyə yer ayırmış Misir Alarlı ilə görüşmək üçün Alar kəndinə yola düşürük...

Bu barədə növbəti yazıda...

Oxşar xəbərlər

Xəbər lenti

Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir? – Mütəxəssis rəyi
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020
Pula görə təhsilini yarımçıq qoydu, repressiyadan təsadüfən xilas oldu, xanımı başqa qadınla evlənməsini istədi – Üzeyir bəydən maraqlı faktlar
12:08 18 Sentyabr 2020
Müəlliməni intihara aparan səbəb
11:36 18 Sentyabr 2020
Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link
11:02 18 Sentyabr 2020