writer1

Sevda Sultanova

Məqalə sayı

841
clock12:52 calendar-gray 02 Dekabr 2019 view-gray1389 dəfə oxunub
view-gray1389 dəfə oxunub

Azərbaycan Yazıçılar Birliyi ləğv olunmalıdır

Bu yazını bir müddət öncə yazmağı planlaşdırırdım. Ancaq bəzən işin çoxluğu, bəzən həvəssizlik mane olurdu.

Təxminən bir ay öncə Azərbaycan Yazıçılar Birliyində “Ədəbiyyat qəzeti” yayınlarına daxil olan bir neçə kitabın təqdimatı keçirildi. Yayına daxil olan “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabının müəllifi olduğumdan təqdimata qatılmalıydım. Çoxdan idi ki, Yazıçılar Birliyinin tədbirlərində iştirak etmirdim. Tədbiri müşahidə edəndə belə başa düşdüm ki, 21-ci əsrin ortalarında da, sonlarında da Yazıçılar Birliyinin keçirdiyi təqdimatların formatında, məzmununda heç bir dəyişiklik olmayacaq.

Əvvəla bir yaradıcı təşkilatda bu qədər dəxilsiz, sıxıcı rəsmiyyətçiliyin, qəlibləşmənin olması normal deyil. Yaradıcı atmosfer, müzakirə olmayan bir ortamda, tərifə, təriflənməyə susamış, sanki sovet dönəminin arxivlərindən çıxıb gəlmiş, yersiz ciddiyyətə bürünmüş, inersiya vəziyyətində olan insanların əhatəsində özümü Kommunist Partiyasının iclasında hiss edirdim. Tədbirdən çıxanda mənən o qədər əzgin və süst idim ki, özümə gəlməyim üçün bir neçə gün lazım oldu.

Yazıçılar Birliyi özünün köhnə-kürüş yanaşmasından qopmalı, binasının divarlarından kənara boylanmağı bacarmalıdır. Yeni, modern düşüncəyə söykənən, funksional təqdimat formatlarıyla tanış olmalıdır. Fərqli tərkibli auditoriya qazanmalıdır. Elə bir auditoriya ki, orada təkcə Yazıçılar Birliyinə mənfəət obyekti kimi baxmayan yaradıcı insanlar yox, həm də müxtəlif sahələrdə fəaliyyət göstərən intellektuallar yer alsın.

“Ekranlaşdırlmış ədəbi əsərlər” kitabının təqdimatını bir də Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirdik (söhbət Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurumdan gedir – S.S.). Kitabın təqdimatını keçirmək təşəbbüsü AKİ-dən gəlmişdi və deyim ki, ittifaq vaxtaşırı kreativ, maraqlı, aktual mahiyyətli tədbirlər keçirir və yeni ideyalara açıqdır. Təqdimata gələnləri yormamaqdan ötrü çıxışımı ədəbi əsərlərin ekranlaşdırılmasının mahiyyəti, klassifikasiyası üzərində qurdum, qısa, dolğun bilgi verdim, mümkün qədər lakonik olmağa çalışdım. Sonra qısa, produktiv müzakirə, hətta mübahisə oldu. Auditoriya kino adamlarından tutmuş ictimai aktivistlərə qədər müxtəlif tərkibdən ibarət idi.

Daha vacibi - təqdimatlarda müəllifin, kitabının təriflənməsinə ehtiyac yoxdur. Bu sovetdənqalma çürük yanaşma, boş söz yığını və gələnlərin vaxtına hörmətsizlikdir. Yəni təqdimatlar səmərəli ünsiyyət vasitəsinə çevrilməlidir.

Sovetlərin təsiri, ənənələri ilə formalaşan, boş tərifə və təriflənməyə ehtiyacı olan yaşlı nəsli anlayıram. Onların alternativ görmək imkanı olmayıb. Ancaq ora toplaşan orta və gənc nəslin onlara oxşaması, onlar kimi qeyri-səmimi, pafoslu düşünməsi, danışması, tədbirdən sonra növbətçi, saxta təbəssümlə ard-arda selfi çəkdirməsi faciədir. Seymur Baycanla, Ələkbər Əliyevlə gələn dalğanı ona görə haqlı sayıram ki, illərlə formalaşan qəlibləri amansızca, sinikcə dağıtdılar. Onlarla razılaşdığım, razılaşmadığım məqamlar var. Bu, başqa söhbətdir. Ancaq köhnəliyə amansız münasibət zəruridir.

Ümumiyyətlə isə dövlət büdcəsindən maliyyələşən Yazıçılar Birliyi kimi təşkilatların ləğvi daha yaxşıdır. Birlik art-kluba çevrilsin, kitab mağazası, sərgi salonu açılsın, tamaşalar, film təqdimatları keçirilsin. Misalçün, keçmiş pantomimçilərin yaratdığı “Rebus” teatrı tamaşalarını göstərməyə yer tapmır.

Birliyin “Natəvan” klubunun interyeri isə tamamən dəyişməlidir. Klubdakı masanın dəyirmiliyi Birliyin hermetik, mühafizəkar mahiyyətini, dekadent əhval-ruhiyyəsini ifadə edir.

Barokkosayağı elementlər ağır basır, divarın rəngləri soyuqluq, monotonluq aşılayır. İnteryerdəki simmetriklik, dəbdəbə, Viskontinin filmlərində gerçəkliklə əlaqəsini itirmiş ziyalıların snob kabinetlərini xatırladır.

Yadıma düşmüşkən, təqdimatda yazıçı İlqar Fəhmi belə ifadə işlətdi ki, bəzi saytlar yazıçıların şəxsi həyatını yazır, özəlini başlığa çıxarır, yazıçının yaradıcılığı isə kənarda qalır. Ola bilsin, İ.Fəhmi bununla Kulis.az ı da nəzərdə tuturdu. Yaradıcı insanların şəxsi həyatı əhəmiyyətli təcrübədir, yaradıcılıqları ilə kəsişir və onları daha yaxşı anlamaq mənasında vacibdir. Bulqakovdan tutmuş Bunuelə qədər onlarla nümunə çəkə bilərəm. Ancaq İ.Fəhmi narahat olmasın, çətin ki, onun özəl həyatı kiminsə marağını çəksin. Çünki əsərləri o dərəcədə əhəmiyyətli deyil.

Nəhayət, başqa bir məqam. “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabım 100 nüsxə çap olunub. Kitabın arxasında isə tiraj 300 yazılıb. Kitaba məsul olanlardan səbəbini öyrənəndə, nəşriyyatın 100 nüsxə çap etməyə ixtiyarı olmadıqlarını dedilər. Halbuki bir neçə peşəkar naşirdən belə bir qaydanın olmadığını öyrəndim. Sual açıq qalır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tanınmış aktyor vəfat etdi
10:20 19 Yanvar 2021
Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi açıldı
09:55 19 Yanvar 2021
Müasir monqol hekayəsi: Portret - Orijinaldan tərcümə
09:00 19 Yanvar 2021
Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021
Qazilərimizdən bəhs edən film çəkildi
14:29 18 Yanvar 2021
50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
13:50 18 Yanvar 2021
Peyvənd vurduran nazir və qərarsız Facebook əhli
13:02 18 Yanvar 2021
Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər
12:15 18 Yanvar 2021
Muzeyə getməməyi ilə məzələnən xalqım, oy! – Sərdar yazır...
11:42 18 Yanvar 2021
Beyin anevrizması keçirən məşhur repçi sağaldı
11:07 18 Yanvar 2021
Axşama tamaşa var
10:30 18 Yanvar 2021
Nizamini dərin hissiyyatlı kadrlar öyrənməlidir - Cavanşir Yusifli yazır...
10:01 18 Yanvar 2021