Tanınmış rejissorun 65 illiyi qeyd edildi

Tanınmış rejissorun 65 illiyi qeyd edildi
23 iyun 2026
# 14:20

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşası növbəti dəfə oynanılıb.

Teatrdan kulis.az-a bildirilib ki, budəfəki nümayiş səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun 65 illik yubileyinə həsr olunub.

Tamaşanın sonunda rejissorun teatr sahəsində uzunillik səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilib. Rejissorun quruluşunda ərsəyə gələn səhnə əsərlərinin nəinki Azərbaycan teatrlarında, eləcə də onun hüdudlarından uzaqlarda da maraqla qarşılandığı bildirilib. Akademik Musiqili Teatrın rəhbərliyi və kollektivi adından yubilyara təbriklər çatdırılıb.

Gəncə Dövlət Milli Dram Teatrının quruluşçu rejissoru Elşad Əhmədli Əsgər Əsgərovu özünə ustad hesab etdiyini vurğulayaraq sənətkara yeni yaradıcılıq uğurları arzulayıb.

Səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır.

Musiqili dramda Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Nicat Əli, Faiq Mirzəyev, Elnarə Nağdəliyeva, Elçin İmanov, İbrahim Əlizadə, Elxan İsmayılov, Nərmin Əliyeva, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Atilla Məmmədov, Nihat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.

Xatırladaq ki, "Gülçöhrə və Əsgər" tamaşasının premyerası 2025-ci ildə olub.

# 823 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər