Məşhur aktrisa narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edildi

Məşhur aktrisa narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edildi
19 iyun 2026
# 12:11

Britaniyalı aktrisa Emaa Hussen Qərbi Afrikadan Avstraliyaya irimiqyaslı narkotik qaçaqmalçılığında ittiham olunaraq həbs edilib.

Kulis.az xəbər verir ki, bu barədə Avstraliyanın "Nine.com.au" nəşri məlumat yayıb.

34 yaşlı aktrisa Adelaidadan olan bir ər-arvadla birlikdə ələ keçib. Onlar kömür kisələrində gizlədilmiş və ümumi dəyəri 296 milyon dollar olan təxminən 320 kiloqram metamfetamini ölkəyə keçirməyə cəhd etməkdə günahlandırılırlar.

Rentgen aparatında ortaya çıxan qorxunc mənzərə

Məlumata görə, Qanadan gətirilən kömür kisələri gömrükdə Sərhəd Qoşunları əməkdaşlarının şübhəsini cəlb edib. Rentgen yoxlanışı zamanı kisələrin içində ağ kristallik maddə aşkarlanıb. Sonradan laboratoriyada aparılan ekspertiza bu maddənin xüsusi təhlükəli narkotik növü olan metamfetamin olduğunu təsdiqləyib.

Evindən çıxanlar polisi şoka saldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları aktrisanın evində apardıqları axtarış zamanı əvvəllər içində narkotik maddə daşındığı ehtimal edilən daha 32 boş çanta tapıblar. Səlahiyyətli şəxslər sonrakı məhkəmə-tibbi ekspertizası üçün sənətçinin bütün elektron cihazlarını və şəxsi qeyd kitabçasını müsadirə ediblər.

Məhkəmənin qərarı ilə Hussen avqust ayında keçiriləcək növbəti iclasa qədər dəmir barmaqlıqlar arxasında saxlanılacaq.

Stethemın filmindəki "rus fahişəsi"...

Qeyd edək ki, 34 yaşlı Emaa Hussen Böyük Britaniyanın məşhur "İst-End sakinləri" (EastEnders) serialının spin-off layihəsindəki rolu ilə tanınıb. Lakin ona kino dünyasında ən çox diqqət gətirən rolu dünyaca məşhur aktyor Ceyson Stethem ilə birlikdə çəkildiyi "Kolibri effekti"filmində canlandırdığı rus fahişə obrazı olmuşdu.

# 726 dəfə oxunub

Oxşar xəbərlər

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

15:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər