writer1

Müşfiq Şükürlü

Məqalə sayı

25
clock12:17 calendar-gray 24 Sentyabr 2019 view-gray718 dəfə oxunub
view-gray718 dəfə oxunub

Yazıçı olmağa iddialı nankor oxucular

Kulis.az Müşfiq Şükürlünün “Yazmaqla yazmaq arasında” adlı yazısını təqdim edir.

Nə zaman yazmaq lazım olduğu haqda dəqiq tövsiyə yoxdur. Ən azı mən xatırlamıram. Bu səbəbdən sözün sehri yoxa çıxan anlarda da, misalçün kitab oxuya bilməzkən, bir şey yazmaq arzusu içində gəzişər. Sözün sıxıcı olduğu günlər söz yaratmaq. Hardan gəldi bu axmaq fikir ağlıma! Sıxıntıdanmı? Yox, elə yarımçıq qoyduğum bir kitabdan azıb gəlmişəm. Nə bilmək olar? Bəlkə dərin təsir altındayam və cümlələrim təqliddən o yana keçmir. Bunu da əlavə etsəm yaxşıdır. Sevgi münasibətlərindən də təsirləndiyim olur. Əgər yazıçı aşiqlərin yataq otağındakı divanın cırıltısını canlı təsvir qabiliyyətinə və qəhrəmanlarının daxili durumlarına hakimdirsə.

(Hardansa bir vasvası redaktor çıxıb yuxarıdakı abzasın axırıncı cümləsini kəsib-doğramaq istəsə, qulağını burun).

Yazmaqla bağlı dəqiq bildiyim bir şey var. Onun çətinliyi barədə düşündükcə qıfıllanırsan. Yazmaq rahatlıq deməkdir birinci. Markezin, Nabokovun – böyük ilham yiyələrinin yazı texnika və vərdişlərindən xəbərdar deyiləm. Necə yazardılar? Üslubçular xüsusən. Bir cümlə üzərində saatlarla düşünmək əziyyət deyildi ki? Əgər bu, yazmağın qızıl qaydasıdırsa, bu yazını yarımçıq qoymaqçün əla şansdır.

Küçədə dəcəl bir maşının xəbərdarlıq siqnalı sinirlərimə toxunur. Hansı bədbəxtin əli-ayağı dəydi yenə? Amma yazı alınır. Ona görə narahat deyiləm. Ohh. Nə gözəl şeymiş. Sakitəm. Uğurlu başlanğıc. Min bərəkət.

Bu yazıya başlamazdan təqribən üç gün öncə kiçik birini də yazmışdım. Yarımçıq buraxmalı oldum. Mənə elə gəlir, bu, həmin yazının ardıdır. Amma əgər yazı ilə tanış olsaydın (“sən”ə keçdik), əksinə, deyərdin yox. Qətiyyən! Heç dərinlərə getmədən, ümumi atmosferdən tuta bilərdin. Bu yazıya olduqca nikbin başlamışam axı. O isə qaramat düşüncələrdən ibarətdir. Necə fikirlər? Deyim də. Özündən imtina və dünyanın dözülməz yer olduğu haqda müqəddəs Çexovdan qalma iylənmiş fikirlər. Misalçün belə bir cümlə vardı:

“Özündən qurtulmaq ideyası yəqin yeniyetməlikdən gəncliyə keçidin ilk pilləsində üzə çıxır”.

Pah atonnan!

Yox, bu yazının ilk cümləsi idi. O yarımçıq, bədbəxt yazının. Başqa bir cümlə:

“Çözüm yoxdu”.

Anladın da (sorun varsa, “siz” deyim). Fəlsəfə bataqlığında (söhbət əsla fəlsəfə elmindən getmir) vanna almaq istəyən təcrübəsiz gənc yazar.

Yazar demişkən. Nə vaxtdan yazar olduq? Ən əsası. Axı necə olduq?

Belə də deyəndə az mütaliəli (bəlkə əskinə?), yazıçı olmağa iddialı nankor oxucuların hücumuna məruz qalırsan. Bu, doğru təsnifat deyil. Razıyam. Bütün yazarlar uğurlu, şanslı və zəhmətkeş oxuculardırsa bəs? Yox! Qətiyyən! Təvazökarlıq yaramır bizə.

Sualımın cavabı isə mənə də məlum deyil. Hekayələrimdən bir-ikisi haqda müsbət rəy almışam. Amma deyilənə görə, ədəbiyyatdan başım çıxır.

Bəs niyə o yazını tamamlaya bilmədim? Üç-dörd gün öncəkini deyirəm. Deməli, yazmaq həmişə alınmır. Yazı ancaq milyonlarla cəhdin nəticəsidir. Sartrın nəinki bütün əsərləri fantastik deyil, hətta bizə məlum əsərləri arasında uğursuzları mütləq ki var.

Amma həddən ziyadə nikbinlik də bir şey deyil. Misalçün, xoşbəxtlik və sevgi haqda çox oxumuşam. Barıtı bu qədərmi qoyarlar?

Dünyanı və yaşamağı sevək. İstəməyənin gözü çıxsın. Dozu keçməmək şərti ilə. Sevsən də, belə düşüncələrə çox dalıb yazmamaq gərək. Ümumən yazının müəyyən halı, havası da olsa, o həm də haldan, havadan yüksəkdədir. Çərçivəyə salmağa meyllidir gerçək mətn, düşməyə yox.

Bəli! Cənab sən! Yazmaqdan danışmaq asandır. Yazmağın özü isə zırıltı.

Oxumaq yazmaqdan gözəldir. Həmişə belə düşünmüşəm. Yazmaq məsuliyyətdir həm də. Oxumaq kimi deyil. Aldığın zövqün hesab-kitabı yoxdur. Oxu keç. Yazmaqsa ya sevinc, ya peşmanlıqdı.

Ya da yazmaq gözləntidir.

Yazmağı ilk dəfə belə şişirdirəm. Məncə, gündəlik yazan on səkkiz yaşlı qızla Marsel Prust arasında fərq yoxdur. Onlara yazdıran eyni arzudur. Yazının keyfiyyəti ikinci dərəcəli işdir. Heç kəsin ədəbiyyatçı olmaq öhdəliyi yoxdur. Amma yazmaq ki seçimdir. Seçimsə azadlıq deməkdir.

Buna görə heç vaxt yazanların çoxluğundan şikayət edənlərə haqq verməmişəm. Yazmaq ki yazıçının ibadətidir, necə axı yazma deyər. Hələ namaz qılma deyən əhli-namaz görmədim. Belə şairlər də var. Yerlərini dar edən kimsələr var onların. “Hara baxırsan şair, hara baxırsan yazıçı”. Belə düşünürlər ki, bu, bizim ziyanımızadır. Yox, əsla. Məncə, bu, rəqabətdir. Azad bazar kimi. Bizim monopoliya həvəskarı yazar və şairlər mövcud mühitin qurbanlarıdır bəlkə də. Bu arzuya başqa nə diaqnoz qoyasan?

Bütün hallarda oxumağı yazmağa dəyişmərəm. Yazmaq heç vaxt oxumaqdan daha artıq ləzzət verməyib mənə. Bəlkə mən beləyəm?

Səncə necə? Hansı gözəldir?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021
Nizami yenidən tədqiq edilməlidir - İradə Musayeva yazır...
10:52 19 Yanvar 2021
Tanınmış aktyor vəfat etdi
10:20 19 Yanvar 2021
Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi açıldı
09:55 19 Yanvar 2021
Müasir monqol hekayəsi: Portret - Orijinaldan tərcümə
09:00 19 Yanvar 2021
Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021
Qazilərimizdən bəhs edən film çəkildi
14:29 18 Yanvar 2021
50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
13:50 18 Yanvar 2021
Peyvənd vurduran nazir və qərarsız Facebook əhli
13:02 18 Yanvar 2021
Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər
12:15 18 Yanvar 2021
Muzeyə getməməyi ilə məzələnən xalqım, oy! – Sərdar yazır...
11:42 18 Yanvar 2021
Beyin anevrizması keçirən məşhur repçi sağaldı
11:07 18 Yanvar 2021