"İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət

"İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət
3 iyul 2026
# 15:20

Kulis.az Hədiyyə Şəfaqətin "Elə adamlar var..." şeirini təqdim edir.


Elə adamlar var, adamdan qabaq
Bilinir, bir dəstə yarpaq olublar
Olublar yamyaşıl, kövrək sevincli
Sonra saralıblar, qopub düşüblər,
Sonra düşdükləri yerdə ölüblər...


Üstündən ay keçib, il keçib bəlkə
Ruhları dolanıb bağların üstə
İntizar dağ boyda, ümid bir tikə
Budaqdan qopmaqla barışmayıblar,
Çürüyüb torpağa qarışmayıblar...


Yaddaşdan çıxmayıb yaşıl çağları,
Üzülüb əlləri yenə, üzülüb,
Düşüb öldükləri şah budaqlara
Hər bahar başqa yarpaqlar düzülüb...


Sonra...
Sonrasında nə olasıdır,
Gediblər, itiblər öz-özlərindən,
Sonra doğulublar
Adamlar kimi,
Yaşıllıq tökülür üz-gözlərindən...


Hələ də sağdılar, hələ də canlı,
Hələ də sevirlər ağaclarını.
Bir yol kənarında
Bir dağ başında
Görəndə hələ də gözləri dolur,
Bəzi adamların yarpaq keçmişi
Çürümür,
Göyərib ürəyi olur..

# 812 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:05 12 oktyabr 2026
Dünyanın ən qalmaqallı okkultist yazıçısı - Alister Krouli kim idi?

Dünyanın ən qalmaqallı okkultist yazıçısı - Alister Krouli kim idi?

15:30 12 oktyabr 2026
Kamal Abdullanın  “Azərbaycanca danışaq” əsəri Polşada

Kamal Abdullanın “Azərbaycanca danışaq” əsəri Polşada

15:21 12 oktyabr 2026
Əhməd Cavadın nəticəsi və  adaşı:  "Deyirdilər ki, onu yandırıb dənizə atıblar..."

Əhməd Cavadın nəticəsi və adaşı: "Deyirdilər ki, onu yandırıb dənizə atıblar..."

15:00 12 oktyabr 2026
"Oskar"lı aktrisanın qorxu filmi  kassa reytinqinə başçılıq edir

"Oskar"lı aktrisanın qorxu filmi kassa reytinqinə başçılıq edir

14:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər