Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi
3 iyul 2026
# 18:00

İyulun 3-də Özbəkistan Milli Universitetinin professoru Hamidulla Boltaboyev və Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı İnstitutunun prorektoru, professor İnomjon Azimov Azərbaycan Milli Kitabxanasının qonağı olublar.

Kulis.az xəbər verir ki, qonaqlara Milli Kitabxananın fəaliyyəti, zəngin kitab fondu, rəqəmsal resursları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib.

Daha sonra tərəflər Azərbaycan ilə Özbəkistan arasında elmi-mədəni əlaqələrin inkişafı, ortaq türkoloji irsin tədqiqi, ədəbiyyatşünaslıq sahəsində aparılan araşdırmalar, eləcə də kitabxanalararası əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Professor Hamidulla Boltaboyev və professor İnomjon Azimov Milli Kitabxananın zəngin fondu və burada yaradılmış müasir informasiya mühiti ilə tanışlıqdan məmnun qaldıqlarını bildirərək, iki ölkənin kitabxanaları arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Görüşün sonunda professor Hamidulla Boltaboyev müəllifi olduğu kitabları Milli Kitabxananın fonduna hədiyyə edib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov isə qonaqlara müəllifi olduğu “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitabını təqdim edib.

# 683 dəfə oxunub

Oxşar xəbərlər

Nüfuzlu musiqi festivalının biletləri tükəndi

Nüfuzlu musiqi festivalının biletləri tükəndi

13:30 5 oktyabr 2026
Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

13:15 5 oktyabr 2026
Mollanəsrəddinçi “Şeypur”  jurnalı

Mollanəsrəddinçi “Şeypur” jurnalı

13:00 5 oktyabr 2026
İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

12:40 5 oktyabr 2026
"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

12:15 5 oktyabr 2026
2027 Paris Moda Həftəsi yekunlaşdı

2027 Paris Moda Həftəsi yekunlaşdı

11:30 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər