Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

Madonnadan 21 il sonra yeni albom: "Confessions II"
4 iyul 2026
# 13:10

Dünyaca məşhur pop ulduz Madonna 2005-ci ildə işıq üzü görən və böyük səs-küy yaradan "Confessions on a Dance Floor" albomunun davamı olan "Confessions II" layihəsini düz 21 il fasilədən sonra pərəstişkarlarına təqdim edib.

Kulis.az xəbər verir ki, uzun müddətdir gözlənilən bu layihə qlobal musiqi ictimaiyyətində böyük maraqla qarşılanıb.

​Albomun açılışında Madonna deyib:

​"Bəzən sadəcə kölgələrdə gizlənməyi sevirəm. Yeni bir şəxsiyyət, fərqli bir kimlik yaratmaq... Mən istədiyim hər kəs ola bilərəm".

​"Yenidən kəşf ustası" və 2005-ci ilin diskoteka ruhu
​

Nüfuzlu "BBC" nəşrinin musiqi tənqidçisi Mark Sevic yeni layihəni dəyərləndirərkən Madonnanı "yenidən kəşf ustası" adlandırıb.

Sevicin sözlərinə görə, sənətçinin illər boyu davam edən, musiqi marağı və axtarışları ona hər zaman dövrün ruhunu tutmağa imkan verib.
​

Məlumata görə, Madonnanı yenidən 2005-ci ilin coşqulu diskoteka atmosferinə qaytaran əsas fiqur məşhur musiqi prodüseri Stüart Prays olub. Tənqidçi qeyd edir ki, albomun əsl yüksəlişi onun məhz avtobioqrafik xəttə yönəldiyi anlarda başlayır. Sevic albomun ən diqqətçəkən və uğurlu mahnısı kimi xüsusi olaraq "Danceteria" mahnısını vurğulayıb.

# 907 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər