Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı
4 iyul 2026
# 15:08

İyulun 4-də Milli Kitabxanada Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş “Əliqismət Lalayev - 70” adlı virtual və “Əməkdar incəsənət xadimi Əliqismət Lalayev” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim edilib.

Kulis.az xəbər verir ki, sərgilərdə Əməkdar incəsənət xadimi, teatrşünas Əliqismət Lalayevin həyat və yaradıcılığından, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrındakı fəaliyyətindən, səhnədə canlandırdığı obrazlardan, quruluş verdiyi tamaşalardan, teatr mühitinə gətirdiyi yeniliklərdən, qazandığı uğurlardan bəhs edilən ədəbiyyatlar, dövri mətbuatda və məcmuələrdə çıxan məqalələr nümayiş olunur.

Əliqismət Hümmət oğlu Lalayev 1956-cı il iyulun 4-də Salyan rayonunda anadan olub. Əmək fəaliyyətinə 1972-ci ildə başlayan Əliqismət Lalayev ilk müstəqil addımlarını mədəniyyət sahəsində atıb, əvvəl klub müdiri işləyib, daha sonra isə Salyan rayon "Qələbə" qəzetində korrektor vəzifəsində çalışıb.

O, 1975-1980-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İnstitutu fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilib, 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirib.

1993-cü ilin sentyabrından M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsinə dəvət olunan Əliqismət Lalayev sonralar Mədəniyyət Nazirliyində daha məsul vəzifələrdə çalışıb. Əliqismət Lalayev 2008-2025-ci illər ərzində Dövlət Musiqili Komediya Teatrının direktoru vəzifəsini icra edib. O, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Əliqismət Lalayev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət departamentinin direktoru, Türk Dünyası Ağsaqalları Birliyi İdarə Heyətinin üzvüdür. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir.

Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Naxçıvan MR-in Əməkdar İncəsənət xadimi (1986), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2016), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" (2016) fəxri adlarına layiq görülüb.

Teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan N.Qoqolun "Evlənmə" (2011) tamaşası və Ü.Hacıbəylinin "O olmasın, bu olsun" komediyasına görə “Zirvə” mükafatına layiq görülüb.

Milli teatr sənəti sahəsindəki uğurlarına görə 2012-ci ilin may ayında "Yaxşıların yaxşısı" Milli Mükafatına layiq görülmüş Əliqismət Lalayev, teatrın Vətənimizin hüdudlarından kənarda tanınması üçün də böyük layihələr həyata keçirib.

# 658 dəfə oxunub

Oxşar xəbərlər

Küləklərə qoşulub gedən rəssam - Tofiq Cavadov kim idi?

Küləklərə qoşulub gedən rəssam - Tofiq Cavadov kim idi?

17:00 20 avqust 2026
Nazim Hikmətin irsinə həsr olunmuş ən böyük sərgi açılır

Nazim Hikmətin irsinə həsr olunmuş ən böyük sərgi açılır

16:30 20 avqust 2026
"YouTube" rejissor Emir Kusturitsanın kanalını ləğv etdi

"YouTube" rejissor Emir Kusturitsanın kanalını ləğv etdi

16:00 20 avqust 2026
Azərbaycanlı jurnalistlər Səmərqənddə: “Əbədi şəhər”, Əmir Teymurun məqbərəsi, Registan meydanı...

Azərbaycanlı jurnalistlər Səmərqənddə: “Əbədi şəhər”, Əmir Teymurun məqbərəsi, Registan meydanı...

15:30 20 avqust 2026
"Neznayka" animasiya filminin rejissoru vəfat etdi

"Neznayka" animasiya filminin rejissoru vəfat etdi

15:15 20 avqust 2026
“Şuşanın dağları” mahnısına görə təqib edilən sənətkar - Ona "Xan" təxəllüsünü kim vermişdi?

“Şuşanın dağları” mahnısına görə təqib edilən sənətkar - Ona "Xan" təxəllüsünü kim vermişdi?

15:00 20 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər