"Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

"Aşıq Ələsgərin anım tədbirləri”  layihəsi çərçivəsində növbəti tədbir keçirildi
3 iyul 2026
# 12:40

“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində Goranboyda növbəti tədbir keçirilib.

Kulis.az xəbər verir ki, anım tədbiri Goranboy Rayon Heydər Əliyev Mərkəzində reallaşıb.

Tədbirdə əvvəlcə Dövlət Himninin səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva Azərbaycan aşıq sənətinin milli-mədəni irsimizdə tutduğu mühüm yerdən danışaraq bildirib ki, belə layihələr gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayır.

Layihə rəhbəri, İctimai Birliyin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli layihənin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Aşıq Ələsgərin zəngin ədəbi-bədii irsinin geniş ictimaiyyətə, xüsusilə gənc nəslə çatdırılması, Azərbaycan aşıq sənətinin yaşadılması və milli-mədəni dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev Aşıq Ələsgərin yaradıcılığı və Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə məlumat verərək tədbir haqqında iştirakçılara məlumat verilib.

Tədbirdə çıxış edən tibb üzrə fəlsəfə doktoru, Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin direktoru Hacı Abbas Bağırov, tarix üzrə fəlsəfə doktoru Gündüz Hacıyev Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan xalqının tarixi yaddaşının, milli kimliyinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib.

“Aşıq Ələsgərin anım tədbirləri” layihəsinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Naftalan, Goranboy, Göygöl və Samux rayonlarında keçirilməsi nəzərdə tutulub.

# 514 dəfə oxunub

Oxşar xəbərlər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər