“Molla Nəsrəddin: Çətin günlərimin dostu” filminin Özbəkistan mərhələsi çəkilir

“Molla Nəsrəddin: Çətin günlərimin dostu” filminin Özbəkistan mərhələsi çəkilir
3 iyul 2026
# 13:10

Xalq artisti, görkəmli kinorejissor Vaqif Mustafayevin ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Molla Nəsrəddin: Çətin günlərimin dostu” tammetrajlı bədii filminin çəkilişinin Özbəkistan mərhələsi başlayıb.

Bu barədə kulis.az-a Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin dəstəyi ilə istehsal olunan filmin çəkilişlərinin ümumilikdə 6 türk dövlətində aparılması planlaşdırılıb.

Özbəkistan bu genişmiqyaslı ekran əsərinin çəkilişlərinin həyata keçirildiyi 5-ci ölkədir. Layihənin bundan əvvəlki çəkiliş mərhələləri Azərbaycan, Türkiyə, Türkmənistan və Qırğızıstanda uğurla başa çatıb. Özbəkistandakı çəkilişlər yekunlaşdıqdan sonra yaradıcı heyət prosesi Qazaxıstanda davam etdirəcək.

Prodüseri Zaur Darabzadə, quruluşçu operatoru Valdemar Şmidt, bəstəkarı Polad Bülbüloğlu olan filmin Özbəkistandakı ilk çəkiliş günü baş tutub.

# 780 dəfə oxunub

Oxşar xəbərlər

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər