“Shahin Novrasli” - 5-ci beynəlxalq musiqi festivalı başlanır

“Shahin Novrasli” - 5-ci beynəlxalq musiqi festivalı başlanır
3 iyul 2026
# 09:00

Şirvanşahlar Sarayı kompleksində “Shahin Novrasli” (Baku Piano Festival) 5-ci beynəlxalq musiqi festivalı ərəfəsində mətbuat konfransı keçirilib.

Kulis.az xəbər verir ki, festivalın təsisçisi və direktoru, Əməkdar artist, tanınmış caz piano ifaçısı Şahin Növrəsli bu yubiley ilində tədbirin bütünlüklə İçərişəhərdə keçirildiyini vurğulayıb.

Caz musiqiçisi festivalın bütün tərəfdaşlarına, sponsorlarına və mediaya təşəkkürünü bildirib.

Bu il rebrendinq baş verib, “Bakı Piano” festivalının adı dəyişərək “Shahin Novrasli” adlandırılıb.

Festival iyulun 3-də Jozefina Beykerin iştirak edəcəyi konsertlə açılacaq və iyulun 12-də Braziliya musiqisi konserti ilə başa çatacaq.

On gün ərzində paytaxt sakinləri və qonaqları 10 ölkədən olan sənətçilərin ifasında müxtəlif janrlara aid musiqilərdən ibarət geniş proqramdan zövq alacaqlar.

“Shahin Novrasli” festivalında, həmçinin festival yarmarkası, gündəlik DJ setləri, ədəbi müsabiqə və cem sessiyaları keçiriləcək. Festivalın xüsusi qüruru gənc istedadların “We Are the Future” konsertidir.

# 674 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər