Nizami Gəncəvi “Son vaqon”a nə deyərdi?

Nizami Gəncəvi “Son vaqon”a nə deyərdi?
6 noyabr 2015
# 10:23

Nizami Gəncəvinin 1201-ci ildə, yəni, düz 814 il bundan əvvəl yazıb başa gətirdiyi “İsgəndərnamə” mənzum romanında qıpçaqların yurduna gəlib çıxan böyük İsgəndər qəribə bir narahatlığını dilə gətirir.

Qıpçaq qadınları çadrasızdırlar, kişilər kimi asudə gəzirlər, at minirlər, ov-ovlayırlar, döyüşürlər və s. İsgəndərin ordusunda isə uzun səfərlər boyu “arvadsızlamış” minlərlə kişi var. Hər an təcavüz etməyə amadə...

Bu, ad-sanıyla iki cahana səs salan İsgəndərin izzəti-şəninə yaraşan iş olmazdı.

Odur ki, böyük fateh qıpçaq ağsaqqallarını yanına çağırıb məsləhət edir ki, qadınlar örtünsünlər. Və bu yerdə islam dinində, şəriətdə qadının örtünməsi ilə bağlı ən vacib məqamları diqqətə çatdıran şair İsgəndərin diliylə deyir: “Bizim adət-ənənəmiz belədir!”

Qıpçaqların cavabı qeyri-adidir: “Bizim adət-ənənəmizə görə isə qadınlar üzünü yox, kişilər gözünü bağlayır. Qoşuna əmr edin, bizim məmləkətdə bizim adət-ənənələrə riayət etsinlər.”

814 il bundan əvvəl, islam dininin intibah yaşadığı bir dövrdə bu sözləri yazmağı bacaran Nizaminin məmləkəti bu gün sonuncu vaqon dartışması içərisindədir.

Utanıb yerə giriləsi haldır...

# 1803 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #