Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda
16 iyun 2026
# 16:10

İrəvan Dövlət Azərbaycan Dram Teatrında Elçinin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan eyniadlı tamaşa tamaşaçılara təqdim edilib.

Teatrdan kulis.az-a bildirilib ki, quruluşçu rejissor Ülvi Məmmədlinin səhnə yozumunda təqdim olunan səhnə əsərinin mərkəzində insan münasibətlərinin görünməyən qatlarında gizlənən həqiqətlər dayanır. Naməlum qonağın bir ailənin həyatına daxil olması ilə hadisələr gözlənilməz istiqamət alır, uzun illər gizli qalmış sirlər üzə çıxır. Qadın və kişi özləri ilə, bir-biri ilə və həqiqətlə üz-üzə qalırlar.

Tamaşada qonaq obrazı ailənin daxili dünyasını sarsıdan, onların gizlətdikləri həqiqətləri üzə çıxaran qüvvəyə çevrilir. Psixoloji qarşıdurmalar, gərgin dialoqlar və gözlənilməz situasiyalar tamaşanın dinamik ritmini formalaşdırır. Rejissorun təqdimatında rasional və irrasional müstəvilər növbələşərək tamaşanın dramaturji gərginliyini daha da artırır.

Səhnə əsərində rolları Murad Məmmədzadə (Qonaq), Ramilə Abasova (Qadın), Zəki Fətəliyev (Kişi) və Cavid Babayev (Zabit) ifa edirlər.

Səhnə tərtibatının müəllifi Umay Həsənova, musiqi tərtibatçısı Nigar Süleymanova, işıq üzrə rəssam Səid Abbasov, səs rejissoru isə İmaməli İmaməliyevdir.

Qeyd edək ki, tamaşa həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə təhsil alan Ülvi Məmmədlinin diplom işi kimi hazırlanıb. Tamaşanın diplom rəhbəri Gümrah Ömərdir.

“Cəhənnəm sakinləri” tamaşası növbəti dəfə iyunun 24-də tamaşaçılara təqdim ediləcək.

# 88 dəfə oxunub

Oxşar xəbərlər

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

16:23 11 iyun 2026
"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

16:18 3 iyun 2026
Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

12:00 2 iyun 2026
"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

12:00 29 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər