"Kasıbların əsl faciəsi onların arzularının yoxsulluğudur..." - Məşhur şotland filosofdan aforizmlər

"Kasıbların əsl faciəsi onların arzularının yoxsulluğudur..." - Məşhur şotland filosofdan aforizmlər
16 iyun 2026
# 15:00

Bu gün şotland əsilli Böyük Britaniya filosofu və iqtisadçısı Adam Smitin doğum günüdür.

Kulis.az onun aforizmlərini təqdim edir.

Başqaları üçün çox, özümüz üçün az hiss etmək; eqoizmimizi cilovlamaq və xeyirxahlığımızı həyata keçirmək insan təbiətinin kamilliyini təşkil edir.

***
Bir dövləti ən aşağı barbarlıqdan ən yüksək sərvət səviyyəsinə çatdırmaq üçün başqa bir şey tələb olunmur, ancaq sülh, asan vergilər və dözülən ədalət idarəsi: qalan hər şey təbii gedişat nəticəsində yaranır.

***
Bizi özümüzə dəyər verdiyimiz kimi qiymətləndirən və bizi digərlərindən fərqləndirən bir insan tapmaqdan məmnunuq.

***
Böyük şöhrətpərəstlik, həqiqi üstünlük istəyi, rəhbərlik və yönləndirmək bütünlüklə insana xas görünür və nitq şöhrətpərəstliyin böyük alətidir.

***
Buraxın etsinlər, buraxın keçsinlər.
***
Elm şövq və xurafat zəhərinə qarşı böyük dərmandır.
***
Ədalət kişi cinsindən, insanpərvərlik isə qadın cinsindəndir.
***
Fəzilət pislikdən daha çox qorxuludur, çünki onun həddi aşması vicdanın tənzimlənməsinə tabe deyildir.
***
Görünür, küskünlük təbiət tərəfindən bizə müdafiə üçün verilmişdir və yalnız müdafiə üçün! Bu, ədalətin qorunması və təqsirsizliyin təhlükəsizliyidir.

***
Günahkara mərhəmət etmək günahsıza zülmdür.
***
Xoşbəxtlik heç vaxt barmağını nəbzinə qoymaz.
***
İnsan başqalarından nümunə götürməsə, irəliləyə bilməz.

***
İnsanın yeganə xəzinəsi onun yaddaşıdır. Zənginlik və yoxsulluq yalnız ondadır.

***
İnsanlara ədaləti sevdirmək üçün əvvəlcə onlara ədalətsizliyin nəticələrini göstərmək lazımdır.
***
Kasıbların əsl faciəsi onların arzularının yoxsulluğudur.
***
Pul bir şeyi dəyişdirmək üçün vasitədir.
***
Sağlam, borcu olmayan, vicdanı təmiz olan insanın xoşbəxtliyinə nə əlavə etmək olar?
***
Var-dövləti az olan insana ən nümunəvi əxlaqdan başqa heç nə ləyaqət verə bilməz.
***
Zənginlərə və qüdrətlilərə heyran olmaq və onlara pərəstiş etmək, kasıb və zəlil vəziyyətdə olan şəxslərə xor baxmaq və ya etinasızlıq göstərmək, rütbələrin və cəmiyyətin nizam-intizamının müəyyənləşdirilməsi və saxlanması üçün zəruri olsa da, eyni zamanda, mənəvi hisslərimizin korlanmasının ən böyük və ən universal səbəbidir.

***
Zənginlərin böyük hissəsi üçün sərvətdən həzz almaq sərvət paradından ibarətdir.

# 649 dəfə oxunub

Oxşar xəbərlər

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

08:50 1 avqust 2026
"Harri Potter"in müəllifi: "Kim olduğumuzu bacarıqlarımızdan çox, etdiyimiz seçimlər göstərir"

"Harri Potter"in müəllifi: "Kim olduğumuzu bacarıqlarımızdan çox, etdiyimiz seçimlər göstərir"

17:50 31 iyul 2026
"İnsan qırxayağı" filminin rejissoru pərəstişkarları ilə vidalaşır: "Sonum yaxınlaşır"

"İnsan qırxayağı" filminin rejissoru pərəstişkarları ilə vidalaşır: "Sonum yaxınlaşır"

17:00 31 iyul 2026
Türkiyənin “Oskar” namizədi bəlli oldu

Türkiyənin “Oskar” namizədi bəlli oldu

15:10 31 iyul 2026
Zümrüd Qasımovanın ailəsində ağır itki

Zümrüd Qasımovanın ailəsində ağır itki

14:45 31 iyul 2026
"Şərqli-qərbli" müqayisələrində intellektual orqazm yaşayanlar -  Ulucay Akif

"Şərqli-qərbli" müqayisələrində intellektual orqazm yaşayanlar - Ulucay Akif

12:44 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər