Sonuncu tədbirdə sevdiyim qadın...

Sonuncu tədbirdə sevdiyim qadın...
17 noyabr 2012
# 15:52

Üzbəüz binada, küçədə, evə yaxın supermarketdə, ofisimiz yerləşən Plazada...

Dayanacaqlarda, vağzallarda, metroda, avtobusda, qatarda, təyyarədə, hətta yolda tıxacda gözləyərkən qonşu maşında...

Dostumun toyunda, qophumumun yasında, konsertdə, teatrda...

Vahid bağında, Heydər Əliyev sarayında, Konservatoriyada, Filarmoniyada, hətta kukla teatrında...

Kafedə, restoranda, banketlərdə, bayram şənliklərində, lap elə valideyn iclaslarında...

Siyasi toplantılarda, nəticəsi əvvəlcədən bəlli olan məhkəmə proseslərində, mətbuat konfranslarında, hətta emosiyaların coşduğu etiraz aksiyalarında...

Təbii fəlakət zonasında, xəstə yanına getdiyim klinikada, kredit ödədiyim bankda...

Bir sözlə, hər yerdə, hər yerdə, hər yerdə...

Müddətindən və bir də təkrarlanıb təkrarlanmayacağından asılı olmayaraq kimisə tapıb sevirəm. Sevirəm və bu sevgi həmin məkanda məni darıxmağa qoymur...

Bütün bu ani əbədiyyətlərin dar ağacında məni görənlər də olur, görməyənlər də...

Amma, məsələn, yolumun piyada hissəsində hər səhər eyni vaxtda məni görməyə adət etmiş xanımın, hər qarşılaşdığımızda astaca saçının və ya paltarının yaxalının qaydasında olmasını yoxlaması çoxdandı ki, məni təəccübləndirmir. Eləcə də digər maraqlı məkanlarda təkrarlanan və təsadüfə heç oxşamayan başqa bu kimi hallar...

Hər dəfə belə anlarda da düşünürəm ki, nə yaxşı ki, mən darıxmaqdan qorxuram...

Nə yaxşı ki, bu cür sevgilər var. Və mən bu cür sevgiləri çox sevirəm...

Nə isə, bütün bunları sənə yazdım, sonuncu tədbirdə sevdiyim qadın...
Yaxşı ki, gec gəldin, yaxşı ki, tez getdim...

# 3638 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #