Əsəbləri korlanmış mələk

Əsəbləri korlanmış mələk
14 noyabr 2012
# 10:29

Vaxt uçur.

Sən onun necə uçduğunu görmürsən, sadəcə küləyini hiss edirsən.

“Yel qayadan heç nə aparmır”-demə. Ən azından yel qayanın əsəbləri ilə oynayır.

Bəlkə hər şey elə kökündən yanlışdı. Bəlkə bu küləyə qarşı dayanan qaya olmaqdansa, ona təslim olmuş bir toz parçası olmaq daha yaxşıydı?! Bu küləyin apara biləcəyi hər yerə getmək...

Vaxt keçir.

Və sən onu dayandığın yerdən seyr etməyə məhkumsan.

Sən onun sadəcə uğultusunu eşidirsən. Ətrafındakı bütün səslər zamanın uğultusudu. Elə hey harasa tələsən zamanın. Harasa qaçan adamların.

Hərdən kimsə sərhədlərini pozur, kimsə ayağını tapdalayır, kimsə qolundan tutub geri çəkir.

Hərdən sən də istəmədən kimisə incidirsən, kiminsə sərhədlərini pozursan. Sonra ürəyin sızıldayır, insafın dilə gəlir.

Tez-tez öz-özünə hesab verməli olursan, korlanmamaq, vicdanı itirməmək barədə.

Tez-tez müəllifini unutduğun o sözləri xatırlayırsan: “Mən nə qədər sərxoş olsam da yaşadıqlarımdan, çıxarkən hesabı ödəyəcək qədər ayığam”.

Buna inanmaq istəyirsən, inanmaq istəyirsən ki, içində daşıdığın hələ də həmin adamdı. Həmin təmiz, güclü və ədalətli adam. Əslində, haqlısan.

Yəni, sən yenə də həmin adamsan. Daha doğrusu, həmin mələksən, sadəcə, əsəbləri korlanmış mələk...

“Yel qayadan heç nə aparmır”-demə. Ən azından, yel qayanın əsəbləri ilə oynayır.

# 2964 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #