İtləri necə öldürməli?

İtləri necə öldürməli?
23 aprel 2019
# 18:42

Bu dünyada bir etibar görmədim…

Şair deyib. Çox da düz deyib. Çünki bu dünyada bərabər yanaşılan heç nə yoxdur. Günəşin istiliyi belə hər kəsə eyni paylanmır. Qaldı ki, insan cəmiyyəti...

Canlıların haqları belə ierarxik ardıcıllıqla qorunur. Kişilərin, qadınların, uşaqların, itlərin, inəklərin, daha sonra otların... İt haqqından danışanda “guya adamların haqqı qorunur, qalmışdı itlərin” kimi güclü bir arqumentlə rastlaşırsan. Ona qalsa bunu sonsuza qədər uzatmaq olar: guya kişilərin haqqı qorunur ki, qadınlarınkı da qoruna və s...

Amma nə etsək, bu ierarxik yanaşma bir sxem olaraq yaddaş kartımıza düşüb. Düşüb nədi, canlıları şüursuz və şüurluya ayırmaqla öz cinsimizlə digərləri arasında bir sərhəd qoymuşuq. Bunu dəyişmək asan deyil. Dünyanı tanımağa həşəratları öldürməklə başlayan uşaqlar canlılara başqa cür münasibət də göstərməyəcəklər. İstəsək də başqa canlıları qəbul edə bilmirik. Bu haqda şairə Sevinc Elsevərin gözəl bir şeiri var:

doludur evlərimiz

it-pişik

hətta ilan-qurbağa

fiqurlu oyuncaqlarla

qovuruq qapımıza gələn

pişikləri itləri

bir qarın belə doyurmadan...

...tısbağa çizgili köynəklər

yastıq üzü

çətirlər

sarmış ikən hər yanımızı

nəsli tükənmədə ölkəmizdə

yox olub getməkdə gerçək tısbağalar...

Şeir deyir ki, canlıları olduğu kimi sevə bilmirik. Hər heyvanı nəyinəsə görə sevirik. Hətta şairlər belə hisslərinə görə itləri təsnifatlandırır, maldarlar qoyunun südünü sağıb, yununu qırxdığı kimi, şairlər də heyvani duyğuları şeirdə istifadə edirlər. Məsələn, Şəhriyar del Gerani darıxmaq məsələsində itdən istifadə edir, Zahir Əzəmət pişikdən...

Həqiqət budur ki, küçə itləri, zibillik pişikləri şairlərdən başqa kimsəyə lazım deyil. İndi bu itlərə ən çox şairlər sahib çıxmalıdırlar. İt haqqını qoruyanlar arasında isə şairlər yoxdur: şairlər itlərin ən çox sahibsizliyini sevirlər.

Hər şey bir yana, bir anlıq düşünək, heç itlərsiz şəhər olarmı?

“Yox bir, gəlib bizi qapsınlar”.

Əlbəttə, yox. Mən özüm də itlərin qorxusundan gecə vaxtı evə qayıtmağa qorxuram. İllah da yemlədiyim itlər sürü ilə dalımca düşəndə və bunu qonşular görəndə.

Canlılara bu həyata bizim qədər haqqı olan məxluq kimi yanaşmamıza çox var.

Amma həqiqət budur ki, lazım gələndə “it deyil, dəxi bizim birimiz” deyə bilirik.

Biz istəyirik ki, uşaqlarımız təhlükəsizlikdə olsunlar, itlər onlara, elə bizə də cummasın. Amma həm də istəməliyik ki, uşaqlarımız ətraf aləmi kənar bilməsin, itə, ota, torpağa sevgiylə yanaşsın.

Hər canlıya bu həyatı onunla bölüşən, eyni haqqa sahib canlı kimi baxsın. Çünki yaşamağın başqa yolu qalmayıb.

İtləri öldürməməyin isə yolu var. Bunu da bilməyən yoxdur: onların artımına nəzarət etmək, quduzluq iynələri vurmaq və s. (Bu arada şairlərdən də sormalı, qulağı birkalı it nə qədər poetikdir?)

“Humanist” çıxmamışıq, human insan deməkdir. Biz itlərdən danışırıq. Buna da bir ad qoymaq lazımdır.

# 2968 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
# # #