Pomidor çığırtması

Pomidor çığırtması
29 iyun 2015
# 12:49

Yarıqaranlıq otağa günəş şüaları sızırdı. Yaşlı psixoloq əlini gicgahına qoyub ona diqqətlə qulaq asırdı. O, sanki bir az sonra lal olacaq, bir daha danışa bilməyəcəkmiş kimi susmaq bilmirdi. Düz 3 saat...

Yaşlı professor tərpənmədən onu dinləyirdi. Sual vermirdi, müdaxilə etmirdi. O, danışdı, danışdı.. Sonra susdu. Professor eynəyini çıxarıb gözlərini pəncərəyə dikdi. Düşündü, düşündü...

- Professor, susmayın lütfən, bir şey deyin...

- ...

- Bilirəm, psixoloqlar nə məsləhət verirlər, nə müalicə yazırlar. Bütün həyatımı danışdım sizə. Deyin nədə səhv etmişəm? Kimdir müqəssir? Bütün bunların adı nədir?

Psixoloq gözlərini yerə dikdi. Sonra ayağa qalxdı. “Gözlə, gəlirəm”, - dedi. On beş dəqiqə sonra geri döndü.

- Siz nahar etməmisiniz. Buyurun, mətbəxə keçin.

Qeyri-ixtiyari ayağa durdu. Yeməyə yox, söhbətə ehtiyacı olduğunu deyə bilmədi. Mətbəxdə masanın üstündə çörək və doğranmış pomidor var idi. Professor tavadakı pomidor çığırtmasını boşqaba tökdü, onun qarşısına qoydu və çıxıb getdi. Çox təəccüblənmişdi. Yeməyə başladı. Yedi bitirdi və başını əllərinin arasına alıb düz bir saat tərpənmədən oturdu. Sonra yavaş-yavaş ayağa durdu. Ayaqlarını sürüyərək professorun otağına qayıtdı. Professor pəncərənin qarşısında dayanıb qaşlarını çataraq bayıra baxırdı. Onun gəldiyini bildi, amma dönüb baxmadı. O, yaxınlaşıb professorun arxasında dayandı. Sükut... Sonra pıçıltı ilə dedi:

- Professor, mən bütün ömrüm boyu pomidor-yumurta ilə pomidor salatı yeyibmişəm.

Professor eynəyini çıxarıb qatladı və ona tərəf dönüb: “Seans bitdi”, - dedi...

# 1724 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
# # #