Rəssamlar İttifaqında "Qərbi Azərbaycan" adlı sərgi açıldı

Rəssamlar İttifaqında "Qərbi Azərbaycan"  adlı sərgi açıldı
15 aprel 2026
# 18:20

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda istedadlı rəssam Əli İsmayıl Əliyevin "Qərbi Azərbaycan" adlı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov sərgi haqda ətraflı məlumat verib, rəssamın rəngkarlıq əsərlərinin bədii əhəmiyyətindən danışıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək rəssamın yaradıcılığında Qərbi Azərbaycan mövzusunun xüsusi önəm daşıdığını vurğulayıb və onun əsərlərində hər zaman bu coğrafiyanın mədəniyyət abidələrinin və adət-ənənələrinin incəliklə və dəqiqliklə əks olunduğunu qeyd edib.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli və sənətşünas Rəfail Gülməmmədli rəssamın həyat və yaradıcılığı, onun əsərlərinin bədii keyfiyyətlərindən söhbət açıblar.

Sonda rəssam Əli İsmayıl Əliyev çıxış edərək onun yaradıcılığına göstərilən dəstəyə görə Azərbaycan Rəssamlar İttifaqına və sərgidə iştirak edən şəxslərə öz təşəkkürünü bildirib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Ekspozisiyada rəssamın müxtəlif illərdə və fərqli janrlarda işlənilən 50-yə yaxın rəngkarlıq əsəri nümayiş olunur.

Sərgi aprelin 18-dək davam edəcək.

# 1155 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər