Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"

Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"
14 may 2026
# 16:43

Mayın 16-da saat 18.00 Azərbaycan Dövlət Kukla Teatrında növbəti premyera baş tutacaq.

Kulis.az xəbər verir ki, teatrın rus bölməsində təqdim olunacaq “Aldanmış Canavar” adlı yeni səhnə işi uşaqlıq yaddaşlarının ən sevilən obrazlarını kukla sənətinin estetik imkanları ilə yenidən canlandıracaq.

Birhissəli kukla tamaşası milyonlarla tamaşaçının yaddaşına həkk olunan “Nu, pogodi!” cizgi filminin motivləri əsasında hazırlanıb. Yeni səhnə yozumunda təqdim edilən tamaşa məşhur Canavar və Dovşan duetinin bitməyən qarşıdurmasını bu dəfə teatr kuklasının poetik dili, canlı oyun enerjisi və musiqili səhnə ritmi ilə təqdim edir.

Tamaşanın əsas özəlliklərindən biri ekran estetikasının birbaşa təkrarı deyil, onun kukla teatrının özünəməxsus ifadə vasitələri ilə yenidən qurulmasıdır. Səhnədə klassik parket kuklaları, dinamik mizanlar, plastika, işıq həlli və musiqi sintezi vasitəsilə hərəkətli, rəngarəng və emosional atmosfer yaradılır. Tamaşa boyu kuklaların xarakterik jestləri, şərti teatr dili və ritmik səhnə keçidləri uşaqları əyləndirməklə yanaşı, böyüklərdə də nostalji hissi oyadır.

Məşhur rus satirikləri Aleksandr Kurlyandski və Arkadi Hayt tərəfindən qələmə alınmış süjet əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdır. Rejissor əsərin məşhur süjet xəttini qorumaqla yanaşı, müasir uşaqların baxış və qavrama tərzinə uyğun yeni teatr dili formalaşdırıb.

Tamaşanın quruluşçu rəssamı Rəna Abbasova səhnə məkanını cizgi estetikasına yaxın rəng palitrası, transformasiya olunan dekor elementləri və xarakterik, ifadəli kukla həlli üzərində qurub. Musiqi tərtibatı isə səhnə dinamizmini gücləndirərək hadisələrin ritmini müəyyənləşdirən əsas komponentlərdən birinə çevrilir.

“Aldanmış Canavar” sadəcə əyləncəli təqib hekayəsi deyil. Tamaşa yumor və oyun dili vasitəsilə tamaşaçıya vacib mesaj ötürür: aqressiya, hiylə və səbirsizlik insanı məqsədinə çatdırmır. Səbir, dostluq və qarşılıqlı anlayış isə ən mürəkkəb vəziyyətlərdə belə qalib gəlməyi bacarır. Səhnədə Canavarın hər uğursuz cəhdi komik situasiya yaratsa da, tamaşanın finalında qarşıdurmanı dostluq əvəz edir.
Səhnə işində obrazları aktyorlar Rauf Babayev, Lina Məmmədova, Afət Zülfüqarova, Yelena Qədimova, Araz Həsənli və Vüqar İsmayılov canlandırırlar.

# 1248 dəfə oxunub

Oxşar xəbərlər

“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
Teatrlarda yeni dövr:  Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

Teatrlarda yeni dövr: Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

13:30 7 oktyabr 2026
Dövlət Pantomim Teatrından yeni   “Şinel”  - Psixo-plastik qarabasma tamaşası

Dövlət Pantomim Teatrından yeni “Şinel” - Psixo-plastik qarabasma tamaşası

15:30 5 oktyabr 2026
“İnanıram” tamaşası nümayiş olundu

“İnanıram” tamaşası nümayiş olundu

11:01 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər