Dövlət məmurunun başına kaska ilə vurarlar?!

Dövlət məmurunun başına kaska ilə vurarlar?!
26 aprel 2022
# 11:00

Dünənki məsələdən yəqin ki, hamınızın xəbəri var. “LEXUS GX460” markalı avtomobillin sahibi, həmin maşının sürücüsü, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, “ARPİA" Mənzil Tikinti Kooperativininin yiyəsi, Prezident tərəfindən 3-cü dərəcəli Əmək ordeni ilə təltif edilmiş Sultan Dadaşov bir motosiklet sürücüsünü nəyi var şapatlayıb.

Bu gün səhər də “LEXUS GX460” markalı avtomobillin sahibi, həmin maşının sürücüsü, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, “ARPİA" Mənzil Tikinti Kooperativininin yiyəsi, Prezident tərəfindən 3-cü dərəcəli Əmək ordeni ilə təltif edilmiş Sultan Dadaşovun açıqlaması yayılıb:

“Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı”.

O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:

“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Mənə maraqlıdır, bu adam adicə maşın sürəndə belə özündə deyilsə, görəsən “LEXUS GX460” markalı avtomobillin sahibi, həmin maşının sürücüsü, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, “ARPİA” Mənzil Tikinti Kooperativininin yiyəsi olmağın öhdəsindən necə gəlib?

Özü də deyir ki, nəvəmi məktəbdən gətirirdim. Bunu həm təqdir edirəm, həm də pisləyirəm. Birinci niyə pislədiyimi deyim: uşağın yanında (lap elə uşaq olmasa da, amma xüsusilə uşağın yanında) belə hərəkət etmək olmaz. Təqdir etməyimin səbəbi isə odur ki, bu adam “LEXUS GX460” markalı avtomobillin sahibi, həmin maşının sürücüsü, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, “ARPİA” Mənzil Tikinti Kooperativininin yiyəsi ola-ola nəvəsini məktəbdən gətirməyə vaxt tapıb, yəni öz ailəsinə diqqət ayırır, ailəcanlı kişidir, içində nəvə sevgisi aşıb-daşır.

Allah belə babadan, yəni, “LEXUS GX460” markalı avtomobillin sahibi, həmin maşının sürücüsü, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, “ARPİA” Mənzil Tikinti Kooperativininin yiyəsi olan babadan hamıya qismət eləsin.

Keçən il mən də motosiklet sürüb kuryerlik edirdim. Motosiklet sürənlərin əksəriyyəti belə halla qarşılaşıb. Günlərin bir günü Həsən Əliyev küçəsində özüm üçün ora-bura sürürdüm, benzin az yandırır deyə rahat idim. Bir dənə qara tabuta oxşayan qara maşın yolumu kəsdi. İki üç dəfə çox nəzakətlə siqnal verdim. Qara tabuta oxşayan maşının içindən verdiyim siqnalların sayı qədər mühafizəçi düşdü, üstümə gəldilər. And-aman elədim ki, vallah, billah, siqnalı sizə vermirdim, onda sakitləşdilər.

Heyif ki, kaskamda kamera yox idi, yoxsa həmin qara tabuta oxşayan qara maşının sahibini əməlli zibilə salardım. Nə bilmək olar, bəlkə həmin maşın da “LEXUS GX460” markalı avtomobillin sahibi, həmin maşının sürücüsü, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, “ARPİA” Mənzil Tikinti Kooperativininin yiyəsinin imiş.

Məlum videoda diqqətimi ən çox çəkən şey hadisədən sonra kənardan katalizatorluq edən yurdumun gözəl insanları oldu. Hələ biri deyirdi ki, “kaskanla onun başına bir dənə vurardın da!”. Ayıb olsun.

Heç “LEXUS GX460” markalı avtomobillin sahibi, həmin maşının sürücüsü, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, “ARPİA” Mənzil Tikinti Kooperativininin yiyəsinin başına kaska vurarlar? Siz nə danışırsınız, ay camaat?

Ağsaqqal adamdır, indi özündə olmayıb, əsəbiləşib, yazıqdır. Motosikletçi qardaş videonu ictimailəşdirməklə düz etməyib. Kaş bu sirri bir sən, bir Allah, bir də “LEXUS GX460” markalı avtomobillin sahibi, həmin maşının sürücüsü, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, “ARPİA” Mənzil Tikinti Kooperativininin yiyəsi bilərdi.

# 4166 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #