"Heyvanlardan ancaq insan gülməyə qadirdir"

"Heyvanlardan ancaq insan gülməyə qadirdir"
23 noyabr 2012
# 09:00

Aristotel, yunan filosofu (e.ə. 384 – 322)

Kişidə mərdlik – hakimiyyət, qadında mərdlik – itaət.

***

Məlumlar çoxlarına naməlumdur.

***

Sevmək, sevilməkdən yaxşıdır: bununla belə insanlar şöhrətpərəst olduqlarından özləri sevmək əvəzinə sevilməyi üstün tuturlar. Onlara görə sevimli olmaq hansısa üstünlük deməkdir.

***

Dostu çox olanın dostu yoxdur.

***

Bəziləri sanki əbədi yaşayacaqlarmış kimi elə hey yığır, digərləri isə elə indi öləcəklərmiş kimi dağıdır.

***

Nəyə görə ata oğulu daha çox sevir, nəinki oğul atanı? Çünki oğul onun əsəridir. Hər kəs öz yaratdığına meylli olur.

***

Qəribəliklər maraqlı olur: bunu nə isə nağıl edənlərin xoş olsun deyə birinin üstünə beşini qoymasından görmək olar.

***

Heyvanlardan yalnız insan gülməyə qadirdir.

***

Biz asudə vaxt qazanmaq üçün asudə vaxtımızdan məhrum oluruq.

***

Bədənin çiçəklənmə dövrü 30-35 yaş arası, ruhun çiçəklənmə dövrü isə təqribən 49 yaşdır.

***

Həm düşmənlərin, həm də dostların xətrinə dəyirlər, çünki birinciləri incitmək asan, ikinciləri incitmək isə xoşdur.

***

Hakimiyyəti pulla alanlar ondan pul çıxarmağa vərdiş edirlər.

***

Aristotelə deyirlər ki, kimsə onu uzaqdan uzağa söyüb; o cavab verib: “Uzaqdan uzağa o qoy məni lap döysün”.

***

Boş – boş söhbətləriylə Aristoteli boğaza yığan biri ondan soruşur: “Sizi yormadım?”. Aristotel cavab verir: “Yox, mən qulaq asmırdım”.

Çevirdi: Rəvan

# 5174 dəfə oxunub

Oxşar xəbərlər

İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı  düşmәnçilik kampaniyası başlanmışdı?

İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı düşmәnçilik kampaniyası başlanmışdı?

10:00 11 fevral 2026
Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

10:00 9 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
"Tamam susmaq da olmur..." - Səməd Vurğun hansı Xalq yazıçısının çıxışına müdaxilə etmişdi?

"Tamam susmaq da olmur..." - Səməd Vurğun hansı Xalq yazıçısının çıxışına müdaxilə etmişdi?

10:00 2 fevral 2026
İbrani Bibliyasının ilk nüsxəsi, axirətə keçmək üçün sehrli mətnlər toplusu... - Dünyanın 7 qədim əlyazması

İbrani Bibliyasının ilk nüsxəsi, axirətə keçmək üçün sehrli mətnlər toplusu... - Dünyanın 7 qədim əlyazması

15:00 31 yanvar 2026
Nobel kürsüsündəki "satqın" - Olqa Tokarçuk Polşanı niyə iki cəbhəyə böldü?

Nobel kürsüsündəki "satqın" - Olqa Tokarçuk Polşanı niyə iki cəbhəyə böldü?

17:00 29 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər