Hansı kitabları kanalizasiyada oxuyacaqlar?

Hansı kitabları kanalizasiyada oxuyacaqlar?
25 sentyabr 2014
# 10:48

Sentyabrın 24-də Kölndə detektiv janrında yazılan romanların festivalı başlayıb.

Festival çərçivəsində müəlliflərlə 40 görüş keçiriləcək və onlar kitablarından parçalar oxuyacaqlar.

Festivalda məşhur detektiv yazarları alman Fridrix Ani, isveçli Ake Edvardson, Arne Dal, amerikalı Donna Leon, britaniyalı Saymon Bekket və başqa yazıçılar çıxış edəcək.

Almaniyanın keçmiş prezidenti Kristian Vulf “Ən yuxarıda, ən aşağıda” avtobioqrafik kitabından hissələr oxuyacaq.

Qiraət qeyri-adi yerlərdə keçiriləcək: qəbiristanlıqlarda, dəfnetmə bürolarında, Kölnün kanalizasiya sistemlərinin yeraltı zallarında.

Detektiv romanlar festivalı artıq üçüncü dəfədir ki, keçirilir. Festival sentyabrın 28-də yekunlaşacaq.

# 2371 dəfə oxunub

Müəllifin son yazıları

# # #