Hitlerin intihar etdiyi sığınacağın sirri - Araşdırma

Adolf Hitler

Adolf Hitler

21 aprel 2022
# 17:00

Kulis.az Adolf Hitlerin intihar etdiyi Fürerbunker sığınacağı barədə araşdırmanı təqdim edir.

Fürerbunker artan bombardmanlar səbəbilə Hitlerin Vorbunker adlı sığınacağının genişləndirilmiş hissəsidir. Hitler son anlarını burda keçirərək intihar edib.

Vorbunker yemək otağına uzanan dəhliz boyunca ventilyatorlu bir generator otağı, hamam, tualet və yataqxanalar da daxil olmaqla yerin altında sağ qalmaq üçün lazım olan əsas elementləri özündə ehtiva edirdi.

Fürerbunker isə 1944-cü ildə “Hochtief” inşaat şirkəti tərəfindən Reyx kanslerinin həyətinin altında inşa edilib. Hər iki sığınacaq polad qapı sistemi və mühafizə olunmuş pilləkən vasitəsilə bir-birinə bağlanıb.

Fürerbunker Üçüncü Reyx hakimiyyətinin qalıntıları ilə yanaşı, Hitler, arvadı və nüfuzlu faşistlərin yüksək rütbəli üzvləri üçün xüsusi otaqlardan ibarət bir komanda mərkəzi olaraq istifadə olunub.

Vorbunkerdən daha kiçik olmasına baxmayaraq, Fürerbunkerdə brifinq otaqları, telefon qovşağı və baş nazirlik binasından çıxarılmış əşyalarla döşənmiş bir neçə yataq otağı var idi.

Hitler və yüksək səviyyəli heyəti 16 yanvar 1945-də, Eva Braun və Yosef Gebbels isə həmin ilin aprelində bu sığınacağa yerləşiblər. Maqda Gebbels və altı uşağı Vorbunkerdə gizləniblər.

19 apreldə Sovet ordusu Berlin döyüşü strateji hücumunu yenidən başladı və şəhəri mühasirəyə almaq üçün birliklərini səfərbər etdi. Hitler sığınacağı son dəfə 20 apreldə, uşaqlara dəmir xaç vermək üçün tərk edib.

Sovet qoşunları Berlinə yaxınlaşdıqda şəhərin müdafiəsi general Helmut Uidlinqin rəhbərliyi ilə təşkil olundu. 30 apreldə general Uidlinq Hitlerlə görüşərək Sovet ordusunun qapıya dirəndiyini və Mussolininin topuqlarından asıldığını ona çatdırdı. Qərara gəldilər ki, Hitlerin ələ keçərək təhqir olunmasından qurtulmaq üçün tək yolu intihardır.

Hitler, iki katibə və şəxsi aşpazı birlikdə yemək yedilər, onlarla vidalaşdılar. Daha sonra Eva Braunla birlikdə odlu silahdan istifadə edərək intihar etdikləri otağa girdilər.

Müharibədən sonra Stalin baş nazirlik binasının sökülməsi barədə tapşırıq verdi. SSRİ və Şərqi Alman hökuməti Fürerbunkerlə Vorbunkeri partlatdılar. 1980-1990-cı illərdə ərazini yaşayış məntəqəsinə çevirmək üçün aparılan qazıntı işləri zamanı hər iki sığınacağın zərər görməmiş hissələrinin varlığı məlum olub.

İnşaat komandası Fürerbunkerin su altında qalmasına və iç divarlarının yıxılmasına baxmayaraq sağlam qaldığını aşkar edib.

Vorbunkerin havalandırma borularının hələ də yerində olduğu, metal kassaların da möhkəmliyini qoruyub saxladığı görülüb. Sığınacaqların bəzi hissələri inşaat zamanı sökülüb, qalan yerləri isə doldurulub.

Mənbə: Heritagedaily

# 7170 dəfə oxunub

Oxşar xəbərlər

Renessans dövrünün rəssamı - Albrext Dürer hansı rəsmdə özünü İsa Məsihə bənzətmişdi?

Renessans dövrünün rəssamı - Albrext Dürer hansı rəsmdə özünü İsa Məsihə bənzətmişdi?

18:35 6 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər