Rəbiyyət Aslanova: “Kitabla bağlı çox xoşagəlməz bir adətim var”
21 iyun 2011
11:08
Milli Məclisin İnsan Haqqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovanın Kulis.az-a müsahibəsi
- Heç kitab oğurladınızmı?
- Yox, elə bir şakərim yoxdur.
- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?
- Belə kitablar var. Əvvəla, mən çalışıram ki, biləm mən niyə həmin kitabı sevmirəm. Adətən, insan anlamayanda sevmir, məsələn, elə kitablar var ki, əvvəl oxumaq çox çətin olur. Bəzən insan bu yoruculuqdan bezir və istəyirsən kitabı kənara qoyasan, amma fikirləşirsən ki, oxuyum, görüm bunun sonu nə olur. Bu baxımdan sevmədiyim ifadəsi düzgün deyil. Dünyagörüşünü, düşüncəsini qəbul etmədiyim yazıçı ola bilər, amma bu o demək deyil ki, mən onu sevmirəm.
- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?
- Hər bir insanın həyatı bir kitabın deyil, bir neçə kitabın sujet xətti ola bilər. Amma mən bunu istəməzdim, çünki mənə gəlir ki, bir kitabın mövzusu olmaq üçün həddən artıq maraqlı bir həyat yaşamalısan ki, başqaları üçün də örnək olsun.
- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?
- Çox kitablarım qalır. Məktəbdən deyə bilmərəm, məktəbdən qalmayıb, ancaq universitet zamanı əldə etdiyim kitablar bu gündə kitabxanamı bəzəyir.
- Birinci sinfə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?
- Vallah onu dəqiq deyə bilmərəm, çünki o qədər də yadımda deyil. Mahiyyətinə varmamışam, nəyi sevirdim, amma mənə elə gəlir ki, şeir söyləməyi çox sevirdim (gülür).
- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?
- Belə deyək, çox xoşa gəlməyən adətim var. Kitabın vərəqini qatlayıram. Sonradan isə hər dəfə qatladığım yerdən onu sığallamağa çalışıram ki, həmin qat açılsın.
- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda?
- Kitabxanamda olan şeir kitabları çoxdur, heç əzbərimdə olanlarda az deyil.
- İlk oxuduğunuz kitab yadınızdadır?
- Qeyri-səmimi olmaq istəməzdim, yadımda deyil. Amma bilirəm ki, nə əlifba, nə də nağıl kitabı idi. Çünki əlifbanı məktəbə getməmişdən əvvəl bilirdim, nağıl kitablarını isə heç vaxt sevməmişəm.
- Bir fəlsəfə kitabını başdan sona qədər oxudunuzmu?
- Maraqlı olanda oxuyuram. Fəlsəfə vahid bir dünyagörüşü deyil. Fəlsəfənin də Qərbi var, Şərqi var. Belə deyək ayrı-ayrı ölkələrin özünəməxsus fəlsəfə tarixləri var. Sizə deyim bəzən elə olur ki, vərəqləyib üstündən keçdiyim məqamlar da olur. Yalnız böyük mütəfəkkirləri bir dəfəyə oxumaq olar, Platonu, Aristoteli, İbn Sinanı.
- Kiməsə kitab bağışlamısınızmı?
- Sevmirəm kitab bağışlamağı, çünki çox qiymətli kitab olanda onu kiməsə verməyə əlim gəlmir. İki şeyi bağışlamağı sevmirəm, bir şəkli, bir də yaxşı kitabı.
- Ən sevdiyiniz film kitab olsaydı, onu oxuyardınızmı?
- Kitabı oxuduqdan sonra filmə baxan zaman nə isə bir könül küskünlüyü yaşayırsan, çünki kitabda olanı film tam əks etdirmir. Məsələn, “Parfümer” əsərinin filminə baxdım və sonra kitabını oxudum. Filmdə rejissor tamamilə başqa nöqteyi-nəzərdən yanaşıb, onun ordakı tapıntıları əsərdən tam fərqlidir.
- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu?
- Mənim ulu babalarımdan biri “Qarabağnamə”lərin müəlliflərindəndir və hesab edin ki, o dövrdən başlamış bu günə qədər Qarabağ mənim üçün, mənim ailəm üçün o qədər doğmadır ki, Qarabağla bağlı kitab oxudunmu sualı heç yerinə düşmür. Qarabağ özü böyük bir kitabdır.
- Sitayiş etdiyiniz dindən başqa dinləri araşdırdınızmı?
- Mənim ixtisasım fəlsəfə tarixi və dinşünaslıqdır. Elmi doktorluq işim də dinşünaslıq üzrədir. Bu o deməkdir ki, mən təkcə İslam dininin ehkamlarını, İslam fəlsəfəsini yox, həm də dünyada mövcud olan ayrı dinləri haqqında da kifayət qədər məlumatlı olmalıyam. Bu baxımdan həmin dinlər haqqında yazılmış kitabları oxumuşam. Bu, artıq mənim məsləyimdir. Bunu oxumamaq, tədqiq etmək qeyri-mümkündür.
- Elektron kitab oxumusunuzmu?
- Bəli, oxumuşam amma məni çox yorur. N. Moiseyevin “Sudba sivilizasii” kitabını oxuyana qədər inanın gözlərim nə qədər zəiflədi. Ona görə çalışıram ki, elektron kitab oxuyan zaman şriftlər böyük olsun, çünki yaşım imkan vermir ki, çox xırda şriftlərlə oxuyum.
- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı?
- Bu həmin insanın öz hüququdur, mən kiminsə kitab yazıb-yazmaması haqda fikir yürüdə bilmərəm. Kitab yazmaq daxili ehtiyacdan, böyük fitri istedaddan, qabiliyyətdən yarana bilər.
- Sonuncu dəfə nə oxumusunuz?
- Bu saat masamın üstündə Harri Harrisonun gözəl bir kitabı var, həddən artıq gözəl bir kitabdır, onu oxuyuram.
- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir adam görəndə nə düşünürsünüz?
- Çox sevinirəm. Çünki öz çantamda hər zaman kitab olur. Təyyarədə gedəndə də, maşının içində də, baqajda da kitab olur. Birindən yorulanda digərinə keçirəm. Xüsusilə son zamanlar gəncliyin kitaba marağının artması məni hədsiz sevindirir.
- Yandırdığınız kitab olubmu?
- Əstəğfürullah, adam kitabı yandırmaz.
- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?
- Elə kitablar çoxdur. İllər öncə M.Bulqakovun “Master və Marqarita”sını birnəfəsə, yorulmadan oxumuşam.
- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı?
- Nəinki insanın, böyük toplumların belə həyatını dəyişdirə biləcək kitablar var. Hətta həyatımızda bunu yaşayıb, gördük. Nasist, kommunist ideoloqların kitabları istiqamətləndirirdi toplumları. Kitabın təsir gücünü doğru-düzgün dəqiqləşdirmək lazımdır.
Fərid MİRZƏYEV

1563 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024