Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri
11 may 2026
# 15:00

Bu gün məşhur İspaniya rəssamı, heykəltəraş, filosof, rejissor, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri Salvador Dalinin doğum günüdür.

Kulis.az onun 5 məşhur əsəri haqqında materialı təqdim edir.

Yaddaşın əriməsi ("The Persistence of Memory", 1931)

Bu, bəlkə də dünyanın ən məşhur sürrealist tablosudur.

Dali bu əsəri cəmi iki saata çəkib. Əsərdəki "əriyən saatlar" zamanın nisbi olduğunu və dəyişməzliyini itirdiyini simvolizə edir

İnsanlar çox vaxt bu saatların Eynşteynin nisbilik nəzəriyyəsindən ilhamlandığını düşünürlər.

Lakin Dalinin özü deyirdi ki, ona ilham verən şey günəşin altında əriyən Kamamber (Camembert) pendiri olub.

Tablonun ortasındakı qəribə fiqur əslində Dalinin özünün deformasiyaya uğramış profilidir.

Narın ətrafında uçan arı ilə bağlı yuxu ("Dream caused by the flight of a bee around a pomegranate a second before awakening", 1944)

Tam adı: "Bir saniyə sonra oyanışa səbəb olan, narın ətrafındakı arı uçuşunun doğurduğu yuxu".

Dali bu əsərdə həyat yoldaşı və ilham pərisi Qalanın gördüyü bir yuxunu təsvir edib.

Bir nardan çıxan nəhəng balıq, onun ağzından çıxan iki pələng və bir tüfəng...

Bunların hamısı o an Qalanı sancan arının yaratdığı hisslərin şüuraltı görüntüləridir.

Arxa fondakı uzunayaqlı fil Dalinin yaradıcılığında tez-tez rast gəlinən "kosmik fil" obrazıdır; ağırlıq və zərifliyin təzadını yaradır.

Müqəddəs Antoninin vəsvəsəsi ("The temptation of St. Anthony", 1946)

Bu əsər bir müsabiqə üçün çəkilib. Dali bir film üçün təşkil olunan müsabiqədə iştirak edirdi.

Qalib gəlməsə də, ortaya bu şah əsər çıxdı.

Müqəddəs Antoni səhrada diz çöküb xaçla özünü qoruyur.

Ona doğru gələn nəhəng fillər və at isə dünyəvi vəsvəsələri (güc, şəhvət, var-dövlət) təmsil edir.

Fillərin ayaqları o qədər nazikdir ki, sanki hər an qırıla bilər.

Bu, vəsvəsələrin nə qədər "ağır" olsa da, əslində necə kövrək və keçici olduğunu göstərir.

Sonuncu şam yeməyi ("The sacrament of the last supper", 1955)

Dali bu əsərlə klassik dini mövzuya tamamilə fərqli bir baxış gətirib.

Dali karyerasının sonrakı illərində elm və dinin sintezinə maraq salmışdı ("Nüvə mistisizmi" dövrü).

Tablo mükəmməl həndəsi hesablamalarla qurulub. Masa arxasındakı məkan dodekaedr (12 üzlü çoxüzlü) formasındadır.

Dali inanırdı ki, bu forma kainatın simvoludur.

İsanın şagirdləri sanki trans halındadırlar və İsa özü şəffaf təsvir olunub, bu da onun həm real, həm də ruhani dünyaya aid olduğunu göstərir.

Yanar zürafə ("The burning giraffe", 1937)

Tablo İspaniya vətəndaş müharibəsi dövründə çəkilib.

Əsərin əsas mövzusu qadın fiqurları və onların bədənindən çıxan çəkməcələrdir.

Dali Freydin psixoanaliz nəzəriyyəsinə pərəstiş edirdi və deyirdi ki, "İnsan bədəni yalnız gizli çəkməcələrlə açılan sirlərlə doludur".

Arxa fondakı yanar zürafə Dalinin müharibə dəhşətinə verdiyi reaksiyadır.

O, bu obrazı "erkək qiyamət canavarı" adlandırırdı.

Zürafənin yanması dünyanın məhvini və insanın çarəsizliyini simvolizə edirdi.

# 1168 dəfə oxunub

Oxşar xəbərlər

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

13:00 22 avqust 2026
“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

10:30 22 avqust 2026
Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri  - Mikayıl Abdullayevin "Füzuli" əsəri

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri - Mikayıl Abdullayevin "Füzuli" əsəri

16:05 21 avqust 2026
"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

12:30 21 avqust 2026
Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər