“Folklor və tariximiz” mövzusunda elmi konfrans

“Folklor və tariximiz” mövzusunda elmi konfrans
21 noyabr 2012
# 12:38
19-20 noyabr 2012-ci il tarixdə AMEA Rəyasət Heyətində AMEA Folklor İnstitutunun və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə “Folklor və tariximiz” mövzusunda Respublika Elmi Konfransı keçirilib. Konfransın iki gün davam etməsi nəzərdə tutulub. Konfransda akad.T.Bünyadov, akad.N.Vəlixanlı, m.ü.K.Abdulla, m.ü.Y.Mahmudov, fil.ü.e.d.M.İmanov, fil.ü.e.d.K.Əliyev, sənət.ü.e.d.R.İmrani, fil.ü.e.d.G.Babaxanlı və b. iştirak ediblər.

Konfrans altı bölmədə təşkil olunub və hər bölməyə görkəmli folklorşünas alimlərin-Hənəfi Zeynallı, Əmin Abid, Vəli Xuluflu, Məmmədhüseyn Təhmasib, Əziz Ubaydulin və Bəhlul Behcətin adları verilib.

Konfransı giriş sözü ilə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e. müxbir üzv Kamal Abdulla açaraq, bu günün əlamətdar bir gün olduğunu vurğulayıb, iki institutun bir yerdə Azərbaycanla bağlı dəyərləri təhlil edib, onu cəmiyyətin müzakirəsinə çıxarmaq səyini elmi-nöqteyi nəzərdən bölmə qarşısında duran ən maraqlı, faydalı və perspektiv bir məsələ hesab etdiyini bildirib. O, institutların daxilindəki inteqrasiyanı alqışlayıb, belə bir örnək konfransa görə Tarix İnstitutunun direktoru m.ü.Y.Mahmudova və Folklor İnstitutunun direktoru fil.ü.e.d. M.İmanova təşəkkür edib və konfransın işinə uğurlar arzulayıb.

Folklor və tarixin əlaqəsindən bəhs edən m.ü.Y.Mahmudov bu cür birgə konfransın təşkil olunması ideyasına görə təşəbbüs göstərmiş Humanitar və İctimai Elmlər Bölməsinə minnətdarlığını bildirib, real tarixin xalqın yaşatdığı folklorda, adət-ənənədə əks olunduğunu söyləyib. Milli və mənəvi mədəniyyətimizin öyrənilməsində birinci yeri tutan folkloru “etnoqrafiyanının şah damarı” adlandıran akad. T.Bünyadov da bu günü elmi bayram adlandırıb və belə tipli elmi konfransların davamlı şəkildə təşkil olunmasını məqsədəuyğun hesab edib.

Konfrans haqqında məlumat verən fil.ü.e.d. M.İmanov əsas vəzifənin elm sahələri arasında əməkdaşlığın yaranması, genişləndirilməsi, həmçinin ortaq problemlərin ortaq müstəvidə öz həllini tapmasından ibarət olduğunu qeyd etmişdir.
Qısa fasilədən sonra dos.T.Nəcəfli “Azərbaycanda Cəlalilər hərəkatı və Koroğlu”, fil.ü.f.d. M.İsmayıl “Folklorda yaşayan tarixi həqiqət: “Sarı gəlin” xalq mahnısının etnik kökləri üzərində bir dəyərləndirmə”, fil.ü.f.d.A.Cəmil “Manas:tarixi varislikdən ədəbi varisliyə”, fil.ü.f.d.Ə.Ələkbərli ““Kitabi-Dədə Qorqud”:dastanda gizlənən tarix”, fil.ü.f.d.V.İbrahimova “Aşıq Qurbaninin şeirlərində Şah İsmayıl Xətai obrazı”, G.Hasilova “Tarixi roman və folklor (Ə.Cəfərzadənin “Bakı - 1501” romanı əsasında)” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrin mətni öncədən “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunub.
# 2289 dəfə oxunub

Oxşar xəbərlər

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

16:40 13 avqust 2026
Fransız operasının parlaq imzası - Onu niyə “qadın ruhunun musiqiçisi” adlandırırdılar?

Fransız operasının parlaq imzası - Onu niyə “qadın ruhunun musiqiçisi” adlandırırdılar?

14:50 13 avqust 2026
15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz -  Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

12:00 13 avqust 2026
Həyat yoldaşına tablolar həsr edən sənətkar  - Çarlz Blekmanın məşhur əsərləri

Həyat yoldaşına tablolar həsr edən sənətkar - Çarlz Blekmanın məşhur əsərləri

16:50 12 avqust 2026
Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

14:25 12 avqust 2026
"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını  bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

12:00 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər