Qadınları baxımlı, kişiləri öz işində, gücündə...
13 noyabr 2012
08:45
Türkiyədə çox populyar olan interaktiv lüğətlər mövcuddur. “Ekşisözlük”, “İtüsözlük” kimi interaktiv lüğətlərdə əsasən Türkiyənin intellektual gəncləri iştirak edirlər. Onlar qoyulan mövzu, yaxud verilən sözlə bağlı öz fikirlərini yazırlar. Həmin lüğətlərdə Bakı haqda yazılan maraqlı fikirləri Kulis.az oxucuları üçün seçmişik. Burda həm tərif, həm də tənqid var. Hər halda şəhərimizə kənar gözlə baxmaq maraqlıdır. Onu da bildirək ki, qənaətlər müxtəlif illərdə qələmə alınıb.
***
Şəhərin ortasından neft çıxır, dənizə baxırsan neft çıxır, maşın dayanıb neft dolu qatarın keçməyini gözləyir. Təsirlənməmək olmur.
***
Bir ucundan o biri ucuna qədər 3-4 saatlıq şəhərdir. Yaşıl, dənizli, balaca və gözəldir.
Əslində, əhalisinin sayı 2-3 milyon olmalı imiş, amma Qarabağdan gələn insanlar da bura köçüb (bu bəxtsiz insanlar tapdıqları boş evlərə zorla girib yaşayıblar, heç kimdən icazə almayıblar. Başqa yolları, seçimləri də olmayıb. Onları bu evlərdən indi də çıxara bilmirlər). Sovet Respublikası qurulana qədər tikilmiş böyük, bol naxışlı daş binalarla yanaşı, balaca, kibrit qutusuna oxşayan sovet binaları var, Xəzər dənizi və bol yaşıllıq son illərdə quruculuq işlərinin (inşaat sektorunda türklər dominantdır) qurbanı olub. Hər yerdə yük maşınları, beton qarışdıran maşınlar görmək olar.
Əhalisi müsəlman olsa da, küçələrdə başıbağlıların sayı çox deyil. Ölkəyə gələn xaricilərə – son 6 il – Bakı-Tiflis-Ceyhan xətti ilə, bilavasitə neft şirkətləri ilə əməkdaşlıq edənlərə bura cənnətdir. Azərilər demişkən, “parana minnət”. Hər ay aldıqları 6-7 min dollarla burda padşah kimi yaşayırlar.
Çox danışan, qonaqpərvər, hər mövzuda fikir bildirən, böyük əksəriyyəti təhsilli (təhsil səviyyəsi böyük sürətlə düşməkdə olsa da), yaşadığı şəhəri hər şeyə rəğmən sevdiyini siz soruşmasanız da, hər dəfə vurğulayan insanların yaşadığı şəhərdir. Elektron əşyalar, yemək, nəqliyyat buradan (Türkiyə - red.) ucuzdur.
Maraqlı qeyd: burada “copyright” anlayışı yoxdur, daha doğrusu, insanlar bu anlayış yoxmuş kimi davranırlar. Həm video, həm audio olaraq dəhşətli kolleksiyalar var – köhnə sovet filmlərindən tutmuş Hollivud filmlərinə, Fellinidən, Tarkovskidən hind filmlərinə qədər, Emrahdan “Talking heads”ə, Rahmaninovdan “Pulp fiction” saundtreklərinə qədər hər şey plagiatdır. Plagiat burda qızıl çağını yaşayır.
***
Qışda elə qaranlıq, elə soyuqdur ki. Boş yerə deməyiblər –“küləklər şəhəri”. Qışda çəkilmiş fotolarda şəkli çəkilənin necə donduğu görünür. Külək, soyuq adamın içinə işləyir, sümüyünü dondurur. Qışda çəkilmiş bir şəkildə xoşbəxtsinizsə, demək “hər şeyə rəğmən xoşbəxtsiniz”. Səkilərdə ətəklərini tutub qaçan qızlar var.
Qızlar çox baxımlıdır, çoxu baxımlıdır, ayda 30 dollar maaş alan qadınlar da salona getməyə unutmazlar. Çoxu yaşından böyük geyinir. Yenə də çox gözəldirlər. Amma kişiləri əksinə, geyimlərinə heç fikir vermirlər. Küçədə qızlara baxsalar da, çox söz atmazlar.
Avtobuslarda insanlar üzbəüz oturur, bir-birini tanımayan kişi və qadınlar şikayət edə-edə söhbət edərlər. Pul arxadan qabağa ötürülmür, sürücüyə pulu özləri verir. Şəhərin mərkəzində dəmiryol vağzalı var. Şəhərin mərkəzindəki bir binanın üstündə yazılıb:
Məni candan usandırdı, cəfadan yar usanmazmı,
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı.
Azəridir axı Füzuli. Mərkəzdəki ən gözəl kinoteatrın qarşısında Natəvanın heykəli var, “Tarqovi”nin əvvəlində Nizami, Mirzə Ələkbər Sabir, Nəsimi...Sovet heykəlləri indi zibillikdədir.
Yayda dəhşətli dərəcədə istidir, asfaltdan tüstü çıxır. Yayda axşam hamı bulvara çıxır. Yollarında azmazsan, rahat tapılır hər yer. İnsanlardan da soruşsan, deyirlər. Bütün dişləri qızıl olan adamlar hələ də var. Balaca qız uşaqlarına Sovet vaxtı populyar olan, başları boyda ağ gül bantları hələ də taxanlar var. Bəzi avtobuslarda Sibel Canın 90-ci illərdə çəkilmiş posterlərini görmək olur.
***
Qadınları ilə kişiləri arasında çox fərq olan şəhərdir. Kişiləri baxımsız, öz işində-gücündə, qadınlar isə əksinə. Bu qadınlar çox maraqlıdır ki, küçədə gəzəndə əl-ələ tuturlar.
***
Azəri bir dostum artıq rus dilinin deyil, ingiliscənin ikinci dil sayıldığını, əvvəllər hər küncdə rast gəlinən kitab evlərinin yerinə restoranların açıldığını, klounlara oxşayan qadınların 3000 dollarlıq kürkdə evə kartof-soğan torbaları daşıdığını rahatlıqla görə biləcəyimizi deyir. Belə başa düşürəm ki, nə balıqdır, nə ət...
***
Şəhərdəki “Mercedes”lərin sayı Türkiyədəki “Mercedes”lərin sayı qədərdir. Böyük əksəriyyətini neftçilər yox, vəzifəli şəxslər sürür. Adamlar bilir nə sürürlər.
Yolda ən çox Rusiya istehsalı, bir də son model “ciplər” var. Şəhərdəki uşaqların köynəklərinin üstündə ya “Kurtlar vadisi”, ya da “Aşka sürgün” yazılıb.
***
3 il əvvəl gedəndə “Malboro”nu 1 YTL-yə, 2 litrlik “Nemiroff”u 26 YTL-yə görəndə “burada yaşamalıyam” deyə qışqırmaq istədim.
***
Mərkəzi qəşəngdir, kənar məhəllələr heç nədir.
***
Bir türk üçün özünü Türkiyədən başqa ən çox “evində” hiss edə biləcəyi yerdir. Əvvəllər sürətlə danışan azəriləri anlamaq çətin olsa da, bir müddətdən sonra özünün də azəricə danışdığını hiss edirsən.
***
Bəzi taksilərdə taksometr olmadığından qiymət danışmalısan. Şəhər içi 5-10 km-lik məsafələr 5 manat, 45 km şəhər kənarına 20 manata getmək olar.
***
Neft gəlirləri mərkəzi bazarı çox bahalaşdırıb. Yəni Bakı bizim İzmirdən də bahalıdır. Neft sahəsində işləyənlərin nə vecinə, 20000 maaş alırlar, amma müəllimlər 70-100 manat alır.
Azərilər istiqanlı görünsələr də, türklərə qarşı yaxşı davransalar da, bizlərdən ötrü ürəkləri getmir. Bunun da səbəbi ölkəyə gələn tikinti, neft sahəsi üzrə türk iş adamlarının azərilərə xor baxması və “yolunacaq qaz” gözü ilə baxmağıdır.
Canlı musiqili, azəricə metal oxunan publar, barlar çoxdur. Bakıdan gedəndə ən çox o musiqili və insana rahatlıq verən publar üçün darıxdım. Çoxunda istiqanlı, artıq ikinci gedişinizdə sizə adınızla xitab edən, söhbətləri maraqlı barmenlər var. Ancaq yeraltı pub və barlar isə yuxarıda qeyd etdiyim kimi, bar deyil, fahişəxanadır. Ortada bir rəqs meydanı var. Bir neçə qadın burda açıq-saçıq geyimlərdə rəqs edir. Gəlib birini seçib ya otelə, ya saunaya (sauna dediyimiz bir yataq və vannadan ibarət yerdir) apara bilərsiniz. Barlarla yanaşı “masaj salonları” da var. Gedirsiniz “masaj salonu”na, bir “masajçı” qız seçib işinizi həll edərsiniz.
***
Polis qorxusu Allah qorxusu daxil olmaqla bütün qorxuların zirvəsindədir. Polisə işiniz düşdüsə, batdınız. Çox vacib olmasa, ünvan da, yol da soruşmayın.
- Yerli vodkalar və siqaret xaric Türkiyədən ucuz heç nə yoxdur.
- McDonaldsın “fast food” xüsusiyyəti burada yoxdur, çünki 45 dəqiqə növbədə gözləmək lazımdır.
- Çörək əvəzinə bizim Ramazan pidesi kimi bir çörək yeyirlər.
- Qara milli rəngdir elə bil. Başda gənclər olmaqla, hamı qara şalvar, qara gödəkçə, qara ayaqqabı geyinirlər. Çox nadir hallarda qəhvəyi şalvar görmək olar.
- Paltar asmaq az qala milli ritualdır. Binalar luks, amma balkonda yuyulmuş paltarlar var. Hətta adi paltarlar yox, alt paltarları! ”Keşanlı Ali destanı” dekorasiyasına oxşayır.
- Kişilərin saç stili “Memati stili”dir. “Kurtlar vadisi”nin bir seriyasını da qaçırmırlar.
- Şəhərin hər yerindən təbii qaz borusu keçir, amma lazım olan sarı rəngdə deyillər. Allah nə veribsə, döşəyiblər, qara, yaşıl, boz. Bir də gördün şəhər partlayıb.
***
Kirayələdiyiniz evdə çimməyə su olmadığı halda piano olan şəhər.
***
Suvenir dükanları kolleksionerlər üçün əla məkandır. Amma nə badə türkcə qiymət soruşasınız. Sizə 40-50 manata dediyini, yerlisinə 10 manata deyirlər.
***
Bizdə nə qədər məscid varsa, onlarda da hər küçədə opera, balet, teatr, muzey var. Kukla teatrından dram teatrına qədər hər cür teatr var. Opera, baleti çox aşağı, hətta gülməli qiymətlərlə izləmək olar. Ancaq bağlı olduğu günləri bilmək lazımdır. Məsələn, “Cümə axşamı bağlıdır” yazılıbsa, bu o demək deyil ki, teatr cümə səhəri açıq olur. Sadəcə günün adı belədir – cümə axşamı, yəni bizim “Perşembe”. Yəni bütün “perşembe” günü bağlıdır. Çərşənbə axşamı da var, o da “salı”dır.
***
Nəqliyyat çox ucuzdur. Hər dayanacaqdan istədiyin yerə getmək olur. Balaca şəhər olduğundan istədiyiniz yerə ayaqla da gedə bilərsiniz. Bizim pulla 40 quruşdur avtobus. Amma bu ucuzluğa aldanmayın, 5 litrlik “Pinar” suyu 5 manat 50 qəpikdir, yəni 11 YTL.
***
Gündüzləri nə qədər küləkli, tozlu olsa da, gecə bir o qədər işıqlı və sakitdir. İtalyan memarlıq üslubunda restovrasiya edilib. Yeni tikilən binalar da bu üslubdadır. Sarı işıqla da işıqlandırılanda, olur nağıl. Heç nə sonsuz olmadığı kimi, şəhərin bu görüntüsü də səhərəcən çəkir. Yolun düz ortasını düzəltməyə qərar verən insanlar, yolun hər iki tərəfində gedən inşaat... Hə bir də, mümkünsə, inşaat gedən yerdən maksimum uzaq olun, yoxsa başınıza yaba, beton, daş düşər, heç xəbəriniz də olmaz.
Mümkünsə, maşın sürməyin burda. Qəza ehtimalı çox yüksəkdir.Dünən getdiyiniz yolda bu gün “girmək olmaz” yazısını görərsiniz. Bir çox yerlərdə piyadalar üçün işıqfor yoxdur. Piyadalara yol vermək də yoxdur.
Şəhərdə dini səslərin olmamağı çox gözəldir. Arada kilsə zənglərinin səsi eşidilir.
Gündüz vaxtı bir-birindən hündür ayaqqabılarda gəzən, bər-bəzəkdən, nazından yerə-göyə sığmayan xanımları qızıl dişli, çatma qaşlı, qara saçlı və orta gözəllik səviyyəsindən çox-çox aşağı görünüşlü tiplərlə birgə təsəvvür edin. Yeni başlayanlar üçün Bakı reklamlardan sonra davam edəcək. Bizdən ayrılmayın!
***
İşiniz varsa, gedin həll edin, qayıdın. Tiflisdə nə qədər əyləndimsə, Bakıda bir o qədər sıxıldım.
***
Gecələri çox “maskulin” olan şəhərdir. Gündüzlər ultra-dabanlı ayaqqabılar geyinən, dünyaya meydan oxuyan qızlar hava qaralan kimi şəhərdən yox olurlar və küçələrdə tək gəzən qızları görmək mümkün deyil. Görünənə də yaxşı baxmırlar.
***
Fahişəliyin qadağan edilmədiyi, 18 yaşına çatmayanların içki almasının qadağan olunduğu, qapalı məkanda siqaret çəkməyin qadağan edilmədiyi, ancaq metro stansiyasında foto çəkməyin qadağan edildiyi təzadlı şəhərdir.
***
Azərilərin belə rusca danışdığı şəhərdir. Taksi sürücüsündən tutmuş market satıcısına qədər, hətta meyvə-tərəvəz satıcısı da rusca danışır. Necə təhsil sistemində yetişib bunlar, matım-qutum qurumuşdu.
***
Küləyi ilə tanınan şəhər. Küləyindən ötrü darıxarsınız. Neft, dəniz, ətir, bəzən yemək qoxulu küləklər hansı mövsüm olur-olsun mütləq gəlib sizi tapır.
Əsl adı Bakıdır – Badi kübədən gəlib bu söz. Küləklər şəhəri deməkdir.
***
Köhnə ilə təzənin necə gəldi bir yerə yığıldığı şəhərdir.
Yüz metrlik modern binanın yanında cındırından cin hürkən, divarları sökük binalar var. Bu ildən etibarən taksometrli taksilər xidmətə başlayıb.
***
Öküz kimi bahalıdır. Yəni elə-belə yox, çox bahalıdır! Parislə ancaq müqayisə olunar. Amma Parisdə pulunuzun qarşılığında müəyyən standartlara uyğun xidmət verirlər, burda yox.
Burada ala biləcəyiniz ən aşağı səviyyəli xidmət də bahalıdır. 1 manat 1 avroya bərabərdir, daha nə olsun?
***
Şəhərin ortasında bir dəniz var. Amma sanki şəhər dənizi “qucaqlamır”, uzaqdan “oturub seyr edir”. Dəniz kənarında yaxşı çayxanalar, restoranlar azdır. Kitab evlərinin sayı azdır. Şəhərdə bir milli kitabxana var: Axundov adına kitabxana. Yaxşıdır. İşçiləri də çox yaxşı idilər. Mənim əvəzimə blankı da doldurdular, kitabı da arxivdən gətirdilər. Eyni yaxşılığı Bakı Dövlət Universitetinin professorlarından da gördüm.
Küləkləri ilə məşhurdur. Bir dəfə təpəlik yerdən elə bildim sahilə uçaraq gələcəyəm.
***
Yaxşı insanları var. Amma yaşayış bahalı olduğu üçün xariciləri “yolanlar” da olur. Xüsusilə polislər. Özləri demiş, “evlərdən iraq”.
Sosial həyat pulu olanlar üçündür. Məkanlar da bahalıdır, lüksdür, ya da fahişəxanadır. Sovet-Avropa-Ərəbistan qarışığı, Avropanın 300 illik memarlığını 20 ildə təkrarlayan şəhər.
***
Hər şey bahalıdır. Colins, Koton və s. markalarının Türkiyədə 15-20 YTL olan şalvarları burada 20-25 manatdır. Yəni 50 YLT təxminən. Orta əmək haqları da yüksək deyil. Amma “Mercedes”, “Land Rover” kimi maşınların da sayı çoxdur. Bu çarxın necə fırlandığını başa düşmədim.
Hava limanından geri qayıdan son təhlükəsizlik nəzarətindən keçəndən sonra (təyyarəyə keçidi gözləyəndə) mümkün qədər gec girin, çünki gözləmə zalında tualet yoxdur. Çölə çıxmaq üçün nə qədər dil tökməlisiniz.

2259 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024