Rafiq Tağı zəhərli iynə ilə öldürülüb?

Rafiq Tağı zəhərli iynə ilə öldürülüb?
8 noyabr 2012
# 17:33
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəkil Elçin Sadıqovun Rafiq Tağının zəhərli iynə vasitəsilə öldürülməsi barədə açıqlamasına münasibət bildirib. Eldar Sultanov Lent.az-a bildirib ki, zərəçəkmiş şəxsin nümayəndəsi Elçin Sadıqov tərəfindən yayılan həmin məlumatlar cinayət işinin materialları ilə ziddiyyət təşkil edir.

O qeyd edib ki, Elçin Sadıqov tərəfindən bununla bağlı istintaqa hər hansı bir vəsatət təqdim edilməyib: “Lakin bununla belə, Rafiq Tağıyevin hüquqi varisi M.Tağıyeva və sonuncunun nümayəndəsi Elçin Sadıqov tərəfindən istintaqa daxil olmuş həyata keçirilməsi xahiş olunan ayrı-ayrı istintaq və prosessual hərəkətlərə dair vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən baxılaraq müvafiq qərarlar qəbul edilib”.

Eldar Sultanov Rafiq Tağının qətlinin üstünün açılması ilə bağlı istintaqın dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini də söyləyi. Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyd edilən cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir: “İstintaqın dayandırılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir”.
# 2160 dəfə oxunub

Oxşar xəbərlər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər