“Romanları bilgisayardan dinləyirəm”
20 iyul 2012
04:00
“İlk dəfə 8-ci kilometr bazarının qabağında akkardion çalmağa başlamışam. Sonra Qaraçuxur bazarının qarşısına köçdüm. A.M.A.Y ticarət mərkəzi “Gənclik” metrosunun üstündə yerləşən zaman orada da işlədim. A.M.A.Y bağlandıqdan sonra isə son dayanacağım bura oldu”. “Xalqlar Dostluğu” metrostansiyasının çıxışında akkardion çalmaqla pul qazanan birinci qrup gözdən əlil Eldar Manafov 1994-cü ildən çətinlik içindədir.
Günorta saatlarında metronun çıxışındakı yeni qəzet köşkünün gün düşməyən tərəfində gündən gizlənərək akkardionunu çalır. Akkardionçuya qəzet köşkündə satıcı işləyən Əli yardımçı olur. Mənim jurnalist olmağıma inanmayan Eldar ona uzatdığım vəsiqəni də Əliyə uzadıb, “Ay Əli, bax gör qardaş doğurdan jurnalistdi ya mənimlə məzələnir?!” söylədi. Əlinin müsbət cavabından sonra duruxmuş halda ona anlayış göstərməyimi rica edən Eldar gözlərinin görməməsindən istifadə edən bəzi yaramazların toruna düşməmək üçün bu addımı atdığını bildirdi: “O qədər düşüncəsiz adamlar var. Mənasız-mənasız atmacalar atıb, keçirlər. Fikir vermirəm. Daha doğrusu, o sözləri eşitmək belə istəmirəm”.
Gündəlik işləyən sənətkar səhər saat 09:00-dan axşam 19:00-a kimi akkardionu ilə pul qazanır. Dediyinə görə qazancı da pis deyil. Narazılıq etmir: “Şükür olsun bu günə! Çörək pulum çıxır”.
Eldarın 22 yaşlı oğlu Şəhriyar da atasına nəzarət etməklə bərabər yaxınlıqda yerləşən toy maşınlarını yumaqla məşğuldur. Metro çıxışında akkardion ifa etməsinə polis işçiləri nəinki mane olmurlar, əksinə, yardım edirlər: “Polislər xətrimə dəymirlər, dəyən olanda da yoluna qoyurlar”. Eldarla danışan zaman isə gənc polis çavuşu ona yaxınlaşıb, zarafatlaşmağa başladı:
- Eldar, təzə idarədə ürəyin istəyən gözəl şərait yaradıblar. Burada günün altında istidən birtəhər olmusan. Gəl, səni kondisionerli otağa aparım.
- (Gülür) Çox sağ ol, lazım deyil. Bura hamısından yaxşıdır.
Adını açıqlamaq istəməyən polis çavuşu polk komandirinin Eldarı xüsusi nəzarətdə saxladığını da qeyd etdi.
Hələ A.M.A.Y-ın qarşısında fəaliyyət göstərdiyi zaman “ANS” və “Space” telekanalları onun haqda süjetlər yayımlayıblar. Dediyinə görə Eldar “Burc FM” radiosunda aparıcı Səxavət Nurun da qonağı olub.
Xarici mahnıları ifa etməyi o qədər də xoşlamayan sənətkar imkansızlıq ucbatından küçələrdə akkardion çaldığını söylədi: “Məcburiyyətdən gəlirəm bura. Dolanışığım yoxdu deyə məcburam. Oğurluq etmirəm, cibə girmirəm, əl açıb dilənmirəm. Zəhmətlə pul qazanıram. Sağ olsun, hökümətimiz təqaüd kəsib, amma çatmır. İki övlad böyüdürəm. Qızım bu il ali məktəbə sənədlərini verib. Təki qəbul olsun. Qəbul olsa, yüküm birə-beş artacaq”.
Bir ara yerini dəyişmək istəyən Eldar dənizkənarı Milli Parkda çalışmaq istəyib. Ancaq fikrini gerçəkləşdirməyə maneçilik törədiblər. Bəhanə isə belə olub: “Bulvarda işləmək istəyirdim, ancaq icazə vermədilər. Vallah, nə bilim e... Bəhanə gətirdilər ki, Azərbaycanda bu cür iş görmək olmaz, Azərbaycanda belə şey olmamalıdır. Nə deyəsən beləsinə? Rahat yerdə oturub danışmağa nə var ki. Mən özüm də istəmərəm, bəs nə edim?! Dolanmaq xatirinə günün istisində əziyyət çəkirəm. İnsanların beş nəfəri yaxşı baxırsa, on nəfəri də pis baxır axı. 52 yaşında kim istəyər ki, onu məsxərəyə qoysunlar”.
Gözdən əlillər məktəbində 4 il təhsil alan E. Manafov tarzən Murtuz Mehdiyevin ansamblında da çıxış edib. Sovet vaxtı Binəqədi rayon mədəniyyət şöbəsində metodist kimi çalışan Eldarın o dövr üçün burnunun ucu göynəyir: “Sovet vaxtı “Kirovski” rayonun mədəniyyət şöbəsində metodist işləmişəm. Dərnək düzəltmişdik, gözü görən də gəlirdi, görməyən də. Dərsimizi deyib, maaşımızı alırdıq. SSRİ dağıldı, firavanlığım da SSRİ ilə birlikdə getdi”.
Söhbətləşdiyimiz zaman qonşu dükanda satıcı işləyən qadın pul qabına əl atan zaman Eldar “Lətifə bacı, neynirsən?” deyə yerindən dilləndi. Pul qabından 5 dənə 20 qəpik götürən satıcı qadın əlindəki 1 manatı qaba ataraq gülə-gülə “qorxma, var-dövlətini aparmadım” deyib dükana tərəf üz tutdu. Ətrafdakı dükanlara qəpik lazım olan zaman ilk imdada çatan Eldar olur. Eldar isə daha çox köşkdə işləyən Əliyə yardım etdiyini dedi.
Musiqi savadı olmayan sənətkarın akkardion çalması isə sırf təsadüf nəticəsində baş verib: “Beş yaşımdan musiqi ilə məşğulam. Musiqi məktəbinə getməmişəm. Allah vergisidir də. Əvvəllər qarmonla məşğul olmuşam. Sonradan akkardiona keçdim. Qarmonu böyük bacım üçün almışdılar. Uşaq olanda sürünə-sürünə barmaqlarımı qarmona toxundururdum. Beləcə, bu alətə qarşı sevgim və marağım yarandı. Bir sözlə, bu alət həyatda əlimdən tutub, məni çətin vəziyyətdən çıxardı”.
Evdə kompyuterinə səsli proqram yazdıran E. Manafov gözdən əlillər cəmiyyətindən aldığı qəzet, jurnal və kitabları səsli halda diskdən dinləyir. Tarixi kitabların, bədii ədəbiyyatın vurğunu olan Eldar mütəmadi olaraq Mir Cəlal Paşayevin əsərlərini dinləyir: “Mir Cəlalın əsərləri çox gözəldir. Cəlal Bərgüşadın əsərlərini də diskdən dinləmişəm. Daha onlar diskə köçürülmür deyə dinləyə bilmirəm”.
Tanınmış kaman ustası Habil Əliyevi “gözəgörünməz müəllimi” adlandıran Eldar onu özünə gerçək ustad hesab edir: “Anamın dediyinə görə körpə olanda məni ancaq Habilin “Segah”ı yatırdırmış. O vaxt qrammofon valları vardı, Habilin “Segah”ına qulaq asardılar. Böyüdükdən sonra isə onun sənəti mənə çox təsir etdi”.
Akkardionda sevə-sevə ifa etdiyi mahnı isə mərhum Qədir Rüstəmovun “Sona bülbüllər”idir. “Sona bülbüllər”in ruhunu oxşadığını etiraf edən sənətkar söhbəti kəsib, məndən icazə aldıqdan sonra mahnını ifa etməyə başladı. Əhalinin gur olduğu, gediş-gəlişli yerdə “Sona bülbüllər” eşidilməyə başlayan zaman həyat sanki dayandı və insanlar bir neçə dəqiqəlik sükuta qərq oldular. Hamının diqqəti Eldara və onun akkardionuna yönəldi. Qədirin dillər əzbəri olan mahnısının gözəl ifası şərəfinə Eldarın pul qabı qəpik yağışına qərq oldu. Yoldan ötənlər də Eldarın əziyyətinə diqqət göstərib, ayaq saxladılar.
Yaxınlıqda yerləşən “Laçın” ticarət mərkəzində satıcı işləyən Fərrux nahardan qayıdan vaxt Eldara qulaq asmamış işə getmir: “Qanım qara olan kimi tez Eldarı dinləməyə gəlirəm. Eldar əsl sənətkardır. İndi isə nahardan qayıdıram. Hökmən qulaq asmalıyam. İnanın, elə adamlar olub ki, Eldarın ifasına görə 10 manat da veriblər”.
Gözlərinin nurunu itirməsini özü üçün faciə hesab etmir. Onun üçün gerçək faciə Qarabağdır. Qarabağ itkisini özünün ən böyük itkisi adlandıran Eldar Qarabağdan danışdıqca gözünə taxdığı qara eynəyin altından göz yaşı axırdı. Qarabağla bağlı arzusunu da gizlətmədi: “Ən böyük itkim, ən böyük dərdim Qarabağdır. O gün olsun ki, Qarabağ azad olunsun, söz verirəm ki, Cıdır düzündə “Qarabağ şikəstəsini” ifa edəcəyəm”.
Küçədə ifa etdiyindən akkardionunu tez-tez dəyişmək məcburiyyətində qalır: “Hər il akkardionumu yenisiylə əvəzləyirəm. Yağış yağır, külək əsir, alətə təsir edir. Ona görə də dəyişmək məcburiyyətindəyəm. Fərqi yoxdu, işlənmiş və ya təzəsi, ürəyimə, barmaqlarıma yatan olan kimi dərhal alıram”.
Kövrək insan olan akkardion ustası nə qədər ömrü var, əli, ayağı tutur, küçədə akkardion çalacağını dedi:
“Evdə oturub quru təqaüdə bel bağlaya bilmərəm. İmkanım olduğu qədər burda oturub pul qazanacam...”
Fərid Mirzəyev

1309 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024