MKM başlayır
“Avqustun 28-də bizim mətbuat konfransımız olacaq. Həmin gündən etibarən Milli Kitab Mükafatına əsərlərin qəbulu başlanacaq. Nizamnamədə bəzi dəyişiklər olacaq. Layihə bu il tez başlayır – düşündük ki, ekspertlərə və münsiflərə daha çox vaxt ayıraq”.
Bu fikirləri Kulis.az-a verdiyi açıqlamada “Əli və Nino” Kitab Mağazaları Şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli deyib.
Nigar Köçərli bildirib ki, bu il MKM-ə yeni nominasiyalar əlavə olunub: “Təbii, maraq dairəmizə əsasən nəsr ədəbiyyatı daxildir. Amma eyni zamanda ədəbiyyatın digər sahələrinə diqqət ayırmışıq. O cümlədən, ən yaxşı şeir, ən yaxşı uşaq nağılı və ən yaxşı debüt əsərinə mükafatlar veriləcək.
Onu da deyim ki, bu il biz təbliğatımızı daha geniş aparacağıq. Bölgələrdə, təhsil ocaqlarında ardıcıl olaraq görüşlər keçiriləcək”.
MKM-in təsisçisi deyib ki, Münsiflər heyətinin tərkibi genişlənəcək. Hal-hazırda müzakirələr gedir. Bu barədə məlumat yalnız avqustun 28-də mətbuat konfransında veriləcək..
Mən bir təsisçi kimi, bu layihənin şəffaf və obyektiv aparılmasına çalışıram. Münsiflər arasında ədalətli, nüfuzlu və cəmiyyət tərəfindən sevilən insanları görmək istəyirəm. Mən, əsasən MKM-in münsiflərinə və cəmiyyətdə nüfuzlu hesab olunan insanlara müraciət edib üç namizəd vermələrini xahiş etmişəm. Adı daha çox hallanan namizəd MKM-in yeni münsiflərindən olacaq. İndidən deyim ki, sizi çox böyük sürprizlər gözləyir”.
Nigar Köçərli MKM-in keçirilməsində yaranan fasiləni belə izah edib: “Bu layihə böyük bir layihədir, mənim vaxtımı çox aparır. Mən iş adamıyam, həm də anayam. MKM-ə ayırdığım vaxtı, düşünürəm ki, öz uşağıma yaxud biznesimə sərf edərdim. Mənim tərəddüdlərim, əgər siz buna tərəddüd deyirsinizsə, məhz bununla bağlıdır. MKM mənim üçün biznes-proyekt deyil, bundan gəlir götürmürəm. Bu sadəcə, mənim ictimai bir işimdir. Məncə, hər bir vətəndaş öz ətrfaını işıqlandırmalıdır, cəmiyyətin maarfiləndirilməsinə təkan verməlidir”.
MKM-in təsisçisi “Bundan əvvəlki müsabiqələrdə yaranmış narazılıqların bu dəfə baş verməməsi üçün hansı addımlar atılacaq?” sualına belə cavab verib: “Siz yəqin ki, diskussiyalara, fikir mübadilələrinə, tərif və tənqidlərə narazılıq kimi baxırsıniz. Amma mən bunu layihənin uğurlu olmağının göstəricisi sayıram”.
Ağa Cəfərli

Oxşar xəbərlər
Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi
12:00
13 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri
15:00
11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə
12:00
11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə
10:00
9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası
15:00
8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar
10:00
8 may 2026