Azərbaycanın “Qarabağ xalçası” Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasında

Azərbaycanın “Qarabağ xalçası”  Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasında
20 oktyabr 2026
# 13:30

Azərbaycanın “Qarabağ xalçası” Limanın Metropoliten Muzeyinə hədiyyə olunaraq, muzeyin mədəni irs kolleksiyasına daxil edilib.

Kulis.az xəbər verir ki, bu haqda https://limagris.com portalında dərc edilmiş “Azərbaycanın “Qarabağ xalçası” Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasına daxil edilib” adlı məqalədə yazılıb.

Məqalədə qeyd olunur ki, Qafqazın ənənəvi sənət nümunələrindən biri olan xalçanın təqdimat mərasimində Azərbaycanın Perudakı diplomatik nümayəndəliyinin təmsilçiləri və mədəniyyət sahəsinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyevin və diplomatik missiyanın rəhbəri Gültən Qafqazlı-Novruzovanın dəvəti ilə təşkil olunub.

Bu hədiyyə Peru paytaxtının mədəni müxtəlifliyinin zənginləşməsinə, eləcə də Lima ictimaiyyətinin Azərbaycanın tarixi və mədəni irsi ilə daha yaxından tanış olmasına töhfə verir.

Məqalədə vurğulanır ki, Qarabağ xalçaları Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ənənəvi sənətkarlıq irsinin mühüm hissəsidir. Onların naxışları, kompozisiyaları və bəzək elementləri xalqın tarixini, adət-ənənələrini və estetik zövqünü əks etdirir.

Xalçanın Limanın Metropoliten Muzeyinə daxil edilməsi müxtəlif mədəniyyətlər arasında dialoqun inkişafına, ənənəvi sənət nümunələrinin qorunmasına və xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Məqaləyə Azərbaycanın “Qarabağ xalçası” Limanın Metropoliten Muzeyinə hədiyyə edildiyi mərasimi əks etdirən video əlavə edilib.

# 82 dəfə oxunub

Oxşar xəbərlər

Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edildi

Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edildi

14:00 20 oktyabr 2026
Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

13:00 20 oktyabr 2026
Miri Rəsulzadənin yeni kitabı çap olundu

Miri Rəsulzadənin yeni kitabı çap olundu

12:59 20 oktyabr 2026
Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

12:53 20 oktyabr 2026
Atatürkün  "Nutuk"u 8 xarici dildə nəşr olundu

Atatürkün "Nutuk"u 8 xarici dildə nəşr olundu

12:40 20 oktyabr 2026
"Övladımı itirdiyim üçün çox kədərliyəm..." - Məşhur model oğlunun ölümündən sonra danışdı

"Övladımı itirdiyim üçün çox kədərliyəm..." - Məşhur model oğlunun ölümündən sonra danışdı

12:20 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər