Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri
19 oktyabr 2026
# 18:40

Bu gün tanınmış italyan rəssam Umberto Boççoninin doğum günüdür.

Kulis.az “Palitra” rubrikasında boyakarın "Şəhər oyanır" əsəri haqqında materialı təqdim edir.

İtaliya futurizminin nəzəriyyəçisi və görkəmli sənətçilarından olan Umberto Boççoni Reqco-Kalabriya şəhərində anadan olub, Roma İncəsənət Akademiyasında təhsil alıb.

O, Filippo Tommazo Marinettinin "Futurizm manifesti"ndən ilhamlanaraq rəngkarlıq və heykəltəraşlıqda köhnə muzey estetikasına qarşı çıxmış, müasir sənayeni, maşın sürətini və şəhər həyatının ritmini əsas mövzuya çevirmişdi.Rəssamın yaradıcılığı obyektlərin donub qalmış formasını dağıtmaq, məkandakı hərəkəti və dinamikanı zaman kəsiyində eyni anda kətana köçürmək cəhdləri ilə seçilir. Boççoni nöqtəçilik texnikasını fəza analizi ilə birləşdirərək həm rəssamlıqda, həm də heykəltəraşlıqda formaların havadakı trayektoriyasını göstərməyə nail olub. 1916-cı ildə Birinci Dünya müharibəsi zamanı hərbi təlimdə atdan yıxılaraq cəmi 33 yaşında vəfat edən rəssamın irsi XX əsrin modern avanqard sənətinin təməllərindən hesab olunur.

"Şəhər oyanır"

Umberto Boççoninin və futurizmin ilk mühüm əsəri sayılan "Şəhər oyanır" rəssamın Milan şəhərində pəncərəsindən izlədiyi tikinti meydançasından təsirlənərək çəkdiyi əsərdir. İlk olaraq "Əmək" adı ilə düşünülsə də, Boççoni sonradan diqqəti təkcə fiziki işə yox, şəhərin müasirləşməsinə yönəltmək üçün başlığı dəyişdi. Əsər sənaye əsrinin, fabriklərin və yeni tikilən binaların gətirdiyi həyəcanı əks etdirir.

Rəsm hazırda Nyu-York Müasir İncəsənət Muzeyində nümayiş olunur. Tabloya baxanda gözə dəyən ilk şey mərkəzdəki qırmızı at fiqurudur. Lakin bu, adi at təsviri deyil; onun bədəni sanki ətrafındakı fəhlələrin, arabaların və tikintinin hərəkətinə qarışıb əriyir.

Boççoni burada fiqurların kəskin sərhədlərini silib. Atın boynu, fəhlələrin əzələləri və fondakı bina konstruksiyaları tək enerji axınına çevrilir. Rəssam fırça zərbələrini yan-yana, nazik rəng xətləri şəklində düzüb. Qırmızı, sarı və göy rənglər bir-birinə çırpılaraq rəsmdə sanki küçə küyü və çəkic səsləri yaradır.

Fonda ucalan fabriklər və bacalardan çıxan tüstü yeni dünyanın gəlişindən xəbər verir. Boççoni insanla maşının, təbiətlə sənayenin toqquşmasını dayandığı yerdə dondurmur, ekskursiyanı izləyicinin öz içində davam etdirir.

# 80 dəfə oxunub

Oxşar xəbərlər

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

13:00 15 oktyabr 2026
Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

12:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər